Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Balakən inkişaf etmiş müasir şəhərdir

Balakən inkişaf etmiş müasir şəhərdir

09.07.2010 [07:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonunda da səfərdə olub
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonunda da səfərdə olub.
Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artıb. 2010-cu ilin  birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınıb.
Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülüb. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılıb, bir çox kəndlərə mavi yanacaq verilməsinə başlanılıb, avtomobil yollarında əsaslı və cari təmir işləri görülüb. ötən il bir neçə məktəb binası tikilib, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Balakən rayonunda 4 müasir məktəb binası tikilib.
2004-2009-cu illərdə Balakəndə ümumilikdə 3096-sı daimi olmaqla 8876 yeni iş yeri açılıb. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1160-dır. Balakəndə abadlıq-quruculuq işlərinə də xüsusi diqqət yetirilib, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2006-cı və 2008-ci illərdə Balakənə etdiyi səfərlər rayonun ictimai, siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklərlə yadda qalıb. Bu səfərlər Balakənin yeni inkişaf dövrünün başlanğıcı kimi səciyyələndirilir.
Prezident İlham Əliyev əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Dövlətimizin başçısı abidənin yerləşdiyi ərazidən rayon mərkəzinin ümumi mənzərəsini seyr edib.
Diqqətə çatdırılıb ki, Ulu öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilib, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində “Qubek” mehmanxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və dördulduzlu mehmanxana ilə yaxından tanış olub.
Məlumat verilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanıb. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları var. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Burada, həmçinin qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunub.
Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Prezident İlham Əliyev “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verib. Qeyd edilib ki, dövlətimizin başçısının 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə respublikamızda külək və su elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədi ilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması “Azərenerji” ASC-yə tapşırılıb. Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır. “Balakən-1” su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcək. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli “AZENKO” şirkətinin inşa edəcəyi su elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcək.
Bildirilib ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulub.
Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoyub.
Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti idmançılarla görüşüb.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.
Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb.
Məlumat verilib ki, Balakən Olimpiya-İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2008-ci ildə başlanıb. Kompleksin ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.
Kompleksin ikimərtəbəli əsas binasında 814 nəfər tamaşaçı yeri olan əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu “Ekostar” sistemli su qızdırıcıları ilə təchiz olunub. Burada, həmçinin, həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da var.
Prezident İlham Əliyev mərkəzin bölmələrində idmançıların məşq prosesini izləyib.
Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilib.
Dövlətimizin başçısı kompleksin ərazisindəki 940 tamaşaçı yeri olan süni örtüklü stadiona, mini futbol, voleybol və basketbol   meydançalarına, böyük tennis kortuna baxıb. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da var.
Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar var.
Prezident İlham Əliyevə məlumat verilib ki, kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 6 kottec tikilib.
Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu var. Ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Kompleksin elektrik yarımstansiyası da var.
Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib. Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının təməli 2006-cı il aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xəstəxananın ümumi ərazisi 4 hektardır, əsas binanın köməkçi tikililərlə birlikdə ümumi sahəsi 19 min 500 kvadratmetrdir.
Prezident İlham Əliyev xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısını əks etdirən fotostendə baxıb.
Bildirilib ki, xəstəxana özündə stasionar şöbələri, rayon təcili tibbi yardım stansiyasını və poliklinikanı birləşdirir. Tibb ocağında 99 həkim, 202 orta və 153 kiçik tibb işçisinin işlə təmin olunması nəzərdə tutulub. Ən müasir tibb avadanlığının quraşdırıldığı 187 çarpayılıq xəstəxana kompleksində 11 şöbə fəaliyyət göstərir.
Prezident İlham Əliyev poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetlərində yaradılmış şəraitlə tanış olub.
Xəstəxanada inzibati və stasionar şöbələr, fizioterapiya, stomatologiya kabinetləri, laboratoriya otaqları da fəaliyyət göstərir. Respublikanın şimal-qərb bölgəsinin stomatoloji xəstəliklərə görə endemik zona olduğu və bölgədə yaşayan insanların bu xidmətlərə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılıb.
Kompleksə daxil olan üçmərtəbəli korpusun birinci mərtəbəsində uşaq şöbəsi, qəbul, təcili yardım, lor, qadın məsləhətxanası, habelə doğum şöbəsinin qəbul otaqları var. İkinci mərtəbədə doğum, reanimasiya və terapiya şöbələri yerləşir. üçüncü mərtəbədə isə cərrahiyyə şöbəsi, 4 otaqdan ibarət cərrahi əməliyyatlar bloku və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin həyətində 20 çarpayılıq infeksion və patoloji anatomik şöbələr də yaradılıb. Ərazidə yeməkxana, qaraj, qazanxana inşa edilib, transformator və generator quraşdırılıb. Xəstəxana fasiləsiz su ilə təmin olunub, binada müasir havalandırma sistemi quraşdırılıb, qaz xətti çəkilib.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayon sakinlərini təbrik edərək deyib ki, Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxananın Balakəndə inşa olunması bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət var: “Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur. Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulubdur ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq hər yerdə ən yüksək  səviyyə ilə təmin olunsunlar, xüsusilə, paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaqdır. Bu gözəl hadisə münasibətilə mən sizi ürəkdən təbrik edirəm və sizə bütün işlərinizdə uğurlar arzulayıram”.
Xəstəxananın həkimi Rəyasət Tinayeva rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev dövlətimizin başçısına məlumat verib ki, inşasına 2008-ci ildə başlanan məntəqənin ümumi sahəsi 4 hektardır. Bu məntəqədən gündə, təxminən 190 avtomobil və 500-600 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc yeri və anbarlar, yeməkxana, inzibati bina inşa edilib. Məntəqə bütün zəruri avadanlıqla tam təmin edilib.
Məntəqənin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Ulu öndər Heydər Əliyevin həyatını, eləcə də, gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.
Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyev qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış olub. Altmışa yaxın insanın işlə təmin olunacağı gömrük-sərhəd buraxılış məntəqəsində yüklərin və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir.
Dövlətimizin başçısına Azərbaycana idxal olunan avtomobillərin “Avro-2” standartlarına uyğunluğunu yoxlayan cihaz,  idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin, gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verilib.  Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti və sərnişin xətləri var. Gömrük buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilir. Burada, həmçinin sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidməti də var. Quraşdırılmış xüsusi monitorlarda Tovuz, Xaçmaz, Sınıqkörpü gömrük-sərhəd buraxılış məntəqələrindəki vəziyyəti izləmək mümkündür.
Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da olub. Diqqətə çatdırılıb ki, terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
*  *  *
Dünən Zaqatala və Balakən rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıdıb.

Paylaş:
Baxılıb: 1033 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31