Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

24.07.2010 [03:33]

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda iyulun 22-də “Gülüstan” sarayında jurnalistlərin dövlət mükafatları ilə təltif olunmaları milli mətbuatın 135 illik yubileyinə həsr olunmuş mərasimlərin məntiqi yekunu kimi dəyərləndirilib. “Gülüstan” sarayındakı bayram təntənələrində həmkarlarımızın böyük bir qrupuna media sahəsindəki uzunmüddətli, səmərəli xidmətlərinə görə “Əməkdar Jurnalist”, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları, “Tərəqqi” medalı təqdim olunub. Müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 32 qəzetin hər birinə 20 min, 8 informasiya agentliyinin isə hərəsinə 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilib. Məktubda Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni inzibati binasının açılışında iştirakı zamanı jurnalistlərin sosial müdafiəsi ilə bağlı səsləndirdiyi fikirlərin dərhal həyata keçirilməsinə də diqqət yönəldilib: “Mətbuat Şurasının yeni binasının açılışında iştirakınız zamanı mətbuatımızın digər aktual problemləri ilə yanaşı, jurnalistlərimizin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fikir və təkliflər səslənəndə, məsələnin tezliklə həllini tapacağını bildirdiniz. çox gözləməyə ehtiyac qalmadı. Sizin imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncam jurnalistlərə misilsiz hədiyyə oldu”.
Məktubda daha sonra bildirilir ki, ölkədə söz, məlumat və ifadə azadlığına yaradılan geniş imkanlar hər bir mətbu vasitədə və qələm sahibində ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışlarına mənəvi stimul verir.

Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30