Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyevin 4 qızıl qaydası

İlham Əliyevin 4 qızıl qaydası

14.04.2022 [09:53]

Azərbaycan Prezidenti vaxtı düzgün seçir, avantüraya getmir, ölkəni risk altına salmır və maksimum uğura nail olur

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması oldu. O, Bakının konkret - birmənalı və prinsipial mövqeyini, atılan addımları - cərəyan edən prosesləri, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunan İlham Əliyev  “Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”, - deyə vurğuladı.

Şərtləri diktə edir, oyun qaydalarını müəyyənləşdirir

Hazırkı situasiya bəllidir: regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olur: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq.

Prezidentimiz müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standart­lara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir. Onun strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən strateji kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri tərəfindən perspektivli tərəfdaş kimi qəbul edilir, Bakının mövqeyinə üstünlük, İlham Əliyevin rəyinə önəm verilir. 

Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar.

Belə bir şəraitdə postmüharibə dövrünün problemləri mərhələ-mərhələ, addım-addım həll edilir. Ən əsası, BMT-nin nizamnaməsində əks olunmuş “sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu, onu göstərir ki, İlham Əliyev 44 günük savaş dövründə olduğu kimi, müharibəsonrası mərhələdə də maksimum nəticəni hədəfləyir və uğura nail olur.  

Son 30 il ərzində ilk dəfə...

Bu şəraitdə Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bu vəziyyətdə aparıcı dövlətlər və beynəlxalq təşkilatlar üçün də ən aktual və vacib mövzudur.

Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Paralel olaraq Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Bakının əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir. Bu məqamlara toxunan dövlət başçısı “Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir”, - deyə bildirib.

Üçüncü qüvvəyə ehtiyac və yer yoxdur!

Bəli, postmüharibə dövrü reallıqlarının diktə etdiyi zəruri məsələlərdən biri iki ölkə arasındakı münasibətlərin özləri tərəfindən tənzimlənməsi - həll olunmasıdır. Bu, sülh quruculuğunun və Cənubi Qafqazda etimad mühiti yaradılmasının tərkib hissəsidir. Sülh gündəliyi artıq müəyyənləşib, tərəflər konkret məsələlər ətrafında müzakirələr aparırlar, təmasları davam etdirirlər. Ona görə də bu prosesdə üçüncü tərəfə - qüvvəyə yer yoxdur. İki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir.

İrəvan yeni reallığı qəbul edib

İrəvanın mövqeyi də bu vəziyyətdən xəbər verir - mənzərəni aydın təsvir edir. Gerçəklik budur ki, Ermənistan yeni reallığı qəbul edib. Nikol Paşinyanın açıqlamaları da bunu təsdiqləyir. O, parlamentin iclasında deyib ki, yerində dayanmaq, irəliləmək cəhdlərinin olmaması riskləri azaltmır, əksinə artırır. Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tərəflər arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır. “Aprelin 30-dək tərəflər dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olacaq komissiyanın üzvlərini təyin etməlidirlər”, - deyən baş nazir əlavə edib ki, paralel olaraq Azərbaycan tərəfi ilə də iş aparmaq lazımdır. Paşinyanın açıqlamalarında diqqət çəkən daha bir məqam: “Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: iddianızı bir az aşağı salın, əks halda, ümidlərinizi bizə bağlamayın. Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, biz bunu edə bilmirik”.

Göründüyü kimi, Bakının mövqeyi (müharibə bitib, hər hansı revanşist cəhdə yol verilməyəcək, reallıqları heç kim dəyişdirə bilməz) tam adekvat yanaşma kimi qəbul olunur, Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir.

Vaxt itkisinə yol vermək olmaz

Nəticə etibarilə, proseslər ümidverici - müsbət və gələcəyə yönəlikdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. İlham Əliyevin qeyd etdiyi kimi: “Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”. Bəli, vaxt itkisinə yol vermək olmaz. Xüsusilə də, bunu İrəvan nəzərə almalıdır. Çünki regional təcrid vəziyyətində olan - geosiyasi autsayder “imic”inə malik Ermənistan üçün vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər. Çıxış yolu isə bəllidir!

Paylaş:
Baxılıb: 385 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31