Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı mətbuata yeni ictimai münasibət formalaşdırır

Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı mətbuata yeni ictimai münasibət formalaşdırır

04.08.2010 [01:54]

ötən əsrin 90-cı illərinin əvvəllərində bəzi mətbuat orqanlarının qeyri-qanuni fəaliyyəti nəticəsində jurnalistikamız haqqında yaranmış mənfi stereotiplər dağılmağa başlayıb
Bütün demokratik dövlətlərdə kütləvi informasiya vasitələri cəmiyyətin aynası hesab olunur. Elə bu səbəbdən də bir çox ekspertlər müxtəlif ölkələrdə KİV-in durumunu təhlil etməklə, həmin dövlətlərdəki demokratik institutların vəziyyəti haqqında bilgi sahibi olur, cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın səviyyəsini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Hətta KİV-in azadlığı cəmiyyətin azadlığının şkalası kimi qəbul olunur.
Heç kəsə sirr deyil ki, Azərbaycanda KİV-in azad fəaliyyətinin təmin olunması üçün rəsmi dairələr tərəfindən bütün lazımi addımlar atılıb. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə atılmış mütərəqqi addımlar nəticəsində mətbuatın azad inkişafı üçün müvafiq hüquqi baza formalaşdırılıb. Belə ki, 1995-ci ildə ümummilli liderimizin birbaşa rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasında söz və məlumat azadlığı təsbit olunub. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Konstitusiyanın 50-ci maddəsi isə məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Konstitusiyanın qəbulu zamanı ortaya qoyulan bu iradə digər hüquqi sənədlərin ərsəyə gəlməsində də özünü göstərib. Belə ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb ki, həmin sənəddə kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının aparılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapıb. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olunub. Bu isə 1990-cı illərin əvvəllərindən ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunub və bu qanun KİV təmsilçilərinin azad və müstəqil şəkildə fəaliyyətinə təminat verməklə bərabər, bu fəaliyyətin sərhədlərini də müəyyənləşdirməyə imkan verir. Bundan başqa, 2000-ci il iyulun 30-da “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlanıb. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borcları dondurulub. Bu illər ərzində görülən bu işlərin nəticəsi olaraq qəzetlərin qeydiyyat proseduru asanlaşdırılıb, KİV-lərin maddi-texniki təminatı möhkəmləndirilib, azad sözün, mətbuat azadlığının gücləndirilməsi  istiqamətində böyük nailiyyətlər qazanılıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə isə mətbuat yeni inkişaf yoluna qədəm qoyub. Bu illər ərzində mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində çox ciddi qərarlar qəbul olunub, bununla yanaşı, mətbuatın azad fəaliyyətini təmin etmək məqsədilə maddi-texniki baza formalaşdırılıb. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuat orqanları azad maliyyələşmə mexanizmlərini mənimsəməkdədir ki, bunu proqressiv irəliləyiş hesab etmək olar. Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” Nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzalayıb. Bu konsepsiyadan irəli gələrək 2009-cu ilin aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlüklərindən biri də ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir.
Amma şübhəsiz ki, ən böyük nailiyyət mətbuatın əvvəlki ictimai nüfuzunu geri qaytarmasıdır. Dövlət başçısı KİV-ə yüksək diqqəti və etimadi ilə cəmiyyətin marağını yenidən bu sahəyə yönəltməyə nail olub. Hər halda Prezident İlham Əliyevin 10 iyun tarixli Sərəncamı ilə milli mətbuatımızın 135 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilən tədbirlər bu faktı bir daha ortaya qoyur. Sərəncama uyğun olaraq, həm Bakıda, həm də respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirildi ki, bunlar da media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. ötən əsrin 90-cu illərinin ilk dövrlərində bəzi mətbuat orqanlarının qeyri-qanuni fəaliyyəti nəticəsində jurnalistika haqqında cəmiyyətdə yaranmış mənfi stereotiplər artıq dağılmaqdadır. Prezidentin verdiyi yüksək dəyər, bir çox qələm sahiblərimizin dövlətin ali mükafatları ilə təltif edilməsi jurnalist əməyinin qiymətini ortaya qoyub. Bu, eyni zamanda, digər ictimai strukturların diqqətinin yenidən bu sahəyə yönəlməsini də şərtləndirir. Bundan başqa, mətbuat orqanlarının maddi-texniki təminatının gücləndirilməsi, jurnalistlərin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar da bir vaxtlar maddi durumun zəifliyini əsas gətirərək bu sahədən uzaqlaşmış peşəkarların yenidən jurnalistikaya qayıtmasına, həmçinin, istedadlı gənclərin mətbuatata marağının artmasına və iş üçün bura müraciət etməsinə stimul verir. Digər tərəfdən, dövlətin yüksək diqqəti başqa ictimai institutların da bu sahəyə marağını artırır. Bu isə qəzetlərin həm də maddi təminatının daha da yaxşılaşmasına şərait yaradacaq. Bildiyimiz kimi, qəzetlərin əsas gəlir mənbəyi olan reklamdır və reklam verən təşkilatların qəzetlərə üz tutması, səmərəli əməkdaşlıq yaratması reklam bazarının da inkişafına əlverişli şərait yaradacaq.
Bir sözlə, mediaya artan ictimai maraq, mətbuata peşəkarların üz tutması, KİV-də gedən saflaşma özlüyündə inkişafı da təmin edir. Və bu gün Azərbaycan mətbuatı, keyfiyyətcə yeni inkişaf dövrünü yaşamaqdadır.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31