Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

16.07.2010 [08:50]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.
Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq qeyd edib ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər. Dövlətimizin başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30