Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə...
06.07.2010 [11:32]
İyulun 4-də ABŞ-ın dövlət katibi xanım Hillari Klinton Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. Dövlətimizin başçısı ABŞ-ın dövlət katibini qarşılayıb. Prezident İlham Əliyev hörmətli qonağı salamlayaraq deyib: “Xanım katib, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. ümidvaram ki, görüşümüz çox uğurlu olacaqdır. İlk növbədə mən bu gün qeyd etdiyiniz Müstəqillik günü münasibətilə sizi təbrik etmək və Amerika xalqına ən xoş arzularımı çatdırmaq istərdim. Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi vardır. Bir daha qeyd etmək istərdim ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region üçün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir. Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı - bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. çünki insanlarımız bundan əziyyət çəkirlər. Əminəm ki, biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik. Əminəm ki, onların nəticələri yaxşı olacaq və səfərinizdən sonra ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etməyə davam edəcəkdir. Bir daha xoş gəlmisiniz”.
ABŞ-ın dövlət katibi Hillari Klinton təşəkkür edərək deyib: “çox sağ olun, cənab Prezident. Mən Bakıya, ölkənizə ilk səfərimdən məmnunluq və şərəf hissi duyuram. Xüsusilə xoş haldır ki, səfərim ölkəmizin Müstəqillik gününə təsadüf edir. Bilirəm ki, iqtisadi və sosial inkişaf üçün möhkəm bünövrənin qurulmasında ölkəniz son 20 il ərzində çox çalışmışdır. Mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir. Fikrimcə, çox əhəmiyyətli haldır ki, bizim hərtərəfli müzakirə aparmaq imkanımız vardır. Məni burada - Xəzər dənizinin sahilində, gözəl bir gündə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq ruhunda qəbul etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm”.
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola salıblar.
ABŞ-ın dövlət katibi xanım Hillari Klinton iyulun 4-də Şəhidlər xiyabanını ziyarət edib. Hillari Klinton Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Hillari Klinton Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Qonağa Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxSosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58

