Azərbaycanın uzunmüddətli inkişaf strategiyası ilə bağlı yeni proqramlar hazırlanır
25.11.2010 [10:06]
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, respublikamızda həyata keçirilən davamlı islahatlar hər il yeni inkişaf dövrünün tələblərinə uyğun olaraq daha da genişləndirilir. İslahatların strukturunda və miqyasında keyfiyyət dəyişiklikləri baş verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası mövcuddur və bu strategiyaya uyğun olaraq yeni dövrün tələblərini özündə əks etdirən proqramlar hazırlanır: “Mən Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edirəm. Biz hər beş il üçün strateji xətt əsasında müvafiq planlar, proqramlar tərtib edirik. Onların hamısı artıqlaması ilə icra edilir”.
Dövlət başçısı həyata keçirilən siyasətin mühüm uğurlarından bəhs edərək qeyd edib ki, iqtisadiyyatın və sosial həyatın bütün sferalarında təkmil idarəetmə sistemi yaradılıb. Bu mükəmməl və şəffaf idarəetmə sistemi ölkəmizin təbii resurslarının səmərəli istifadəsi üçün geniş imkanlar yaradır. ümumiyyətlə, ölkəmizdə siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və bu, çevik və məharətli idarəetmə xətti ölkəmizin sabitliyini daha da möhkəmləndirir, inkişafını sürətləndirir və iqtisadi qüdrətini artırır. Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti uzunmüddətli strategiyanın başlıca prioritetdir və bu siyasət davamlı xarakter daşıyır. Prezident İlham Əliyev Azərbaycanda sənayeləşmənin yeni inkişaf mərhələsinə qədəm qoyması, iqtisadiyyatın diversifikasiyasının genişlənməsi ilə bağlı tədbirlərin vüsət aldığını da bildirib və yeni mərhələdə iqtisadi resursların idarə olunmasında peşəkar kadrlara ehtiyacın artdığını diqqətə çatdırıb. Keçid iqtisadiyyatını arxada qoyaraq sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycanda qarşıdakı illərdə ən peşəkar və innovativ iqtisadiyyatın tələblərinə uyğun idarəetmə qabiliyyətinə malik mütəxəssislərə ehtiyac olacaq: “Qarşımızda duran vəzifələri icra etmək üçün, ilk növbədə hazırda bizə peşəkar kadrlar lazımdır. çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə, ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir”.
Qarşıdakı illərdə iqtisadi strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir. Azərbaycanın qarşıdakı illər üzrə sıçrayışlı inkişafı maliyyə rezervlərinin və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına da səbəb olacaq. ümumiyyətlə, ölkəmizdə sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksəkgəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Qarşıdakı 5 il ərzində investisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi, səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi, sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi, istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması üzrə tədbirlərin görülməsi, informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi də əsas proritetlərdən olacaq. Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Bu mərhələdə kadr potensialının hazırlanması ilə bağlı proqramlar isə yeni dövrün tələblərinə uyğun ən müasir idarəetmə qabiliyyətinə malik mütəxəssislərə olan ehtiyacın ödənilməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

