/ / Prezident İlham Əliyev Bakının Nizami rayonunda salınacaq parkın və burada yaradılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olub
Prezident İlham Əliyev Bakının Nizami rayonunda salınacaq parkın və burada yaradılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olub
01.10.2010 [11:56]
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə bir neçə ildir ki, Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması, sakinlərin və paytaxtımıza gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində xeyli iş görülüb. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Dövlətimizin başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində salınacaq yeni park da paytaxtda həyata keçirilən silsilə abadlıq və quruculuq işlərinin davamıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov salınacaq yeni parkın ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Qeyd olunub ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaq. Fəvvarə 500 beton dayaq üzərində qurulacaq. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaq. Tikinti işlərində ABŞ-ın və Almaniyanın “Schott Class”, İngiltərənin “Aspinallis” şirkətləri iştirak edəcək. Büllur işlərini İngiltərənin “Wilkinson pls” şirkəti həyata keçirəcək. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər. Musiqili fəvvarə postamentin altında quraşdırılacaq avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev ərazi ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, parkda, həmçinin, dünyanın ən nadir ağac və bitki kollarının əkiləcəyi nəzərdə tutulur. Parkın ərazisinə üç tərəfdən giriş olacaq. Kompleksin ətrafında insanların rahat istirahəti üçün hər cür şərait yaradılacaq.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə də baxıb. Daha sonra salınacaq yeni parkın infrastrukturunu, yaşıllıq zolaqlarını, quraşdırılacaq musiqili od fəvvarəsini və əhaliyə göstəriləcək yüksək səviyyəli xidməti əks etdirən filmin nümayişi olub.
Yeni yaradılacaq parkın ərazisi və həyata keçiriləcək işlərlə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev kompleksdə inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

