Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir
01.06.2010 [11:52]
Artıq 20 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal altında saxlayır. Beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə cəhd göstərən işğalçı Ermənistanın bu təcavüzkar addımı bütün dünya ictimaiyyəti tərəfindən pislənib, o cümlədən, beynəlxalq aləm, böyük dövlətlər rəsmi İrəvanı işğala son qoymağa, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyə çağırıb.
Azərbaycan isə işğal altında olan ərazilərinin azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 May-Respublika Günü münasibətilə təşkil edilən mərasimdəki çıxışında da vurğulandığı kimi, ölkəmiz hər zaman münaqişənin həlli ilə bağlı prinsipial mövqe tutub. Danışıqlar prosesi bu qətiyyəti bir daha ortaya qoydu. Artıq illərdir ki, Azərbaycan münaqişənin həllinin yalnız bir halda-ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirir və bu mövqeyimiz beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır.
Bunun qarşılığında isə təcavüzkar ölkənin məsələnin həllinə qeyri-konstruktiv yanaşması, beynəlxalq hüquq normalarını pozması və beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməməsi problemin tənzimlənməsini yubadır. Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir: “Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar”.
İllərdir işğalçı Ermənistan tərəfindən aparılan birtərəfli təbliğat, bu ölkənin xaricdəki lobbisinin yalanlarla bütün dünyanı aldatmaq cəhdi nəticəsində bəzi dövlətlərə, hətta təşkilatlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırılmışdı. Amma əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursumuz bütün erməni yalanlarını ifşa etdi. ölkəmiz dünyaya həqiqətləri çatdırdı. Bunun nəticəsində isə artıq beynəlxalq təşkilatlar ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamların, soyqırımlarının, vəhşiliklərin öz qiymətini almasını tələb edir. Təsadüfi deyil ki, artıq bir neçə beynəlxalq təşkilat Xocalı soyqırımı ilə bağlı öz mövqeyini ifadə edib. XX əsrin ən böyük faciələrindən sayılan bu soyqırımları bir sıra böyük dövlətlərin parlamentində müzakirə obyektinə çevrilib. Təbii ki, bunun arxasında Prezident İlham Əliyevin yürütdüyü davamlı və qətiyyətli siyasi kurs dayanır. Dövlət başçısı öz nitqində bildirib ki, bir müddət öncə İslam Konfransı Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr çox müsbət və tutarlı arqumentlərlə zəngindir: “Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir”.
Prezident İlham Əliyev təcavüzkar ölkənin işğal altında olan Azərbaycan torpaqlarında yaratdığı qondarma “separatçı rejimin” keçirdiyi saxta “seçkilərə” də toxunub: “Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcəkdir”.
ölkə başçısı bu problemin Azərbaycan üçün həll edilənə qədər prioritet olaraq qalacağını dilə gətirib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz bütün gücünü problemin tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həllinə yönəldib: “Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmamışdır və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar vardır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

