Saziş Azərbaycanın qardaş Türkiyə ilə enerji bağlarını gücləndirdi
08.06.2010 [14:40]
Dünən İstanbuldakı “çırağan” sarayında Türkiyə və Azərbaycan arasında enerji sazişinin imzalanma mərasimindən sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransı keçiriblər. Taner Yıldız deyib ki, ölkələrimiz arasında təbii qaz məsələsinin müzakirələri çərçivəsində 8 görüş keçirilib: “Qarşılıqlı şərtlər irəli sürülmüşdü və biz azərbaycanlı qardaşlarımızn irəli sürdüyü hər bir şərti böyük hörmətlə qarşılamışdıq. Müzakirələrin üç təməl nöqtəsi var idi. Birincisi, hazırda “Şahdəniz-2” adlandırdığımız layihənin qiymət mexanizmi ilə bağlı 2008-ci ilin aprelindən tənzimlənməli olan qiymətin razılaşdırılması idi. İkincisi, 2016-2017-ci ildə istifadəyə veriləcək “Şahdəniz-2” layihəsi ilə əlaqədardır. Bu təbii qazın da həcmi və qiyməti ilə bağlı razılıq əldə olunmuşdur. üçüncü məsələ isə, tranzit tariflərinin müəyyən olunması idi. Azərbaycanlı qardaşlarımız Petkim firması nəzdində də bir şirkət quracaqlar və bu şirkətə də qaz verilməsi nəzərdə tutulur. Azərbaycan qazı Türkiyə və Avropanın təbii qaza olan ehtiyacının təmin olunması, NABUCCO layihəsinin gələcəyi baxımından olduqca mühümdür. İmzaladığımız saziş bu istiqamətdə işimizə xidmət edir”.
Azərbaycanın sənaye və energetika naziri Türkiyə ilə sazişin imzalanmasını tarixi hadisə adlandıraraq, bu addımın böyük neft və qaz ölkəsi olan Azərbaycanın qardaş Türkiyə ilə enerji bağlarını gücləndirdiyini deyib: “Azəri-çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələri təkcə Türkiyənin və Gürcüstanın deyil, bütün Xəzər və Qara dəniz ölkələrinin rifahının yüksəlməsinə xidmət etmişdir. İkinci nəhəng layihə olan Azərbycanın zəngin “Şahdəniz” yatağının işlənməsidir ki, bu layihənin həyata keçirilməsində də Türkiyə fəal iştirak edir. Bu layihədən əvvəl Azərbaycan Rusiyadan qaz idxal edirdi. Lakin “Şahdəniz” yatağının işlənməsi ölkəmizə təbii qaz ehtiyacını tam olaraq təmin etməklə yanaşı, qaz ixracatçısına çevrilməyimizə imkan vermişdir. Bu gün imzalanan saziş Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəkdir. Azərbaycan Türkiyənin iqtisadiyyatına böyük sərmayələr qoyur. Azərbaycan Dövlət Neft Şirkəti sahib olduğu Petkim şirkətini daha da inkişaf etdirmək istəyir və ona görə də təbii qazın bir hissəsinin bu şirkətə verilməsi də sazişin maddələrindən biridir”.
Xəbər lenti
Hamısına baxSosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58

