Mirzoyan Azərbaycana təslim edilməlidir
13.11.2021 [17:40]
Arzu Nağıyev: Bu təxribat Azərbaycanın antiterror əməliyyatları keçirməsinə zəmin yaradır
Qarabağda mənfur erməni təxribatı səngimir. Belə ki, bu gün 07:12-də Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.
Məsələ ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada qeyd edilib ki, təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib. Faktla bağlı Baş Prokuroruluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi başlanılıb. Cinayət işi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Erməni mətbuatı Norayr Mirzoyanın Ermənistana təhvil veriləcəyini yazıb. Bildirilir ki, Mirzoyan hazırda Rusiya sülhməramlı kontingentinin mərkəzi qərargahındadır və bir neçə saat sonra o, qarşı tərəfə təhvil veriləcək.
Baş verən təxribat hadisəsi ilə bağlı fikirlərini yeniazerbaycan.com-a bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bu kimi hadisələr bir sıra həqiqətləri növbəti dəfə üzə çıxarır. Millət vəkilinin fikrincə, sülhməramlı qüvvələr öz mandatlarına uyğun hərəkətlər etsələr, daha yaxşı olar. Son vaxtlar mənfur ermənipərəst Peqovun yenidən Qarabağda peyda olması, eyni zamanda son təxribatlar onu göstərir ki, sülhməramlı qüvvələr öz fəaliyyətlərinə ciddi yanaşmırlar: "Bu kontingent ərazidə təmir işləri aparmaqdansa, xiyaban salıb büst qoymaqdansa, bir sözlə, humanizm hesab etdiyi məsələlərin həllinə "can atmaqdansa", birbaşa məsuliyyət daşıdığı işə ciddi yanaşmalıdır. Bir neçə gün öncə 60 nəfərlik erməni birləşməsi ilə bağlı ortaya çıxan hadisə də məhz onların məsuliyyətsizliklərinin nəticəsi idi. Bütövlükdə isə, bunun hamısı erməni təxribatının misalıdır".
Millət vəkilinin fikrincə, sülhməramlı qüvvələrlə yanaşı, Rusiya-Türkiyə Monitorinq Mərkəzi də öz işini daha ciddi qurmalıdır. Baş verənlər bir daha onu göstərir ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün sülh sazişinin imzalanmasını istəsə də, Ermənistanda bəzi qüvvələr hələ də revanşist ideyalardan əl çəkmirlər. "Ona görə də, Rusiya rəhbərliyi xüsusi olaraq bu kimi məsələlərdə ciddi mövqe ortaya qoymalıdır. Əks halda Azərbaycanın antiterror əməliyyatları keçirməsinə zəmin yaranır. Göründüyü kimi, bu tip təxribatlar iki dövlətin hansısa müqaviləni imzalaması ərəfəsində baş verir və birmənalı şəkildə sülhə qarşı yönəlib. Bunu superdövlətlər də, BMT-də, ATƏT-in Minsk qrupunun həmsədrləri də görür. Və təəssüf ki, hamısı da susmaqda davam edirlər", - deyən A.Nağıyev onu da əlavə edib ki, baş verən hadisə dəqiq araşdırılmalı, təxribatçı ilə bağlı müvafiq qərar verilməlidir. Bütün məsələlər tam dəqiqiliyi ilə incələndikdən sonra müvafiq nəticə çıxarılmalıdır. Millət vəkili bildirib ki, təxribatçı Mirzoyanın Ermənistana təhvil verilməsi tələskənlik sayıla bilər.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

