/ / Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcək
Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcək
01.07.2010 [10:00]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olub. Dövlətimizin başçısı və xanımı Bolqarıstan Prezidentini və xanımını sarayın həyətində qarşılayıblar.
Sonra birgə görüş olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunulub. Bolqarıstan Prezidentinin Azərbaycana işgüzar səfərinin əlaqələrimizin genişlənməsi baxımından önəmi qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu ölkəmizdə salamlayıb və bildirib ki, bu səfər münasibətlərimizin daha da inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. “Biz artıq Sizinlə münasibətlərimizin gündəliyinə dair fikir mübadiləsi aparmışıq və həmin münasibətlərin necə dinamik inkişaf etməsini görürük”, - deyən dövlətimizin başçısı əlaqələrimizin səviyyəsindən razı qaldığını bildirib.
Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, budəfəki səfər ikitərəfli münasibətlərin inkişafı və regional əməkdaşlıq üçün daha bir mühüm addım olacaq. çünki müzakirə olunan və hələ müzakirə edəcəyimiz məsələlər mühüm regional məna kəsb edir. “Biz ölkələrimizin və xalqlarımızın rifahı, habelə Azərbaycan ilə Avropa strukturları arasında münasibətlərin möhkəmlənməsi naminə ikitərəfli əməkdaşlıq potensialından tam şəkildə istifadə etmək üçün Sizinlə siyasi, iqtisadi, mədəni məsələlərə dair əməkdaşlığa hazırıq”, - deyən Prezident İlham Əliyev Bolqarıstan Prezidentini bir daha ölkəmizdə salamlayıb və ona ən xoş arzularını bildirib.
Bolqarıstan Prezidenti Georgi Pırvanov Prezident İlham Əliyevin münasibətlərin inkişafına verdiyi qiymətlə razı olduğunu deyib. Bildirib ki, münasibətlərimiz çox səmimi və yaxşıdır. Son dövrlərdə isə müasir Avropa münasibətləri kontekstində əlaqələrin intensivliyi artır. “Nazirliklər, digər təsisatlar səviyyəsində münasibətlər çox fəal inkişaf edir. Lakin bu da çox vacibdir ki, dövlət başçılarının münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına təkan verir”, - deyən Bolqarıstan dövlətinin başçısı bildirib ki, bu əlaqələri və münasibətləri ikitərəfli planda praktiki addımlara çevirməyə nail oluruq.
O da qeyd olunub ki, Avropa İttifaqının üzvü kimi Bolqarıstanın mövqeyi bütövlükdə regiona, o cümlədən Azərbaycana münasibətdə Avropa siyasətinin formalaşmasında fəal olmaqdan ibarətdir.
Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Georgi Pırvanov mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Cənab Prezident, Sizin səfəriniz Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. Mən əminəm ki, səfərin nəticələri əlaqələrimizi daha da irəliyə aparacaqdır. Aramızda əlaqələr çox möhkəm zəmində qurulubdur. Biz müxtəlif sahələrdə çox uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq gündən-günə genişlənir və dərinləşir. Bizim siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər, xüsusilə yüksəksəviyyəli səfərlər bunu göstərir. Biz Sizinlə həm Azərbaycanda, həm Bolqarıstanda, digər ölkələrdə vaxtaşırı görüşürük, fikir mübadiləsi aparırıq. çox şadam ki, bütün strukturlar, nazirliklər öz aralarında da çox səmərəli əlaqələr qura bilmişlər. Bir sözlə, siyasi əlaqələrin möhkəm olması bizə imkan verir ki, müxtəlif sahələrdə əlaqələrin inkişafına da güclü təkan verək. Bu gün biz Sizinlə gündəliyimizin demək olar ki, bütün məsələlərini müzakirə etdik. Bir daha gördük ki, ikitərəfli gündəliyimiz çox genişdir və çoxmənalıdır. İqtisadi sahədə böyük potensialımız vardır. ümid edirəm ki, gələcək illərdə bu potensial həyatda öz əksini tam şəkildə tapacaqdır. Qarşılıqlı investisiya layihələri, müştərək müəssisələrin yaradılması və birgə iqtisadi fəaliyyət əlaqələrimizi daha da gücləndirəcəkdir. Biz bu gün Sizinlə energetika sektorundakı əlaqələrimizi geniş müzakirə etdik. Bu sahədə gözəl perspektivlər vardır və artıq konkret addımlar da atılıbdır. Keçən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanmışdır və artıq işçi qrupu memorandumun əsasında bir neçə görüş keçirmişdir. Bu görüşlər çox ümidvericidir. Bu gün biz Sizinlə həmin məsələləri daha da geniş şəkildə müzakirə etdik. Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq, əminəm ki, çox uğurlu olacaq, həm ölkələrimizin maraqlarını təmin edəcək, eyni zamanda, regional əməkdaşlıq üçün də çox böyük töhfə verəcəkdir. çünki Azərbaycan tərəfindən başlanmış və uğurla icra edilən neft-qaz layihələri bu gün artıq regional müstəviyə daxil edilibdir. Bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox böyük əhəmiyyəti vardır. Azərbaycan öz enerji potensialını tam şəkildə reallaşdırmaq əzmindədir. Bunu etmək üçün bizə, əlbəttə ki, yeni istiqamətlər, yeni bazarlar lazımdır. Əminəm ki, istehlakçılar üçün də yeni mənbələr maraq doğurur. Beləliklə, bu sahədə maraqlarımız üst-üstə düşür. Əminəm ki, bu gün bizim tərəfimizdən verilən konkret tapşırıqlar bu sahədəki əməkdaşlığın reallaşmasına gətirib çıxaracaqdır. Beləliklə, Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcəkdir. Bu gün biz Sizinlə Azərbaycan ilə Avropa İttifaqı və Avropa strukturları arasında mövcud olan əlaqələri müzakirə etdik. Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Biz ümid edirik ki, “Şərq tərəfdaşlığı” Proqramının icrası nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yeni səviyyəyə qalxacaqdır. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamə Azərbaycanda çox müsbət bir hal kimi qiymətləndirilir. Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalçılarının nəzarətindədir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Torpaqlarımızın iyirmi faizi uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın-köçkün vəziyyətində yaşayır. Biz istəyirik ki, məsələ beynəlxalq təşkilatların qətnamələri, qərarları əsasında və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapsın. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir. Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk. Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə Bolqarıstanın xüsusi yeri vardır. Biz həmişə, bütün dövrlərdə Bolqarıstandan dəstək almışıq. Bu dəstəyi bu gün də görürük və hiss edirik. Biz bu gün əməkdaşlığımızın müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha demək istəyirəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür və bizim amalımız da birdir. Biz istəyirik ki, ikitərəfli əlaqələr sürətlə inkişaf etsin, regional əməkdaşlıq - Xəzər dənizi-Qara dəniz regionlarının əməkdaşlığı daha da uğurlu olsun. Bölgədə sülh, təhlükəsizlik təmin edilsin, bütün siyasi və iqtisadi proseslər müsbət istiqamətdə davam etsin və beləliklə, bu bölgədə vəziyyət, xüsusilə, təhlükəsizlik tədbirləri daha da gücləndirilsin. Mən əminəm ki, səfəriniz çox uğurlu keçəcək və səfərinizin nəticələri Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəkdir. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram və bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm”.
Bolqarıstan Prezidenti Georgi Pırvanov bəyanatla çıxış edərək söyləyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Əvvəlcə, mənə göndərdiyiniz dəvətə görə və göstərilmiş səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən keçirilmiş danışıqlardan çox razıyam. Sözün əsl mənasında, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. İndi isə bizim belə bir imkanımız var ki, həmin o münasibətlərə yeni məna verək, yeni keyfiyyət gətirək. Hesab edirəm ki, bu münasibətlər Avropa İttifaqının üzvü olan dövlət ilə və Sizin regionun dövləti arasında nümunəvi münasibətlər kimi xidmət edə bilər. Cənab Prezident, Siz burada müxtəlif Avropa təsisatları ilə münasibətlərimizə istinad etdiniz. Biz münasibətlərimizin inkişafı üçün müsbət rol oynamış bu amilləri qeyd etmək istəyirik. Hesab edirəm ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin düzgün müsbət təhlilini apara və ölkələrimiz arasında əmtəə dövriyyəsinin yeni strukturunu nəzərdən keçirə biləcəyik. Biz bu baxımdan müvafiq nazirliklər və sahə qurumları arasında daha böyük əməkdaşlıq gözləyirik. Təbii ki, bugünkü danışıqlar sərmayə prosesinə təkan verə bilər. Bu, hər iki istiqamətdə sərmayə marağını daha da artıra bilər. Biz bu məsələləri də müzakirə etdik. ümidvaram ki, bu məsələlər müvafiq təsisatların və nazirliklərin iş gündəliyinə salınacaqdır. Mən, eyni zamanda, energetika sahəsində apardığımız danışıqları müsbət dəyərləndirirəm. Bu baxımdan əlaqələrimiz yaxşı inkişaf edir, müsbət nəticələrimiz vardır. Biz Bolqarıstana bir milyard kubmetr həcmində Azərbaycan qazının alınması imkanının yaradılmasından çox məmnunuq. Bu, çox müsbət bir haldır və bu sahədə əməkdaşlıq artıq gələn ildən başlayaraq baş tutacaqdır. Zənnimcə, bu, mənim ölkəmin enerji təhlükəsizliyinə mühüm töhfə olardı. Eyni zamanda, biz fəal şəkildə işləyərək, qarışıq işçi qrupunun fəaliyyətini yüksək dəyərləndiririk. Burada Azərbaycandan sıxılmış qazın Bolqarıstan vasitəsilə Avropaya çıxarılması nəzərdə tutulur. Mən bunu xüsusilə qeyd edirəm, əgər birinci layihəmiz ikitərəfli xarakter daşıyırsa, sıxılmış qaz layihəsi artıq daha geniş regional əhəmiyyətə malik ola bilər. Hesab edirəm ki, bu, enerji daşıyıcıları mənbələrinin və daşınma yollarının şaxələndirilməsinə böyük töhfə verər. Bundan Azərbaycan da faydalana bilər. Beləliklə, Azərbaycan Avropanın enerji bazarına birbaşa çıxış əldə edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

