Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olub
24.06.2010 [09:53]
Dünən Bakıda, “Gülüstan” sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 35-ci illik toplantısında quruma üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, regional və beynəlxalq maliyyə təşkilatlarının, inkişaf üzrə milli maliyyə təşkilatlarının, bankların, İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edir. Toplantıda, əsasən, Nigeriyanın İslam İnkişaf Bankının əsas kapitalındakı iştirak payını artırmaqla bağlı müraciətinə baxılması, 2010-cu ildə bankın xalis gəlirindən texniki yardım qrant əməliyyatlarına və təqaüd proqramına vəsait ayırması, bankın Müdirlər Şurasının 39-cu illik toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin dəvəti, 36-cı illik toplantının tarixinin və yerinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunacaq. Bundan əlavə, toplantı çərçivəsində bankın üzvü olan ölkələr üçün yeni layihələrin təsdiqi, bir sıra kredit sazişlərinin imzalanması nəzərdə tutulur.
Əvvəlcə rəsmi foto çəkdirilib.
Mərasimdə iştirak edən müdirlər, icraçı direktorlar və İslam İnkişaf Bankı Qrupunun idarə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunublar.
İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısı müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Toplantını İslam İnkişaf Bankı Müdirlər Şurasının sədri, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq deyib ki, iclaslar zamanı qəbul ediləcək qərarlar Cənubi Amerikada Surinam, Şimali Afrikada Mərakeş, Cənub-Şərqi Asiyada Bruney və İndoneziya arasında böyük bir ərazidə yerləşən bütün üzv ölkələr arasında əlaqələri daha da gücləndirəcək.
Şahin Mustafayev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışarkən İslam İnkişaf Bankı ilə ölkəmizin həyata keçirdiyi əməkdaşlığın uğurlu olduğunu da diqqətə çatdırıb. Nazir bankın Bakıda keçirilən illik toplantısının islam ölkələrinin daha da inkişafına hərtərəfli töhfə verəcəyinə əminliyini ifadə edib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli toplantıda çıxış edib. O, bu tədbirin təşkilində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. ölkəmizdə gördükləri qonaqpərvərliyi yüksək qiymətləndirən Əhməd Məhəmməd Əli Azərbaycan hökumətinə və xalqına da minnətdarlığını çatdırıb. O, ölkəmizin böyük tarixə və yüksək mədəni dəyərlərə sahib olduğunu vurğulayaraq deyib ki, İslam sivilizasiyasının formalaşdırılmasında Azərbaycan müsbət və konstruktiv rol oynayıb.
İslam İnkişaf Bankının fəaliyyətindən danışan Əhməd Məhəmməd Əli bildirib ki, son bir neçə ildə bank üzv ölkələrin inkişafına 7,5 milyard dollar vəsait ayırıb: “Bu da həmin ölkələrdə dünya maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına yardım məqsədi daşıyır. Hazırda İslam İnkişaf Bankı qurumun üzvü olan ölkələrdə yoxsulluq problemlərinin həllinə diqqət göstərir, İslam İnvestisiya Bankının yaradılmasını dəstəkləyir”.
Sonra İslam İnkişaf Bankının qruplarını təmsil edən nümayəndələr çıxış ediblər.
Afrika ölkələri qrupu adından çıxış edən çad Respublikasının iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd Əli Həsən Afrika qitəsinin sosial-iqtisadi inkişafı və dünya maliyyə böhranının aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Məhəmməd Əli Həsən tədbirin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Ərəb ölkələri qrupu adından çıxış edən Suriyanın maliyyə naziri Məhəmməd Əl-Hüseyn bu cür mötəbər yığıncaqda iştirak etməkdən məmnunluğunu bildirib. O, İslam İnkişaf Bankının 35 illik fəaliyyəti dövrünə nəzər salıb və qeyd edib ki, bu müddətdə bank həm keyfiyyət, həm də kəmiyyət baxımından əsaslı inkişaf yolu keçib. Asiya ölkələri qrupu adından danışan özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr və investisiya naziri Elyar Qəniyev dünyada iqtisadi böhranın fəsadlarının hələ də qaldığı bir müddətdə İslam İnkişaf Bankının bu cür tədbirinin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını deyib. Bildirib ki, 2009-cu il bir çox dövlətlər üçün iqtisadi cəhətdən sınaq dövrü olsa da, bəzi islam ölkələri kimi özbəkistan da vəziyyətdən uğurla çıxmağa çalışır və bu məsələdə İslam İnkişaf Bankının rolu diqqətəlayiqdir.
Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısında nitq söyləyib.
Dövlətimizin başçısı qonaqları salamlayaraq deyib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr çox uğurla və sürətlə inkişaf edir: “Uzun illərdir ki, biz bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürürük və Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur. Əminəm ki, gələcək illərdə də bu əməkdaşlıq dərinləşəcək və ölkəmiz qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Əməkdaşlığımızın gözəl perspektivləri vardır. Azərbaycan öz inkişaf dövrünü yaşayır və bankın xətti ilə Azərbaycanda həyata keçirilmiş layihələr özünü doğruldur. ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün biz gələcəkdə də iqtisadi islahatlarımızı davam etdirəcəyik. Bir sözlə, mən qeyd etmək istəyirəm ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında bu günə qədərki əməkdaşlıq çox uğurlu olmuşdur. Biz bu əməkdaşlıqdan çox məmnunuq və ümid edirik ki, biz gələcəkdə də bu əməkdaşlığın dərinləşməsinə bərabər səylərimizi göstərəcəyik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini göstərir: “Böyük iftixar hissi ilə deyə bilərəm ki, 2009-cu il Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdi və bütün il boyu müxtəlif tədbirlər keçirilmişdi. Yəni, biz bütün istiqamətlərdə çalışırıq ki, müsəlman ölkələri arasında əməkdaşlığa öz töhfəmizi verək və bu səylərimizi davam etdirəcəyik”.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ölkəmiz və bölgəmiz üçün böyük problemlər yaradır”, - deyən dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, Ermənistanın Azərbaycana əsassız torpaq iddiası nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizi hazırda Ermənistanın işğalçı qüvvələrinin işğalı altındadır: “Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu işğal nəticəsində zəbt edilmiş ərazilərdə demək olar ki, bütün binalar, infrastruktur dağıdılıbdır, muzeylərimiz talan edilibdir, eksponatlar oğurlanıbdır. Əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. İşğal edilmiş torpaqlar artıq ölü bölgəyə çevrilibdir. Bu ərazilərdə azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənistanın işğalçı siyasəti bu gün də davam edir. Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr uzun illərdir ki, işğal altında saxlanılır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər və bizim mövqeyimizi, yəni haqq-ədalət mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların çoxsaylı qərarları və qətnamələri vardır. Bu gün hörmətli cənab Əhməd Məhəmməd Əli bu barədə öz fikirlərini bildirdi. BMT Təhlükəsizlik Şurası, yəni beynəlxalq müstəvidə ən ali orqan tərəfindən bu məsələ ilə bağlı dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə birmənalı göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icrasız qalıbdır. İslam Konfransı Təşkilatı dəfələrlə buna oxşar qətnamələr qəbul edibdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, bütün başqa beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər. Ancaq Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistan beynəlxalq təşkilatların qərarları ilə hesablaşmır və bu siyasətə, bu işğalçı siyasətə son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və işğaldan əziyyət çəkmiş bütün insanlar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Bir də demək istəyirəm ki, ölkəmiz üçün bu, ən böyük və ən ağrılı problemdir və Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra bu problem bir nömrəli problem kimi qarşımızda dayanır”.
Prezident İlham Əliyev, həmçinin, diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyi əldə edəndə - 1991-ci ildə vəziyyətimiz çox ağır idi: “Bir tərəfdən erməni işğalı, digər tərəfdən ölkə daxilində gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül demək olar ki, ölkəni iflic vəziyyətinə salmışdı. Ancaq Azərbaycan xalqının iradəsi və böyük lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən şərəflə çıxa bilmişdir. 1990-cı illərin ortalarında sabitlik yaranmışdır, həm iqtisadi, həm siyasi sabitlik bərqərar olunmuşdur. Bu, bizə imkan verdi ki, sürətlə inkişaf edək. O gündən bu günə qədər Azərbaycanın hərtərəfli inkişafı ölkə qarşısında duran problemlərin həlli üçün bizə şərait yaratdı. 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf etməyə başlamışdır”.
“Artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, bir sektordan asılı deyildir. Azərbaycan investisiya qoyuluşu üçün də çox əlverişli ölkədir”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, həm daxili, həm xarici investisiyalar Azərbaycanda dövlət səviyyəsində qorunur.
Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır: “Biz ölkə iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edək”.
Sosial sahənin gücləndirilməsi üçün konkret proqramların icra edildiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, təhsil, səhiyyə, mədəniyyət, idman - bu sahələr bizim üçün prioritetdir.
Prezident İlham Əliyev çıxışının sonunda deyib: “Əminəm ki, Azərbaycana səfəriniz uğurlu, yaddaqalan olacaqdır. Bütün nümayəndə heyətlərinin rəhbərlərinə müraciət edib, xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

