Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev RF-nin müdafiə naziri Anatoli Serdyukovu qəbul edib

Prezident İlham Əliyev RF-nin müdafiə naziri Anatoli Serdyukovu qəbul edib

12.05.2010 [10:54]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib. Dövlətimizin başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik edib. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirib.
Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Paylaş:
Baxılıb: 1058 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31