Bolqarıstan Azərbaycanın yaxın tərəfdaşına çevrilib
02.07.2010 [11:03]
Son illər qarşılıqlı əlaqələri yüksək inkişaf mərhələsinə çatdıran Bolqarıstan və Azərbaycan hökumətləri əməkdaşlığın bütün spektrlərinin möhkəmlənməsinə dərin əsaslar yaradan siyasi iradə nümayiş etdirməkdədir. Hər iki ölkənin dövlət başçılarının davamlı xarakter alan qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə və dinamizminə əlverişli zəmin yaradıb. Avropa İttifaqı (Aİ) çərçivəsində və ikitərəfli münasibətlər zəminində inkişaf etdirilən əlaqələr Bolqarıstanı Azərbaycanın yaxın tərəfdaşına çevirib.
Bolqarıstan respublikamızla yaxın dostluq və səmimi qardaşlıq münasibətlərinə malik olan ölkə kimi ikitərəfli əlaqələrin ən yüksək səviyyədə inkişaf etməsinə çalışır. Prezident Georgi Pırvanovun intensiv xarakter alan səfərləri isə yeni əməkdaşlıq sahələri üçün böyük imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələrin möhkəm olması müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verir. Bütün məsələlərdə bu dövlətlərin mövqeyi üst-üstə düşür. Birgə siyasi dialoq quran hər iki ölkə iqtisadi sahədə böyük potensiala malikdir və bu resurslardan faydalanmaq niyyətindədir. İqtisadiyyatın bir çox sahələri üzrə anlaşmanın əldə olunması qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, müştərək müəssisələrin yaradılması və birgə iqtisadi fəaliyyət bu əlaqələrin güclənməsi üçün perspektivlər açır.
Rəsmi Sofiya Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsini nəzərə alaraq təmasları intensivləşdirmək niyyətindədir. Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyi əsas elementlər sırasında ölkələr arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsi və Avropa İttifaqına sıx inteqrasiyanın daha da möhkəmlənməsi ilə bağlı məsələlər geniş müzakirə mövzusu olub. Dövlət başçılarının vurğuladıqları kimi, Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Rəsmi Sofiya Avratlantika strukturlarına inteqrasiya prosesində ölkəmizə həmişə dəstək verib. Bolqarıstan, eyni zamanda, ölkəmizin ümumdünya Ticarət Təşkilatına qoşulmasını dəstəkləyir.
Bolqarıstan Azərbaycanın enerji resurslarının, xüsusilə, qaz ehtiyatlarının əldə olunması üçün hökumətlərarası sazişin imzalanmasını təklif edir. Respublikamız bu ölkəyə qaz ixracına başlamaq niyyətindədir, yaxın vaxtlarda yanacaq nəqli ilə bağlı sazişin detallarının hazırlanması nəzərdə tutulur. Onu da qeyd edək ki, ötən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanıb. ümumiyyətlə, hər iki ölkə enerji sahəsində sıx təmaslar qurmaq niyyətindədir.
Bölgədə yeni enerji dəhlizlərinin yaradılması və Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının nəqlini nəzərdə tutan tranzit marşrutlarının istifadəyə verilməsi Bolqarıstanın enerji təhlükəsizliyi üçün xüsusi rol oynaya bilər. Belə ki, rəsmi Sofiya ən böyük regional enerji layihələrindən olan Xəzər dənizi-Qara dəniz-Baltik marşrutuna qoşulmaqla öz yanacaq ehtiyaclarını uzunmüddətli təmin etmək istəyir. Artıq “Bulqarqaz” şirkəti bu istiqamətdə öz səylərini intensivləşdirib. Eyni zamanda, bu ölkə Bakı-Tbilisi-Ərzurum kəmərinin davamı olan Türkiyə-Yunanıstan qaz kəməri ilə nəql olunan qazın alıcısı olmaq istəyir.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcək. Azərbaycanın müəllifi olduğu strateji enerji marşrutlarının rentabelli işi sayəsində region ölkələri arasında iqtisadi bağlantı daha da möhkəmlənəcək, bölgədə çoxşəbəkəli əməkdaşlıq, sülh, təhlükəsizlik dəhlizi yaradılacaq.
Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində güclü əməkdaşlıq münasibətləri yaratmaq və birgə iqtisadi layihələrin reallaşmasına nail olmaq üçün də təşəbbüsləri artırıb. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının və biznes-forumların keçirilməsi qarşılıqlı işgüzar münasibətlərin möhkəmlənməsinə zəmin yaradıb. Hər iki ölkənin sahibkarlarının birgə layihələrdə təmsil olunmaq niyyətləri, qarşılıqlı investisiyaların qoyuluşlarının artırılmasına dair təşəbbüsləri iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

