Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.07.2010 [11:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cənab Konstantin Qrişenko Ukrayna Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Ukrayna Prezidentinin bu yaxınlarda Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirib. Konstantin Qrişenko qeyd edib ki,  Ukrayna dövlətinin başçısı  Azərbaycan ilə əlaqələrin inkişafına və  ikitərəfli münasibətlərimizlə bağlı bütün məsələlərə böyük önəm verir və bu məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırır.
Dövlətimizin başçısı Azərbaycanın Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verdiyini və bunun ölkəmiz üçün önəmli xarakter daşıdığını vurğulayıb. Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əldə olunan müsbət nəticələrin gələcək inkişaf üçün yaxşı əsas yaratdığını qeyd edib, iqtisadi, sənaye, energetika və bütün digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Hazırkı mərhələdə münasibətlərimizin daha effektiv və dinamik xarakter  daşımasının vacib olduğunu bildirən Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirinin  ölkəmizə səfərinin bu baxımdan önəmini vurğulayıb.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31