Azərbaycan-Serbiya münasibətləri çox uğurla inkişaf edir
14.05.2010 [10:47]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiçin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, bizim çox güclü siyasi əlaqələrimiz var: “ümidvaram ki, iqtisadi əməkdaşlığımız da həmin strateji xəttə uyğun olacaqdır. Serbiya ilə münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, güclü ikitərəfli əlaqələrimiz Balkan və Qafqaz regionları arasında da regional əməkdaşlıq üçün yaxşı imkanlar açacaq və biz irəliyə doğru gedəcəyik”.
Serbiya Prezidenti Boris Tadiç səmimi qəbul üçün təşəkkür edərək söyləyib ki, inkişaf edən regionlarda - Balkan və Qafqaz arasında bir çox oxşarlıqları görürəm. Burada qarşımızda eyni çətinliklər durur: “Biz ikitərəfli münasibətlərin inkişaf etdirilməsində çox maraqlıyıq. Lakin eyni zamanda, ölkələrimizin üzləşdiyi bəzi çətinliklər və problemlərin həlli ilə bağlı bir-birimizlə fikir mübadiləsi aparırıq”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç “Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni imzalayıblar. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Serbiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri İvika Daciç, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat və regionların inkişafı naziri Mladjan Dinkiç imzalayıblar.
Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Boris Tadiç mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Azərbaycan-Serbiya münasibətləri çox uğurla inkişaf edir: “Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni bir addımdır”.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonumuz 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır: “Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal uzun illərdir ki, davam edir. Uzun illərdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etmir. Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir”.
Serbiya Prezidenti Boris Tadiç bəyanatla çıxış edərək deyib ki, bizim ümumi problem və çağırışlarımız var: “Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir. Biz Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə separatçılıq etmək məqsədi ilə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinəyik. Bu səbəbdən də biz Serbiyanın cənub əyaləti olan Kosovoya dair ölkəmizin ərazi bütövlüyü ilə bağlı maraqlarımızdan imtina etmirik”.
Boris Tadiç, həmçinin, söyləyib ki, qlobal enerji siyasətində Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir: “Enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu çox əhəmiyyətlidir. Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün olduqca maraqlıdır”.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin adından Serbiya Prezidenti Boris Tadiçin şərəfinə rəsmi nahar verilib.
Boris Tadiç Şəhidlər Xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Boris Tadiç Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezident Boris Tadiç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Serbiya Prezidenti Boris Tadiç onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul edib. Prezident Boris Tadiç Bakıda keçirilən danışıqlardan razı qaldığını bildirərək qeyd edib ki, Serbiya nümayəndə heyətinin tərkibində müxtəlif hökumət strukturlarının təmsilçiləri var. Bu, bütün istiqamətlərdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə maraq göstərilməsindən xəbər verir. Azərbaycanın Baş naziri Artur Rasizadə deyib ki, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin fəallaşdırılması Azərbaycan və Serbiya xalqlarının mənafelərinə xidmət edəcək.
Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiç Milli Məclisə də gəlib. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Serbiya Prezidenti Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalında olub. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında Ulu öndərin xidmətləri barədə məlumat verilib. Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Serbiya Prezidenti Boris Tadiçin görüşü olub. Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışıb, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib və bunu müsbət dəyərləndirib. Milli Məclisin sədri deyib ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var: “Dövlətlərimizin başçılarının siyasi iradəsi bütün sahələrdə əməkdaşlığımızın genişlənməsinə təkan verəcək. Hesab edirik ki, parlament sədrlərinin, eləcə də digər dövlət və hökumət üzvlərinin qarşılıqlı səfərləri hər iki tərəfə fayda gətirəcək. Sizin bu səfəriniz zamanı imzalanmış sənədlər də əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb”.
Milli Məclisin sədri dövlətlərimiz arasındakı münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu qeyd edib, hər iki ölkənin parlamentində dostluq qruplarının yaradıldığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Serbiyanın dövlət başçısına minnətdarlıq edib, həmin siyasətin dəyişməyəcəyinə ümidvar olduğunu bildirib.
Prezident Boris Tadiç Azərbaycanda olmaqdan məmnun qaldığını vurğulayıb və deyib: “Bu, mənim Serbiya Prezidenti kimi Azərbaycana ilk səfərimdir. Bu, həm də o deməkdir ki, biz tarix yazırıq. Səfərimizin əsas məqsədi sadəcə xalqlarımızın üzləşdiyi problemləri müzakirə etmək deyil, həm də əməkdaşlığımızın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır”.
Ali qonaq bildirib ki, Serbiyada və Azərbaycanda çoxlu sayda millətlər, xalqlar, dinlər və təriqətlər var: “Biz slavyan dil qrupuna daxil olsaq da, dilimizdə çoxlu türk sözləri var. Bu bizi daha da yaxınlaşdırır”.
Serbiya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq deyib ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyəcək. Bu bizim üçün prinsip məsələsidir. Prezident Boris Tadiç parlamentlərin rolundan danışaraq qanunverici orqanlar arasında əməkdaşlığı yüksək dəyərləndirib, Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Serbiya Respublikasının Prezidenti Boris Tadiç Heydər Əliyev Fondunda da olub. Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verilib. Serbiya Prezidenti Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar və fotoşəkillərlə tanış olub. Fondla tanışlıq zamanı Serbiya Prezidentinə məlumat verilib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Serbiya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Prezident Boris Tadiç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Serbiya Prezidentinə Fondun nəşri olan “Muğam aləmi” musiqi albomu hədiyyə edilib. Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Bununla da, Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

