Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir

21.05.2010 [10:05]

Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində piyada keçidlərinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev dünən paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi və piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.
Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Dörd çıxışı olan keçidin ümumi uzunluğu 175 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metrdir. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar var. Keçidin döşəməsi qranit və mərmər plitələrlə üzlənib. Əsaslı təmir və yenidənqurma işlərində 200-ə yaxın işçi çalışıb. Keçiddə havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma sistemləri, müşahidə kameraları, mobil telefon rabitəsi üçün xüsusi cihazlar quraşdırılıb. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün 4 nasos qurğusu var.
Bildirilib ki, keçiddə 35-ə yaxın kiçik ticarət köşkləri də var.
Dövlətimizin başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verilib.
*  *  *
Azərbaycan Prezidenti İlham Əliyev dünən Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir və yenidənqurma işlərinə ötən ilin sonlarında başlanmışdı.
Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilib. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunub. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilib, müşahidə kameraları quraşdırılıb. Piyada keçidində yağış və süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunub. Yenidənqurma işlərində 50-ə yaxın işçi çalışıb. Dövlətimizin başçısı yeraltı keçidi gəzib və burada görülmüş işlərdən razılığını bildirib.
*  *  *
Prezident İlham Əliyev həmin gün Binəqədi rayonunda, Azadlıq prospektində, metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak edib.
Tikinti şirkətinin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsib və keçid ilə yaxından tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib. ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.
üç aşırımdan ibarət keçiddə fotosellə işləyən 4 ən müasir eskalator quraşdırılıb. Eskalatorlar piyada yaxınlaşan zaman işə düşür. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin hündürlüyü və eni 3 metrdən çoxdur. Burada 16 sərinləşdirici ventilyasiya qurğusu quraşdırılıb. Xüsusi qurğu vasitəsilə işıqlandırma sistemi axşam saatlarında avtomatik rejimdə işə düşür. İşıqlandırma sistemi 2 yarımstansiya ilə qidalandırılır.
Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31