Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün kompleks tədbirlərin miqyası daha da artırılacaq

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün kompleks tədbirlərin miqyası daha da artırılacaq

21.05.2010 [10:02]

Yeni yaradılan Hökumət Komissiyası qarşıda duran məsələlərin operativ şəkildə həll edilməsi üçün davamlı tədbirlər görəcək
İntensiv yağışların yağması nəticəsində respublikamızda baş verən təbii fəlakətin qarşısının alınmasında bütün gücünü səfərbər edən hökumət fasiləsiz iş rejimində çalışaraq əhalinin təhlükəsizliyinin təmin olunması, onların sosial-məişət qayğılarının həll edilməsi, eyni zamanda, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər görməkdədir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq sel və daşqına məruz qalmış rayonlarda dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və insanlara kömək etmək üçün hər cür addımlar atılmaqdadır. Dövlətmizin başçısı təbii fəlakət baş verən ilk günlərdən etibarən mövcud vəziyyəti daim nəzarət altında saxlayaraq problemin həlli məqsədilə davamlı tədbirlər görüb.
Prezident İlham Əliyev, eyni zamanda vəziyyətlə yaxından tanış olmaq və insanların mövcud durumunu öyrənmək üçün hadisə bölgəsində səfərdə olub. Prezidentin bu addımı həmin insanlarda böyük ruh yüksəkliyini artırıb, dövlət başçısına olan inam və sevgilərini daha da gücləndirib. Qeyd edək ki, ölkə başçısının rəhbərliyi altında mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülüb, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub.
Bütün bunlarla yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə davamlı işlərin həyata keçirilməsi vacib məsələ kimi qarşıda duran əsas prioritetlərdən biridir. Kompleks tədbirlərin səmərəliliyini artırmaq və ən effektiv nəticələrə nail olmaq üçün dövlət başçısı Hökumət Komissiyasının yaradılmasını qərara alıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyası yaradılıb. Komissiya baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və qarşıda duran məsələlərin operativ şəkildə həll edilməsi üçün davamlı tədbirlər görəcək.
Qeyd edək ki, Hökumət Komissiyasına bir çox nazirlik və komitələrin rəhbərləri cəlb olunub və onlara öz sahələri üzrə müvafiq işləri yerinə yetirmək tapşrılıb. Bu isə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işində bütün dövlət strukturlarının səfərbər olunmasına, mərkəzləşdirilmiş qaydada birgə addımlar atmağa öz töhfəsini vermiş olacaq. Komissiya ilk növbədə, fəlakət nəticəsində öz yaşayış yerini itirmiş ailələrin mənzil probleminin həll edilməsi ilə məşğul olacaq. Xatırladaq ki, təbii fəlakət nəticəsində ilkin məlumatlara əsasən 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev isə qəzalı vəziyyətə düşüb. Həmin evlərin böyük əksəriyyətinin yenidən bərpası mümkün deyil. Ona görə də, yeni evlərin inşası əsas məsələlərdən biri kimi qarşıda durur. Uçmuş və qəza vəziyyətinə düşmüş evlərin bərpası ilə yanaşı, infrastruktur və digər sosial təyinatlı obyektlərin yenidən qurulması da görüləcək tədbirlər sırasında başlıca yer tutur. Belə ki, yollar, nəqliyyat infrastrukturu, məktəb, xəstəxana, poliklinika və digər səhiyyə müəssisələri, sosial obyektlər, kommunal, enerji, rabitə, nəqliyyat və bölmələri, inzibati binalar və digər infrastruktur sahələrinin əsaslı şəkildə yenidən təmir və bərpasına ehtiyac var.
Məlum olduğu kimi, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatına da ciddi zərər dəyib. Kənd təsərrüfatının müxtəlif sahələri, emal və yeyinti sənayesi, aqrar təsərrüfat subyektləri, sahibkarlara məxsus istehsal və xidmət müəssisələri sel və daşqın nəticəsində itkilərlə üzləşib. Aran iqtisadi rayonu respublikamızda meyvə-tərəvəz, bostan və heyvandarlıq məhsulları istehsalı üzrə  xüsusi çəkiyə malik olduğundan bu bölgənin ümumilikdə iqtisadiyyatına dəyən zərərin miqyası da böyük olub. Həmin bölgədə 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb. Ona görə də, dövlət həmin regionda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, şəxsi təsərrüfatlara dəymiş ziyanın məbləğinin müəyyən edilməsini və təsərrüfat sahiblərinə kompensasiyaların ödənilməsini öz öhdəsinə götürüb. Hökumət Komissiyası bu istiqamət üzrə dəymiş zərərlərin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz işlər görəcək.
Həmişə çətin dövrlərdə ölkə vətəndaşlarının qayğısına qalan, onlara ən yüksək səviyyədə yardım göstərən Azərbaycan Hökuməti növbəti dəfə də insanların sosial şəraitinin yaxşılaşdırılması üçün bütün qüvvəsini səfərbər edib. İnsanlara sosial diqqət və qayğı ilə yanaşı, onların səhiyyə xidmətləri ilə əhatə olunmaları da diqqət mərkəzindədir. Komissiya insanların sağlamlıqlarının qorunması, mənəvi-psixoloji sarsıntıya məruz qalmış vətəndaşların reabilitasiyası tədbirlərini həyat keçirəcək.
Hökumət Komissiyası qarşıya qoyulmuş tapşırıq və tövsiyələri yerinə yetirməklə yanaşı, eyni zamanda, gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması sahəsində səfərbər olunaraq birgə tədbirlər planı tərtib edəcək, Kür və Araz çayları ətrafında ciddi və daha da böyük həcmdə sahilbərkitmə işlərinin aparılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı davamlı işlər həyata keçiriləcək.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31