Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Moskva, Brüssel, Soçi...

Moskva, Brüssel, Soçi...

25.10.2022 [10:05]

Danışıqların hansı məkanda aparılmasından asılı olmayaraq Azərbaycan öz prinsipial mövqeyinə həmişə sadiqdir

Mübariz FEYİZLİ

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti görüşünün keçiriləcəyi gözlənilir. Rusiyanın “Vedomosti” nəşrinin məlumatına görə, hazırda üçtərəfli görüşün təşkilinə hazırlıq aparılır. Görüşün baş tutacağı məkan kimi Moskva və Soçi şəhərlərinin adları çəkilir. Qeyd edək ki, oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasının keçirilməsi nəzərdə tutulub. Liderlərin növbəti görüşü də həmin tədbir çərçivəsində baş tuta bilər.

Söhbət üçtərəfli görüşdən gedirsə, burada, heç şübhəsiz ki, postmüharibə dövrünün gündəliyində duran əsas məsələlər müzakirə olunacaq. İndiyədək belə müzakirələr müxtəlif platformalarda və müxtəlif məkanlarda aparılıb. Şimal qonşumuz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında ənənəvi vasitəçi qismində çıxış edir. 44 günlük müharibə məhz bu ölkənin vasitəçiliyi ilə dayandırıldı. Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan liderləri imzalayıblar. Postmüharibə dövründə Moskvada və Soçidə liderlərin iştirakı ilə bir neçə görüş baş tutub və müəyyən razılaşmalar əldə olunub. Son vaxtlarda proseslərdə, həmçinin Avropa İttifaqının fəallaşması müşahidə edilir. Xüsusilə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçilik səylərini atırıb. Onun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşlər keçiriblər. Şarl Mişelin təşəbbüsü ilə sonuncu belə görüş Çex Respublikasının paytaxtı Praqada oktyabrın 6-da “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində dördtərəfli formatda baş tutdu.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə aparılan müzakirələr fərqli vasitəçilərin təşəbbüsləri əsasında müxtəlif məkanlarda keçirilib. Gələcəkdə coğrafiyanın genişlənəcəyi də istisna olunmur. Ancaq Azərbaycan üçün bu danışıqların hansı məkanda keçirilməsinin heç bir önəmi yoxdur. Vasitəçilər fərqli ola bilərlər. Azərbaycanın sülhyaratma prosesi ilə bağlı mövqeyi isə dəyişməz olaraq qalır. Prezident İlham Əliyev həm Moskvanın, həm də Brüsselin vasitəçiliyi ilə aparılan müzakirələrdə ölkəmizin mövqeyini birmənalı şəkildə diqqətə çatdıraraq bildirib ki, iki ölkə arasında sülh sazişi imzalanmalı və sərhədlər müəyyənləşdirilməlidir. Yalnız bundan sonra iki ölkə arasındakı münasibətlərdə digər prosesləri irəli aparmaq mümkündür. Müharibənin qalib tərəfi olan Azərbaycan xoş məram nümayiş etdirərək danışıqlar prosesində hansısa şərtlər irəli sürmür və özü üçün imtiyazlar istəmir. Halbuki indiyədək biz dünya tarixində belə halların ənənə hal aldığını müşahidə etmişik. Azərbaycanın postmüharibə dövründə hazırlayaraq qarşı tərəfə təqdim etdiyi beş bənddən ibarət paketdə də bilavasitə beynəlxalq norma və prinsiplər əsas götürülüb. Azərbaycan müvafiq prinsiplər əsasında iki ölkə arasında sülh sazişinin mümkün qədər tez hazırlanmasının və imzalanmasının tərəfdarıdır. O cümlədən respublikamız indiyə qədər Brüsseldə, Moskvada və Soçidə keçirilən görüşlərdə əldə olunan bütün razılaşmalara sadiqlik nümayiş etdirir. Aparılan  danışıqların ruhuna uyğun olaraq ölkənin müvafiq qurumlarına gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığı verilib və bu istiqamətdə zəruri tədbirlər görülür.

Əlbəttə, Azərbaycanın sülh prosesinin irəliləməsi və danışıqların daha səmərəli olması üçün nümayiş etdirdiyi xoş məram heç də ölkəmizin özünün fundamental yanaşmalarından geri çəkilməsi kimi başa düşülməməlidir. Prezident İlham Əliyev indiyədək aparılan müzakirələrin hamısında ölkəmiz üçün aktual olan bütün məsələlərə diqqət çəkib. Belə məsələlərdən biri Ermənistanın mina terroru ilə bağlıdır. İşğalçı ölkənin hərbi birləşmələri beynəlxalq konvensiyaları pozaraq ərazilərimizdə çoxlu sayda minalar basdırıblar. Ən dəhşətlisi odur ki, Ermənistan Azərbaycan ərazisində mina terrorunu postmüharibə mərhələsində də davam etdirib. Belə ki, ermənilər tərəfindən boşaldılan Laçın rayonunda Ermənistanda 2021-ci ildə istehsalı olan minalar aşkarlanaraq zərərsizləşdirilib. Qeyd edək ki, postmüharibə dövründə 250-dək insan mina təhlükəsi ilə üzləşərək həyatını itirib və yaxud ağır bədən xəsarəti alıb. Ermənistanın beynəlxalq təzyiqlər qarşısında Azərbaycana təqdim etdiyi mina xəritələri isə səhih deyil. Azərbaycanın tələblərindən biri odur ki, qarşı tərəf ölkəmizə saxta olmayan mina xəritələrini təqdim etsin.

Ölkəmizin digər bir tələbi Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və yaxud əsir götürülən vətəndaşlar barədə dəqiq məlumatların ölkəmizə təqdim olunması ilə bağlıdır. İşğalçı dövlət çoxsaylı müharibə çinayətlərinə yol verib və əsirlərlə müharibə qanunlarına uyğun olmayan tərzdə davranıb. Əsirlərə işgəncələr verilib, onlar kütləvi şəkildə məhv edilib və basdırılıb. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə tapılan məzarlıqlar bunu bir daha təsdiqləyir. Ermənistan isə müharibə cinayətlərinin izini itirmək məqsədi güdərək dörd minə yaxın əsir və girov düşmüş vətəndaşımızla bağlı məlumatları ölkəmizə təqdim etməkdən yayınır.

Azərbaycan müxtəlif məkanlarda aparılan danışıqlarda məğlub Ermənistanın üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bütün ciddiliyi ilə gündəmə gətirir. Üçtərəfli Bəyanatda Azərbaycanın qərb rayonları ilə üç onillik ərzində çətin blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında Ermənistandan keçməklə maneəsiz kommunikasiya bağlantısı yaradılmasına dair müddəa öz əksini tapıb. Zəngəzur dəhlizi adlanan bu marşrut dəmir yolu və avtomobil yolu seqmentlərindən ibarət olacaq. Ancaq Ermənistan müxtəlif bəhanələr gətirərək yeni dəhlizin onun ərazisindən keçən hissəsinin inşasını yubatmağa çalışır. Həmin dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Buna görə də ölkəmiz dəhlizin açılmasına mütləq nail olacaq.

Üçtərəfli Bəyanatda Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin ölkəmizin ərazisindən tam şəkildə çıxarılması ilə bağlı müddəa öz əksini tapıb. Ancaq Ermənistan bu müddəanın da yerinə yetirilməsini ləngidir. Azərbaycan o mövqedən çıxış edir ki, qanunsuz erməni hərbi birləşmələrinin ölkəmizin ərazisində qalmaları yolverilməzdir. 

Ölkəmiz üçün daha bir vacib məsələ Qarabağda yaşayan erməni icmasının gələcək taleyi ilə bağlıdır. İndiyədək Ermənistan lideri danışıqlarda Qarabağda yaşayan ermənilərə hansısa status verilməsini müzakirə predmetinə çevirmək istəyirdi. Prezident İlham Əliyev bunu qətiyyətlə rədd edir. Ölkənin əsas qanununa görə Azərbaycan unitar dövlətdir və bu dövlət quruluşu azsaylı erməni icmasına görə dəyişdirilə bilməz. Multikulturalizmin gözəl ənənələrinin yarandığı Azərbaycanda bütün xalqlar bərabər hüquqlar əsasında yaşayırlar və öz gələcəklərini firavanlıq şəraitində qururlar. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq və onların bütün hüquqları təmin olunacaq.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31