Azərbaycanla YUNESKO arasında çoxşaxəli əməkdaşlıq uğurla davam etdirilir
31.07.2010 [03:57]
Azərbaycan uzun illərdir ki, YUNESKO ilə hərtərəfli səmərəli əməkdaşlıq qurub. Bu əməkdaşlığın bu gün də inkişaf etdirilməsi YUNESKO ilə respublikamız arasında formalaşan qarşılıqlı etimadı daha da möhkəmləndirir. Bu günlərdə YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə baş tutan səfəri mövcud əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu beynəlxalq təşkilatın baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə edən İrina Bokova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ilə görüşüb. Görüşdə ölkəmizlə təşkilat arasında sıx əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyətinə dair fikirlər səsləndirilib. Jurnalistlərə açıqlamasında xanım Bokova görüş barədə fikirlərini bölüşüb: “Azərbaycan Prezidenti ilə görüşdə biz həm ikitərəfli əlaqələri, həm də gələcəkdə həyata keçiriləcək ideyaları müzakirə etdik. Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”.
Qeyd edək ki, Azərbaycan-YUNESKO münasibətləri bu günə qədər olduqca zəngin inkişaf yolu keçib. Dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafına ümummilli lider Heydər Əliyev böyük önəm verirdi. Azərbaycandan olan nümayəndə heyəti ilk dəfə olaraq YUNESKO Baş Konfransının 1993-cü ilin oktyabrında keçirilən 27-ci sessiyasında iştirak edib. Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən YUNESKO-nun o zamankı baş direktoru Federiko Mayorla görüşüb. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumlarının fəaliyyətinin YUNESKO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə, ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21-də Milli Komissiyanın yaradlıması barədə Sərəncam imzalayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim maddi-mədəniyyət abidələrindən biri olan İçərişəhərin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə abidə YUNESKO-nun Dünya İrsi Siyahısına salınıb.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə YUNESKO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib. Dövlət başçısı YUNESKO ilə ölkəmiz arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci ildə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirilib. Dövlət başçısının İçərişəhərdə yerləşən memarlıq abidələrinin qorunmasını və bərpasını təmin etmək məqsədilə imzaladığı sərəncamlar və Onun bilavasitə nəzarəti altında görülən işlər nəticəsində ötən il YUNESKO-nun sessiyalarının birində həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi və İçərişəhər məhv olmaq təhlükəsi altında olan Dünya İrsi Siyahısından çıxarılıb.
Heç kəsə sirr deyil ki, Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyi çox böykdür. Dünya mədəniyyətinə töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın bu yöndəki fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Bildiyimiz kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə YUNESKO hərtərəfli dəstək verir. Məhz bu dəstəyin, o cümlədən, Dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. ötən il Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə ilə yadda qalıb. Belə ki, təşkilatın Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Bununla adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Qeyd edək ki, Novruz bayramının da beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Eyni zamanda, Dövlət başçısı və Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq bu ilin noyabrında Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi müzakirə olunacaq.
Azərbaycanla YUNESKO arasında çoxşaxəli əlaqələrin olmasını sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilvat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-Maddi-Mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar. YUNESKO-nun baş direktoru İrina Bokovanın jurnalistlərə açıqlamasında da bildirdiyi kimi, respublikamız təşkilatla çox fəal əməkdaşlıq edir: “Azərbaycan YUNESKO-da çox fəal mövqe tutur. Təşkilatın elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycan orada aktiv olmasın”.
Beləliklə, Azərbaycan hökuməti ilə YUNESKO arasında əməkdaşlığın gücləndirilməsi üçün bu gün əlverişli şərait mövcuddur və belə görüşlər bu əlaqələrin möhkəm sütunlar üzərində daha da inkişafına şərait yaradır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

