Aİ-nin Ermənistana missiya göndərməsinə...
31.01.2023 [10:37]
Rusiyanın etirazı, İranın susqunluğu
Mübariz ABDULLAYEV
Məğlub Ermənistanın və bu ölkənin havadarlarının postmüharibə mərhələsində sülhyaratma prosesinin pozulmasına hesablanan manipulyativ cəhdləri öz “bəhrəsini” verdi. Bir neçə gün bundan əvvəl Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qərar qəbul edib. Sülhyaratma prosesində öz səylərini artırmağa çalışan Aİ-dən belə bir qərarın gəlməsi arzuedilən deyil. Analitiklərin qənaətinə görə Aİ-nin mülki missiyasının Ermənistana gəlməsi tənzimləmə prosesinə heç bir fayda gətirməyəcək, əksinə tərəflər arasında ortaq məxrəcə gəlinməsində əlavə cətinliklər yaradacaq. Region dövlətlərinin Cənubi Qafqaza Aİ missiyasının gəlməsinə münasibəti də birmənalı deyil.
Missiyanın gəlməsi Azərbaycanla razılaşdırılmalı idi
Regiona Avropa İttifaqının missiyasının gəlməsini Ermənistan istəyib. Bu plan çox doğru olaraq məğlub ölkənin sülh prosesinə əngəllər yaratmaq planının tərkib hissəsi kimi dəyərləndirilir. Ötən ilin oktyabrında Praqada baş tutan sammit çərçivəsində Ermənistan lideri Fransanın dəstəyi ilə iki ölkə arasındakı sərhədə Aİ-nin missiyasının göndərilməsini israr etdi. Sammitdə aparılan müzakirələrdən sonra Azərbaycanın razılığı əsasında Avropa İttifaqının qısamüddətli və məhdud tərkibli missiyasının Ermənistana göndərilməsinə qərar verildi. Həmin missiya üçün nəzərdə tutulan vaxt limiti ötən ilin dekabrında tamamlandı və ölkəmizin tələbi ilə onun fəaliyyəti dayandırıldı.
Bundan sonra Ermənistan daha uzunmüddətli missiya istəyini gündəmə gətirdi və məlum qərar verildi. Bu dəfə missiyanın tərkibində 200 nəfər təmsil olunacaq. Yeni missiyanın regionda qalma müddəti isə iki il nəzərdə tutulub.
Yeni missiya ilə bağlı Azərbaycanın sualları var.
- Birincisi, qərarda missiyanın sərhəd ərazilərində fəaliyyət göstərəcəyi bildirilir. Burada söhbət hansı sərhədlərdən gedir. İndiyədək qalib Azərbaycan heç bir ilkin şərt irəli sürmədən iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını təkid etsə də, bu proses yenə də Ermənistanın laqeyd yanaşması, destruktivliyi səbəbindən yubanır. İndiyədək məğlub ölkə bununla bağlı hər hansı bir təşəbbüslə çıxış etməyib. Əgər sərhədlər müəyyənləşdirilməyibsə, Aİ-nin missiyası hansı ərazilər boyunca müşahidələr aparacaq? Aİ-nin tələm-tələsik regiona missiya göndərməklə bağlı qərar verməsi əvəzinə, Ermənistanı sərhədlərin müəyyənləşdirilməsinə doğru addımlar atmağa çağırış etməsi daha məntiqli deyildimi?
- İkincisi, sənəddə ziddiyyətli məqamlar var. Mülki missiya üzərinə təhlükəsizliklə bağlı müəyyən öhdəliklər götürür. Beynəlxalq praktikada mülki missiyanın təhlükəsizlik məsələlərini araşdırmasına dair presedentlərə rast gəlinmir. Bu, xüsusi xidmət orqanlarının və yaxud hərbi qurumların fəaliyyət sferasına daxil olan bir məsələdir. Belə qənaət hasil olur ki, Aİ-nin Ermənistana göndərəcəyi emissarlar “mülki missiya” adı altında fərqli fəaliyyət həyata keçirəcəklər.
- Üçüncüsü, mülki missiya guya sərhədlər boyunca insidentlərin və əhali üçün risklərin azalmasına kömək edəcək. Ermənistanın şərti sərhədlər boyunca insidentlərin azaldılması məqsədilə regiona Aİ-nin missiyasını dəvət etməsi riyakarlığın pik həddi sayıla bilər. Azərbaycanın şərti sərhədlər boyunca təxribatlar törətmək kimi bir niyyəti yoxdur və heç vaxt bunu etməyib. İndiyədək yaşanan bütün gərginliklərin fitilini məhz Ermənistan alovlandırıb. Əgər Aİ münasibətlərində səmimidirsə, Ermənistana missiya göndərmək qərarı verməzdən öncə bunu nəzərə almalı idi.
- Dördüncüsü, missiyada mülki əməliyyat komandirindən bəhs olunur. Bu termin də absurddur və heç də xoş məramdan xəbər vermir.
- Deyilənləri və bir sıra digər məqamları ümumiləşdirsək, yekun qənaəti ifadə edə bilərik. Belə görünür ki, ölkəyə Aİ-nin missiyasını çağırması Ermənistanın növbəti manipulyasiyasıdır. Burada söhbət Ermənistanın siyasi oriyentasiyasını dəyişmək cəhdindən gedir. İndiki məqamda Ermənistanda Qərbin layihəsi kimi hakimiyyətə gələn N.Paşinyan iqtidarı özünüxilas üçün son çırpıntılarını edir. Sirr deyil ki, Ermənistan bir dövlət kimi mövcudluğuna görə Rusiyaya borcludur. Tarix boyunca Ermənistan daim Rusiyanın himayəsi altında olub. Hazırda da bu ölkənin hər sahədə şimal qonşumuzdan asılılığı yüksək səviyyədədir. Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərini belə Rusiya qüvvələri qoruyur. Belə olan halda Ermənistanın siyasi oriyentasiyasını Rusiyadan Qərbə dəyişməsi mümkünsüzdür. Şimal qonşumuzun qəbul etmədiyi və əvəzləmək üçün məqam gözlədiyi N.Paşinyan özünün və komandasının batan gəmisini xilas etməkdən ötrü Rusiyaya qarşı açıq revanş götürüb. Görünən odur ki, N.Paşinyan erməni xislətinə uyğun olaraq məlum gərginliklər fonunda Rusiyanın ətrafında çəpərin daralmasından bir fürsət kimi yararlanmağa çalışır.
Rusiyanın birmənalı etirazları
N.Paşinyan elə gedişlər edir ki, onun siyasətdə hələ də piyada olduğu hər addımda özünü büruzə verir. Onun Ermənistanın siyasi oriyentasiyasını Qərbə doğru dəyişmək cəhdlərinə Rusiyadan birmənalı mənfi münasibət özünü çox gözlətməyib. Aİ məlum qərarını elan etdikdən sonra Rusiyanın müxtəlif dairələrindən və yüksəksəviyyəli rəsmilərindən buna kəskin etirazlar bildirildiyinin şahidi oluruq. Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın sərhəd rayonlarına Avropa İttifaqının nümayəndələrinin gəlməsi qarşıdurmanı, regionda geosiyasi vəziyyəti gərginləşdirəcək. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın fikirlərinə görə, Şimali Atlantika Alyansı (NATO) özünün bir sıra hərbi məqsədlərini məhz Avropa İttifaqının adından sui-istifadə etməklə həyata keçirir. “Avropa İttifaqı Qərbin hərbi məqsədlərini reallaşdırmağa xidmət edir”. Bunu M. Zaxarova keçirdiyi brifinqdə Aİ-nin missiyasının Ermənistana gəlməsini şərh edərkən bildirib. O, fikirlərinə davam edərək deyib: “Göndərilən hər bir missiya ölkələrin xalqlarının maraqlarına xidmət göstərməlidir. Diplomatiya, siyasət, danışıqlar münaqişələrin həllinə kömək göstərə bilər. Ancaq söhbət hərbi-siyasi blokun siyasi institutun adı altında gizlənməsindən gedirsə, onda hər şey böyük təhlükə qarşısında qalır”.
Rusiya XİN-in yüksəksəviyyəli təmsilçisi müqayisələr aparmağı da yaddan çıxartmayıb. O bildirib ki, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) heç vaxt hərbi blok kimi fəaliyyət göstərməyib, burada qərarlar konsensus yolu ilə qəbul edilir.
“Ermənistana Avropa İttifaqının müşahidəçilərinin təşrif gətirmələri ona dəlalət edir ki, burada Qərbpərəst dairələr Ermənistanın xarici siyasət kursunun istiqamətini dəyişmək istəyirlər. Bununla da onlar Ermənistanın özü üçün problemlər yaradırlar”. Bu fikirləri isə Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlilərlə əlaqə məsələləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ifadə edib. O vurğulayıb ki, əgər Aİ-nin müşahidəçiləri Ermənistanın daxili və xarici siyasət vektorunu dəyişmək istəsələr, biz buna qarşı mübarizə aparacağıq. K.Zatulin Rusiya-Aİ münasibətlərinin kəskinləşməsi fonunda bu qurumun missiyasının Ermənistana gəlməsinin adekvat olmadığına da diqqət çəkib.
KTMT güzəştə getmək niyyətində deyil
Aİ-nin Ermənistana uzunmüddətli missiya göndərməklə bağı qərar qəbul etməsi Rusiyanın əsas söz sahibi olduğu KTMT-də birmənalı qarşılanmayıb. Rusiya Ermənistana məhz KTMT-nin missiyasının göndərilməsinə israr edir. Məsələ ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. “Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına (KTMT-nın missiyası nəzərdə tutulur) baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıqlandırıcılar yarada bilər”, - deyə Lavrov bildirib.
KTMT Ermənistandakı yerini heç bir vəchlə Aİ qüvvələrinə güzəştə getmək niyyətində deyil. Bu günlərdə qurumdan “KTMT Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir” açıqlaması gəlib. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə belə bir sorğu təqdim etdikdən sonra qurumun ali orqanı sayılan Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb. Bu layihə “İrəvana digər dəstəyin göstərilməsi ilə yanaşı”, Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini də nəzərdə tutur və belə missiyanın həcmini, mandatını və iş müddətlərini müəyyən edir. KTMT rəsmisi deyib ki, layihə “yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT-nin sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb. “Bunun üzərində iş davam edir. Təsdiqləmə proseduru başa çatdıqdan sonra layihə qurumun nizamnamə orqanlarına baxılmaq üçün təqdim olunacaq”, - deyən Zaynetdinov qeyd edib ki, missiya üzvlərinin sayı və vaxtı ilə bağlı konkret rəqəm demək hələ tezdir.
Xatırladaq ki, bir qədər bundan əvvəl Ermənistanda baş tutan sammitdə KTMT üzvləri qurumun bu ölkəyə missiya göndərməsi ilə bağlı müzakirələr aparıblar. Ancaq manipulyasiyalara əl atan Ermənistan rəsmiləri qurumun hazırladığı layihəyə Azərbaycana qarşı adekvat olmayan tələblər salınmasını istəyiblər. Təbii ki, KTMT üzvləri Azərbaycana rəğbətin ifadəsi olaraq bu qəbildən olan iddiaları qəbul etməyiblər.
Bəs İranın “qırmızı xətt” tələbi harada qaldı?
Aİ-nin Ermənistana uzunmüddətli və çoxtərkibli missiya göndərməyə qərar verməsinə İranın seyirçi qalması da suallar yaradır. İran sərhədlərin pozulmasının və yaxud sərhədləri yaxınlığında kənar güclərin görünməsinin bu ölkə üçün “qırmızı xətt” olduğunu dəfələrlə bəyan edib. İranın bu fobiyası o qədər güclüdür ki, hətta regionda əməkdaşlığa xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına da etirazlar sərgiləyir. İndi isə söhbət regiona, konkret desək, İranın sərhədləri yaxınlığına Avropa İttifaqının, dolayısı ilə NATO ölkələrinin missiyasının gəlməsindən gedir. İran-Qərb münasibətlərinin necə kəskin olduğu hər kəsə bəllidir. Hazırda cənub qonşumuz ABŞ-ın və Aİ ölkələrinin sərt sanksiyaları altındadır. Qərb sanksiyalar vasitəsilə İranın ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. İranın Rusiyaya silah satması təsdiqləndikdən sonra kollektiv Qərbin bu ölkəyə qəzəbi daha da artıb. Eyni zamanda, İran da Qərblə oxşar ritorika ilə davranmağa cəhdlər göstərir və zaman-zaman ABŞ-ı, Aİ ölkələrini təhdid etməkdən çəkinmir. Belə olan halda İran nə üçün düşmən qüvvələrinin Ermənistanda görünməsinə kiçik bir etirazını belə bildirməyə tələsmir? Bəs qonşu ölkədə “qırmızı xətt” tələbi nə tez unuduldu?
Belə görünür ki, İslam həmrəyliyini birə heç sayan İranın Azərbaycanafobiyası bu ölkənin Qərbə nifrətindən daha güclüdür. Azərbaycana münasibətdə Ermənistanla İranın baxışları və mövqeyi tam üst-üstə düşür.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

