Azərbaycan təhsili: keçmiş və bu gün
01.07.2010 [09:59]
Təsadüfi deyil ki, yaşadığımız əsri elmi idarəetmə dövrü kimi qiymətləndirirlər. Bu amil məhz, dünyadakı sosial-iqtisadi, siyasi-hüquqi və digər sahələrə dair prosesləri idarə etmək, müvəffəqiyyət qazanmaq, eyni zamanda, qloballaşma dövründə dünya xalqları içərisində nailiyyətlərə görə öncül yerlərdən birini tutmaqla əlaqələndirilir. Bu gün dövlətlər qazandıqları maddi resursları intellektual reallığa çevirmək üzərində tam məsuliyyətlə çalışırlar. Artıq dünya ictimaiyyəti “intellekt istehsal edən fabriklər” haqqında düşünür, dövlətin siyasətini düzgün formalaşdırmağa təsir edən “beyin mərkəzləri” yaratmağa meyillənir. Bunun üçün isə ilk növbədə ölkədə təhsilin bünövrəsi möhkəm qoyulmalı, onun inkişafı istiqamətində məqsədyönlü addımlar atılmalıdır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycan adlı siyasi-coğrafi məkanın dəfələrlə müxtəlif dövlətlər tərəfindən işğal olunması və dağıdılması, beyin axınlarının sürətlənməsi, sosial-iqtisadi şəraitin ağırlaşması özlüyündə təhsilin möhkəm təməlinin formalaşmasına mənfi təsir etmişdi. İstər çar Rusiyası dövründə, istərsə də keçmiş SSRİ-dəki totalitar idarəçiliyin ilk 40 ili ərzində Azərbaycanın intellektual, düşünən beyin təbəqəsinin formalaşmasına ciddi şəkildə maneəçilik törədilirdi...
Amma ötən əsrin 70-ci illərindən başlayaraq, gələcəyin təhsilin üzərində qurulacağını bilən ümummilli liderimiz Heydər Əliyevin həmin dövrdə formalaşdırdığı intellektual potensial sonrakı dövrdə təhsilin inkişafını təmin edən bünövrəyə çevrildi. Məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yarandı, onların möhkəm maddi-texniki bazası quruldu. İxtisaslı mütəxəssislərin, xüsusən, milli hərbi kadrların hazırlanması, onların xaricdə təhsil alması geniş vüsət aldı. Bu da təsadüfi deyildi. Böyük dövlət xadimi çox gözəl bilirdi ki, o dövrlərdə elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycanın bu gün müasir tələblərlə ayaqlaşan böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti də olmazdı. Ulu öndər Heydər Əliyev bu barədə danışanda deyirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq...”
ötən əsrin 70-ci illərində təhsilini ən məşhur universitetlərdə davam etdirmək imkanı qazanan alimlər, xaricdən təcrübəli kadrlar kimi ölkəmizə qayıdan hərbi kontingent bu gün üçün ən böyük nəticədir. 1969-82-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində təhsil sisteminin inkişafı üçün görülən işlərdən bəhs edərkən, bu faktları qeyd etməmək mümkün deyil. Bu illər ərzində müxtəlif bölgələrdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verildi. Yeri gəlmişkən, qeyd edək ki, Ulu öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra da bu ənənə davam etdirildi. 1993-2002-ci illər ərzində 137 yeni ümumtəhsil məktəb binası tikilsə də, bu, tələbatın cəmi 10 faizini təşkil edirdi. Odur ki, məktəb tikintisinə dair Dövlət Proqramı qəbul edildi.
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində texniki-peşə təhsili məktəblərinin də sayında dəyişikliklər oldu. Sözügedən dövrlər ərzində texniki peşə məktəbləri 76-dan 184-ə, ali məktəblərin sayı 12-dən 17-yə çatdırıldı. Gənclər məhz həmin illərdə SSRİ-nin məşhur ali məktəblərində təhsil almaq hüququ qazandı. 1969-cu ildə 47 nəfər xaricdə təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm artıq 14 dəfə artaraq 700-ə çatdı. Sonrakı illərdə hər il 1000-1400 nəfər zəruri ixtisaslar üzrə xaricə təhsil almağa göndərilirdi. Bu illərdə xaricdə təhsil alan ixtisaslı kadrların sayı 15 mindən artıq idi. Bu isə gənclərin dünyagörüşünün artırılması ilə yanaşı, yüksəkixtisaslı kadr kimi formalaşmasına şərait yaradırdı. Hər bir cəmiyyətin gələcəyinin gənclərin səviyyəsindən nə qədər asılı olduğunu nəzərə alsaq, Ulu öndər Heydər Əliyevin qabaqcıl təhsil ocaqlarına açdığı yol böyük bir “inqilab” da sayıla bilər. Bu illərdə atılan məqsədyönlü addımlar nəticəsində, Azərbaycan elmi də keçmiş SSRİ-də öncül yerlərdən birinə yüksəldi. Bəhs edilən dövrdə aparılan fundamental elmi araşdırmalar nəticəsində 2280 elmi, elmi-texniki, xalq təsərrüfatı əhəmiyyətli nəticələr alındı, xeyli elmi-tədqiqat institutları da yaradıldı.
Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə hakimiyyət başında olan siyasi qüvvələrin yarıtmaz fəaliyyəti və səriştəsizliyi sayəsində bütün digər sahələrdə olduğu kimi, təhsil sistemində də böyük fəsadlar ortaya çıxmışdı, Heydər Əliyevin birinci hakimiyyəti illərində təhsil sisteminin inkişafında əldə olunan bu yüksək nəticələr Onun müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində də yeni nailiyyətlərə zəmin yaratdı. Təhsildə mövcud qanunvericilik bazasının yaradılması da birbaşa ümummilli liderin fəaliyyətinin nəticəsidir. Adi bir fakta nəzər yetirməklə, həmin dövrdəki real mənzərəni təsəvvür etmək mümkündür. Belə ki, 1992-ci ildə heç bir ciddi müzakirə aparılmadan, tələm-tələsik qəbul olunmuş “Təhsil haqqında” Qanun nəinki bu sahədə mövcud olan problemləri aradan qaldırmağa imkan verən yetərli hüquqi sənəd deyildi, eyni zamanda, sənəddə adi normativ xarakterli müddəaların olmaması, bir-birinə zidd maddələrin yer alması, real inkişaf prosesinin nəzərə alınmaması yeni problemləri ortaya çıxarırdı. Ulu öndər Heydər Əliyev isə zəngin dövlət idarəçiliyi təcrübəsi sayəsində qısa müddət ərzində qəbul etdiyi qərarlarla bu fəsadları aradan qaldırdı, təhsil sistemini inkişaf yoluna çıxara bildi. Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamla təhsildə islahatların yeni mərhələsinə start verildi. Bir il sonra Təhsil sahəsində İslahat Proqramı qəbul edildi. Azərbaycan Avropa, Cənub-Şərqi Asiya regionları və YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı təhsil sənədləri, diplomlar və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalara qoşuldu. Eyni zamanda, 1995-ci ildə dahi liderin rəhbərliyi ilə hazırlanan və qəbul olunan ölkə Konstitusiyasında təhsilə münasibət tam şəkildə öz əksini tapdı. Onbirillik icbari təhsilə keçidlə pulsuz ümumi orta təhsilə dövlət təminatı verildi. Sonrakı prosesdə təhsil işçilərinin sosial vəziyyətini gücləndirməyə yönəlik addımlar atıldı. 1997-ci ildə AMEA-ya ayrılan vəsait artırıldı, işçilərin məvacibi 50 faiz, rütbə məvacibi iki dəfə qalxdı...
Sevindirici haldır ki, ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyev bu gün bütün istiqamətlərdə olduğu kimi, təhsilin və elmin inkişafı yönündə də Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyev təhsil infrastrukturunun və keyfiyyətinin artırılması istiqamətində genişmiqyaslı fəaliyyətə start verməklə, Azərbaycan bu sahədə xeyli irəlilədi və hətta, belə demək mümkünsə, onilliklər ərzində görülə biləcək işləri son yeddi ildə həyata keçirdi.
ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri, “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin avadanlıqla təminatı Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”, məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər, Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Texniki peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci illər)”, ölkə Prezidentinin müvafiq sərəncam və fərmanları ilə xüsusi təqaüdə layiq görülən gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi, ümumtəhsil məktəblərinin tədris laboratoriyaları (fizika, kimya, biologiya) ilə təminatı, Azərbaycan Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, ilin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllimi mükafatlarının ödənilməsi, “Təhsil haqqında” Qanunun qəbulu, elmin inkişafına təkan verəcək fondun yaradılması, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərmanın imzalanması və digər xüsusi əhəmiyyətli tədbirlərin maliyyələşməsi kimi addımları təhsilə olan dövlət qayğısının göstəricisi kimi qiymətləndirmək olar. Bütövlükdə, təhsil sistemində ayrı-ayrı istiqamətlər üzrə 14 inkişaf proqramı təsdiq edilib. Bunların içərisində dərsliklər üzrə ayrıca proqram var. Dərslik siyasəti üzrə MDB məkanında Azərbaycan örnək bir dövlətdir. ümumtəhsil məktəblərində bütün siniflər üzrə dərsliklər uşaqlara pulsuz paylanır. Son illərdə tikilən 1600 məktəb də təhsil sektorunda inkişafdan xəbər verir...
Bir sözlə, Ulu öndər Heydər Əliyevin ənənələri əsasında uğurlu təhsil siyasəti yürüdən Prezident İlham Əliyev Azərbaycanda dünyanın qabaqcıl norma və kriteriyalarına cavab verən müasir təhsil sisteminin tam formalaşmasına nail olub, bu isə dövlətin inkişafına səbəb olacaq nailiyyətlərin əldə edilməsinə geniş imkanlar açır.
Zahid İLHAMOÄžLU,
“Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

