İnsanlara qayğı göstərilməli, onların bütün məişət problemləri mümkün qədər həll olunmalıdır
12.05.2010 [10:55]
Prezident İlham Əliyev dünən Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşüb və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib.
çadır düşərgəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına burada görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, əhali ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunub. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı var.
Prezident İlham Əliyev çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, problemlərlə yerindəcə tanış olduğuna görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Bildirilib ki, burada onlara hər cür qayğı göstərilir.
Prezident İlham Əliyev daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin bundan sonra da diqqətdə saxlanılacağını deyib. Dövlətimizin başçısı bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkənlərin məişət problemlərinin həlli daim Onun diqqət mərkəzindədir. Bu məsələlərin həlli üçün artıq lazımi tapşırıqlar verilib və onların icrası nəzarətdədir. çadır düşərgəsində insanlara hərtərəfli tibbi xidmət də göstərilir.
Prezident İlham Əliyev tibb məntəqəsində yaradılan şəraitlə tanış olub. Məruzə olunub ki, burada epidemioloji vəziyyətə də ciddi nəzarət olunur.
Dövlətimizin başçısı çadırlardakı şəraitlə tanış olub.
Qeyd olunub ki, Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilib. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülüb və zərərçəkənlərin dəqiq qeydiyyatı aparılıb.
Sonra Prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirilib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda baş verən təbii fəlakət zamanı itkilərin minimuma endirilməsi yalnız görülən qabaqlayıcı tədbirlər sayəsində mümkün olub: “Bu təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Mayın 7-də Bakıda mənim sədrliyimlə müşavirə keçirildi, bütün lazımi göstərişlər verildi. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar çox səmərəli işləyirlər. Biz görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Deyə bilərəm ki, bu təbii fəlakət son illər, bəlkə də onilliklər ərzində misli görünməmiş dərəcəyə çatmışdır. Əlbəttə ki, biz bu gün ilk növbədə, bu fəlakətin fəsadlarını aradan qaldırmalıyıq. Eyni zamanda, bununla bərabər əziyyət çəkən bütün insanların yaşayış səviyyəsini normallaşdırmaq üçün onlara əlavə qayğı da göstərilməlidir. Mənə verilən məlumata görə, bu sahədə lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur. Bu, çox müsbət haldır. Bu onu göstərir ki, bizim bütün qurumlarımız istənilən şəraitdə, hətta təbii fəlakət zamanı öz işlərini lazımi səviyyədə qura bilirlər. Bu gün səhər köçürülən əhali ilə görüşdə bir daha onların dilindən eşitdim ki, onlar yaradılmış şəraitdən çox razıdırlar. Mən gördüm ki, bu fikirlər səmimi söylənilir. Mən bura gəldim ki, vəziyyətlə tanış olum. Ən əsası əlavə hansı tədbirlər görülməlidir, biz bunu müzakirə etməliyik. Yəqin ki, insanların müvəqqəti məskunlaşması üçün lazım olan əlavə tədbirlərin görülməsi barədə də təkliflər veriləcəkdir. Bizim fəaliyyətimiz indiki şəraitdə bu iki istiqamətdə aparılmalıdır. Bir daha demək istəyirəm, bütün müvafiq göstərişlər verildi, bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, gecə-gündüz işləyirlər və mən bunu yüksək qiymətləndirirəm. Nə mümkünsə onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. çünki bu, bizim ümummilli işimizdir. Bu vaxta qədər heç zaman ölkənin ərazisinin böyük bir hissəsi belə təbii fəlakətə məruz qalmamışdır. Qısa bir müddət ərzində qırxdan çox rayonda subasma və sürüşmə halları baş vermişdir. Yəni bu, misli görünməmiş təbii fəlakətdir və biz maksimum səmərə ilə bu vəziyyətdən çıxa bilirik. Onu da xüsusi qeyd etməliyəm ki, indiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə və bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimim dərəcədə təmin edə bildik. Burada da bütün lazımi şərait yaradılıb, ərzaqla təminat yaxşıdır, gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Əlbəttə ki, bu çöl şəraitində bunu təşkil etmək o qədər də asan məsələ deyildir. Amma nə mümkünsə biz bunu burada operativ qaydada edirik. İnsanların məskunlaşdıqları yerlərdə qərargahlar qurulubdur və lazımi tədbirlər görülür. Bir daha demək istəyirəm ki, indiki şəraitdə bu gün və bundan sonrakı günlərdə, ilk növbədə bütün lazımi sahilbərkitmə işləri aparılmalıdır. Bəndlər bir neçə yerdən yarıldı və bunun nəticəsində subasma halları, həm qrunt suları, həm Kürün suyu - çay suları daha da çoxaldı. Yəni bütün bu təbii fəlakətlər bir daha onu göstərir ki, bəzi hallarda insanlar bunun qarşısında aciz olurlar. Amma biz imkanlarımızı maksimum dərəcədə səfərbər etdik və edirik ki, bu fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq. Ona görə sahilbərkitmə, bəndbərkitmə işləri sürətlə davam etdirilməlidir. Bütün texnika vardır. Əgər əlavə texnikanın göndərilməsi üçün ehtiyac olarsa, biz onu da edərik. Kifayət qədər canlı qüvvə vardır. Ancaq bu gün mən göstəriş verdim ki, əlavə canlı qüvvə göndərilsin. çünki buna ehtiyac vardır. Biz əlbəttə ki, kənd sakinlərini bu işlərə cəlb edirik. Amma onların başı öz problemlərinə qarışıb. Onlar öz ailələrinə, necə deyərlər, bu şəraitdə kömək etməlidirlər. Yəni, onları bu sahilbərkitmə işlərinə kütləvi qaydada cəlb etmək hesab edirəm ki, o qədər də düzgün olmaz. Bu, könüllü şəkildə olmalıdır. Bizim kifayət qədər canlı qüvvəmiz vardır. İnsanlara qayğı göstərilməlidir. Onların bütün məişət problemləri mümkün qədər həll olunmalıdır və mən gördüm ki, insanlar, doğrudan da, burada onlara göstərilən münasibətə görə çox böyük səmimiyyətlə minnətdarlıqlarını bildirirlər. Bundan sonrakı dövrdə, - bu barədə də biz keçən dəfə müşavirədə danışmışıq, - kompleks tədbirlər planı tərtib edilməlidir, hazırlanmalıdır və icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır, çünki biz təkcə uçan evlərin bərpası ilə öz işimizi bitmiş hesab edə bilmərik. çünki orada təkcə evlər batmayıb, bütün həyət təsərrüfatı, bütün mülkiyyət, şəxsi mülkiyyət dağılıbdır. İnsanların, necə deyərlər, dolanışıq mənbəyi artıq məhv olubdur. Biz onları köçürdük, qaytardıq, evləri bərpa etdik, bəs onlar necə yaşayacaqlar? Yəni bütün bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu gün tərk edilmiş o evlər lazımi səviyədə qorunur. Yəni, Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür onu edirlər. Biz hesab edirdik ki, son iki-üç gün ərzində suyun səviyyəsi düşməyə başlamışdır və artıq hava şəraiti də yaxşılaşdı. Hesab edirdik ki, necə deyərlər, əsas böhranlı anlar artıq geridə qalıb. Amma dünən axşam bəndin yarılması nəticəsində əlavə sahələr suyun altında qaldı. İndi yenə yağışlar başladı, leysanlar başlayır, dağlarda əvvəlki illərdə görünməmiş həcmdə qar, buzlaşma müşahidə olunur. İndi o buzlar, o qarlar əriyəcək. Əridikcə yenə sel sularının gəlməsinə səbəb ola bilər. Yəni, biz hesab etməməliyik ki, bu gün artıq böhran arxada qaldı. Gələcəkdə də bu təkrar oluna bilər. Ona görə mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür. İndi isə biz baxmalıyıq ki, birincisi nə edilib. Əlavə nə etmək lazımdır və proqnoz nədən ibarətdir ki, biz insanları nə vaxt öz yaşadıqları yerlərə qaytara bilək”.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, daxili işlər naziri Ramil Usubov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, “Azərenerji” ASC-nin prezidenti Etibar Priverdiyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov təbii fəlakətlə bağlı vəziyyət barədə məlumat veriblər.
Daha sonra Prezident İlham Əliyevə bildirilib ki, indiyədək Kür çayında suyun sərfi saniyədə 1800-1900 kubmetri üstələməyib. Amma təbii fəlakət baş verən günlərdə bu göstərici 2400 kubmetrə çatıb. Hazırda Sabirabadın Mürsəlli kəndində dağılan bəndin bərpa işləri aparılır.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bir daha görülən tədbirlərin sürətləndirilməsi, zərərçəkən əhalinin qayğılarına həssas yanaşılması, onların sosial problemlərinin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

