Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan çoxşaxəli iqtisadi inkişafını davam etdirəcək

Azərbaycan çoxşaxəli iqtisadi inkişafını davam etdirəcək

22.06.2010 [08:58]

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı respublikamızı ən yüksək inkişaf edən ölkə kimi qiymətləndirirlər
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) aparıcı mütəxəssisləri dünya iqtisadiyyatının mövcud vəziyyətini şərh edərkən inkişaf templərini qoruyaraq davamlı islahatlar həyata keçirən ölkələr sırasında Azərbaycana xüsusi önəm verib. Hər iki maliyyə qurumunun nüfuzlu analitikləri Mərkəzi Asiya və Qafqaz regionu dövlətlərinin 2007-2009-cu illər üzrə iqtisadi və maliyyə sektorlarını təhlil ediblər və respublikamızdakı dinamik inkişafı yüksək qiymətləndiriblər. DB və BVF-nin ekspertlərinin qənaətinə görə, bölgədə qlobal maliyyə böhranının təsirlərini ən az hiss edən ölkə Azərbaycan olub.
ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri” mövzusunda keçirilən konfransda Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin nümayəndəsi Ratna Sahay bildirib ki, böhran dövründə Azərbaycan iqtisadiyyatına böyük ziyan dəyməyib: “Böhran Azərbaycan iqtisadiyyatındakı  inkişafı əngəlləyə bilməyib. Hətta, bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilib. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir”.
BVF-nin nümayəndəsi qeyd edib ki, Azərbaycan XXI əsrin əvvəllərindən yeni mərhələyə qədəm qoyan inkişaf dinamikasını davam etdirib və iqtisadi böhran zamanı ən az zərər çəkən ölkə kimi qlobal resessiyalara dözümlülük nümayiş etdirməklə mükəmməl antiböhran proqramına malik olduğunu təsdiq edib.  Böhranın ilkin simptomlarının müşahidə edildiyi ilk günlərdən etibarən ölkəmiz mənfi tendensiyaları dəf etməyə müvəffəq olub.  Azərbaycanda iqtisadiyyatın artım dinamikasının daha yüksək olduğu 2007-2008-ci illərdə böhran meyilləri qlobal xarakter daşıyıb, amma respublikamızın iqtisadi bölmələrində dinamizm meyillərini səngidə bilməyib.
Dünya Bankının mütəxəssisləri isə bildiriblər ki, Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Dünya böhranının birinci və ikinci mərhələlərini dəf edən Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail olub. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısını alıb. Azərbaycan hökuməti əvvəlkitək inkişaf tempinin və makroiqtisadi sabitliyin qorunub saxlanması ilə bağlı strategiyanın həyata keçirilməsinə görə, bir çox dövlətlərə nümunə olduğunu təsdiqləyib.
DB bəyan edib ki, 2009-cu ildə yüksək makroiqtisadi göstəricilər əldə edən ölkəmiz milli valyutanın sabitliyini qoruyub saxlayaraq, iqtisadi inkişafın yüksələn xətt üzrə davam etməsini nümayiş etdirib.  Böhrana qarşı başlıca vəzifələrdən biri maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqdan ibarət olub. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib. Bir çox ölkələrin valyuta bazarı böhran tsiklinin qarşısında tab gətirə bilməyərək milli valyutaların devalvasiyasına səbəb olsa da, həyata keçirilən monetar siyasət milli valyuta olan manatın bazarda aktiv  pul aləti kimi çəkisinin artırılmasına səbəb olub. Mərkəzi Bankın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib və hazırda bölgədə ən dəyərli valyuta növü kimi çıxış edir.
Amerika və Avropanın ən inkişaf etmiş dövlətlərinin böhranla bağlı investisiya layihələrini dayandırmasına baxmayaraq, Azərbaycan bu istiqamətdə layihələri həyata keçirməkdə davam edir. BVF və DB-nin qənaətinə görə, ümumiyyətlə, Azərbaycan hökuməti real sektorda və investisiya bölmələrində layihələrin davamlılığını təmin edib. Hökumət sərmayə proqramları ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsinə, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə,  onlara vergi güzəştlərinin tətbiq edilməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasına, ixracyönümlü müəssisələrin dəstəklənməsinə, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsinə yönəlmiş siyasət yürüdüb. Bunun nəticəsidir ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada ən islahatçı və lider dövlət kimi qiymətləndirib.
DB-nin proqnozlarına görə, bu il ölkəmizdə əsas makroiqtisadi indiqator olan ümumi daxili məhsulun (üDM) artım tempi 7 faizə yaxın olacaq və bu dinamika Azərbaycanın mövqeyinin irəliləməsinə zəmin yaradacaq. Eyni zamanda, 2010-cu ildə ölkəmiz digər iqtisadi-sosial inkişaf indiqatorlarına görə də əsas dövlətlərdən biri olacaq. Azərbaycanda sənaye, kənd təsərrüfatı və qeyri-neft sektorunun bir çox sahələrində artım gözlənilir. Bundan başqa, əhalinin pul gəlirləri və orta aylıq əməkhaqqının da artımı baş verəcək. Respublikamız inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacaq. Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ
Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31