Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30.06.2010 [10:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ölkəmizə səfəri zamanı Azərbaycanda əldə edilən nailiyyətlərin və sürətli inkişaf prosesinin şahidi olduğunu deyən Albaniya parlamentinin sədri bu münasibətlə dövlətimizin başçısını təbrik edib. Jozefina Topalli ölkəsinin Azərbaycan ilə siyasi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Qonaq parlamentlərarası əməkdaşlığın genişləndirilməsini ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib, siyasi, iqtisadi, mədəni sahələrdə, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin perspektivlərinin müzakirə edilməsi baxımından  Albaniya parlamenti sədrinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev hökumət və parlament üzvləri arasında əlaqələrin qurulmasının önəmli olduğunu bildirib.

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31