Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak ediblər

Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak ediblər

07.06.2010 [10:07]

Dünən Bakıda, Xətai rayonu ərazisində Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər. Prezidentlər gilizi təmələ buraxıblar və beton qarışığı töküblər. Dövlət başçıları binanın layihəsi və maketi ilə tanış olublar. Prezidentlər İlham Əliyevə və Aleksandr Lukaşenkoya məlumat verilib ki, ümumi sahəsi 1950 kvadratmetr olacaq səfirliyin üçmərtəbəli binası Qərb və Şərq memarlığının elementlərini özündə əks etdirəcək. Konsulluq şöbəsi də burada yerləşəcək. Binada konfrans zalları, müxtəlif xidməti otaqlar olacaq. Diplomatik missiyanın yerləşdiyi kompleksdə səfirliyin əməkdaşlarının yaşaması üçün 2160 kvadratmetrlik ərazidə dördmərtəbəli bina da inşa ediləcək. Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış olublar. Bildirilib ki, 2006-cı ilin oktyabrında əldə olunmuş razılığa əsasən 2007-ci ilin martından Gəncə avtomobil zavodunda “Belarus” markalı avtomobillərin istehsalı həyata keçirilir. Bu, Azərbaycanda həm “Belarus” traktorları, həm də “MAZ” yük avtomobilləri, kommunal və inşaat texnikaları istehsal edən yeganə müəssisədir. Zavod respublikanın səkkiz regionunda yüksək keyfiyyətli servis xidməti də göstərir.
Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31