Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sərhəd Qoşunları sərhədlərimizin layiqli keşikçiləridir

Sərhəd Qoşunları sərhədlərimizin layiqli keşikçiləridir

12.08.2010 [09:01]

Prezident İlham Əliyev: Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır
Məlum olduğu kimi, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub. ümumiyyətlə, yarandığı vaxtdan Dövlət Sərhəd Xidməti öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və sərhədçilərimiz Vətənin keşiyində mətinliklə dayanırlar.
Xatırladaq ki, ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur. ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu öndərin adı ilə bağlıdır.
2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.
Dövlət başçısının Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. Bu akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə yaradılıb. Akademiyada yaradılan şərait də təsdiqləyir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.
Təbii ki, sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və etibarlı qorunmasının çox aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq Vətənin keşiyində layiqincə dururlar. Daha dəqiq desək, Sərhəd Qoşunları sərhədlərimizin layiqli keşikçiləridirlər.
Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılışındakı çıxışı zamanı sərhədçilərin fəaliyyətini yüksək qiymətləndirib: “Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır. Biz elə etməliyik ki, gələcəkdə də bu məsələ daim diqqət mərkəzində olsun. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunsun. Gələcəkdə, əlbəttə ki, bu məqsədlərin həlli üçün əlavə vəsait ayrılacaqdır, yeni texniki imkanlar da əldə olunacaqdır”.
Dövlət başçısı həmçinin, ölkəmizdə bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlərin görüldüyünü də deyib: “Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir”.
“Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”, - deyən dövlət başçısının sözlərinə görə, bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər: “Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir. Biz ölkədə gedən işləri yüksək səviyyədə qururuq. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Maliyyə imkanlarımız, hərbi xərclərimiz artır və hərbi xərclərimiz dövlət büdcəsində ən birinci yerdədir. Bu, belə də olmalıdır, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır, atəşkəs rejimi bağlanıbdır. Ancaq müharibə davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək. Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaqdır”.
Onu da qeyd edək ki, dövlət başçısının 2005-ci il dekabrın 27-də təsdiq etdiyi “Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasında müstəsna əhəmiyyəti var. Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, “Sərhədçi” istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 589 bina inşa edilərək xidməti istifadəyə verilib. Bakı şəhərində sərhədçi zabitlər üçün 264 mənzilli üç yaşayış binasının inşası yaxın müddətdə yekunlaşacaq. Tikinti-quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri tətbiq edilməkdədir.
Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib ki, bu da sərhədçilərimizin yüksək keyfiyyətlə xidmət etməsində başlıca amillərdəndir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1310 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31