Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30.11.2021 [16:09]

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir.

Başsağlığı mətnində deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

 

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31