Paytaxt və ətraf qəsəbələrdəki sənədsiz evlər qeydiyyata alınacaq
12.03.2011 [01:31]
Bakı və ətraf qəsəbələrin abadlaşması, burada yaşayan sakinlərin sosial-maddi imkanlarının yüksəlməsi, sosial infrastrukturun bərpası və yenidən qurulması məsələləri dövlətin daim diqqət mərkəzindədir. Yaxın gələcəkdə isə Bakı şəhərinin qəsəbələrinin içməli su ilə təminatı, yolların və kanalizasiya sistemlərinin, evlərin qeydiyyata alınması və digər məsələlərin həlli məqsədilə Dövlət Proqramı hazırlanacaq. Bu baxımdan, aktuallıq kəsb edən məsələlərdən biri də paytaxtda və ətraf qəsəbələrdə tikilmiş sənədsiz evlərin dövlət qeydiyyatına alınması və bununla da vətəndaşların həmin evlərdə rahat yaşayışının təmin olunmasıdır.
Məlum olduğu kimi, müxtəlif illərdə Bakı və Bakıətrafı ərazilərdə çoxlu sayda rəsmi qeydiyyatda olmayan evlər tikilib. Kanalizasiya, su, qaz xətləri üzərində, vətəndaşların özləri üçün təhlükəli olan ərazilərdə tikilən, qəza vəziyyətində olan evlərin bir hissəsi sökülərək sakinlərin köçürülməsi və kompensasiyaların verilməsi təmin olunub. Təhlükəsiz ərazilərdə tikilən qeydiyyatsız evlər isə bundan sonra sənədləşdiriləcək. Prezident İlham Əliyev bu barədə Bakı şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə çıxışında bildirib. Dövlət başçısı evlərin qeydiyyata alınması probleminin mövcudluğunu bildirərək məsələnin həll edilməli olduğunu söyləyib. ölkə Prezidenti onu da əlavə edib ki, proses zamanı mümkün neqativ halların baş verməməsi üçün də qabaqlayıcı tədbirlər görülməlidir: “Biz bu problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək”.
Dövlət başçısı, həmçinin, evlərin qeydiyyata alınması zamanı rüşvətxorluq hallarının yaranmaması üçün şəffaflığı təmin edəcək mexanizmin hazırlanması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstərişlər də verib. Göründüyü kimi, bütün məsələlərdə olduğu kimi, bu yöndə də vətəndaşların mənafeyi əsas götürülür. Belə ki, qanunsuz evlərin heç bir rüşvət və süründürməçilik halları olmadan dövlət qeydiyyatına alınması barədə tapşırığını ölkə rəhbərliyinin humanist siyasətinin daha bir göstəricisi kimi dəyərləndirmək olar.
Lakin qanunsuz tikilən evlərin qeydiyyata alınması heç də vətəndaşlara bundan sonra sənədsiz evlər tikməyə əsas vermir. Evlərin qeydiyyata alınması barədə qərar paytaxt və ətraf ərazilərdə qanunsuz tikililər probleminin birdəfəlik həllinə yönəlib və bundan sonra belə evlərin tikilməsi yolverilməzdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, qanunsuz evlərin tikilməsi tendensiyasına son qoyulmalıdır: “Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcəkdir. Bizdə əfsuslar olsun ki, keçmişdə də bu praktika olub”.
Evlərin qeydiyyata alınması prosesinin qanun çərçivəsində və şəffaf həyata keçirilməsi aidiyyəti orqanların səmərəli və çevik fəaliyyətindən çox asılıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsinin müdiri Qulu Xəlilov bu barədə bildirib ki, qurum dövlət başçısının fərdi həyət evlərinin qeydiyyata alınması üzrə verdiyi tapşırıqlarla bağlı üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirəcək.
ümumiyyətlə, evlərin, mənzillərin, müxtəlif obyektlərin qeydiyyata alınmasına verilən önəmin göstəricisi kimi bu sahədə layihələr reallaşdırılır. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 2007-ci ildən etibarən “ölkə üzrə Tərəfdaşlıq Strategiyası” sənədi çərçivəsində “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” həyata keçirilir. Layihənin gerçəkləşdirilməsində əsas məqsəd daşınmaz əmlak bazarının dəstəklənməsi, daşınmaz əmlakın etibarlı, şəffaf və beynəlxalq standartlara cavab verən tərzdə qeydiyyatı sisteminin formalaşdırılmasıdır. Layihə çərçivəsində görülən işlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin hər birində əmlakla bağlı əqdlərin qeydiyyatı məsələsində vətəndaşların rahatlığının təmin olunmasına, onlara göstərilən xidmətin səviyyəsinin yüksəlməsinə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının tam şəffaf şəraitdə aparılmasına xidmət edir.
Beləliklə, paytaxtın mərkəzində və ətraf qəsəbələrdə on minlərlə sənədsiz evin dövlət qeydiyyatına alınması ilə “qanunsuz tikililər” problemi öz həllini tapacaq və vətəndaşların həmin evlər üzərində mülkiyyət hüququ təmin olunacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

