Qoşulmama Hərəkatının tarixində ən uğurlu dövr
01.03.2023 [10:17]
Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi xətti xüsusi yer tutur. İndiyədək respublikamız Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər nüfuzlu təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub. Yüksək diplomatik məharətə malik olan Prezident İlham Əliyev bu platformaların tribunalarından ölkəmizin həqiqətlərini bütün dünyaya çatdırır, eyni zamanda, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsini hədəfləyən təşəbbüslər irəli sürür. Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır (QH). Hazırda respublikamız QH-nin növbəti tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Martın 2-də ölkəmizdə QH-nin postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşünün keçiriləcəyi gözlənilir.
Uğurla inkişaf edən əməkdaşlıq
Bu gün tərkibində 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ikinci böyük təsisat sayılan Qoşulmama Hərəkatı ötən əsrin ortalarından etibarən təşkilatlanmağa başlayıb. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. QH öz fəaliyyətində 9 bənddən ibarət “Bandunq prinsipləri”ni əsas götürür. Bunlar BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət bəsləmək, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsiplərdən ibarətdir.
Respublikamız ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Azərbaycan prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Bəhs olunan iclasda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü məsələsinin təşkilata üzv dövlətlərin nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Beləliklə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilib.
Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir. İndiyədək respublikamız QH-nin bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Zirvə görüşündən 30 il sonra Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edib. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycana olan böyük inam
Azərbaycanın QH-da artan nüfuzunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub.
2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə bağlı geniş gündəlik hazırlamışdı. Ancaq ölkəmizin QH-na sədrliyinin ilk mərhələsində dünya sərt sınaqla - yeni növ koronavirus pandemiyası ilə üz-üzə qaldı. Bu səbəbdən də Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin gündəliyini yeni qlobal çağırışlara uyğunlaşdırmaq məcburiyyətində qaldı. Həmin dönəmdə bir sıra ölkələrin özünə qapandığını və bunun daha təhlükəli fəsadlara yol açacağını nəzərə alan Prezident
İlham Əliyev qlobal liderlik keyfiyyətləri nümayiş etdirdi. Dövlətimizin başçısı QH-nin Sədri statusunda qlobal təhlükə qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüs irəli sürdü. Bu təşəbbüs nəzərə alındı və 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş
Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH-nin sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Bundan başqa, Azərbaycan ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib.
Hərəkatın təsisatlanmasında Azərbaycanın rolu
Azərbaycan QH-na sədrliyi dövründə, həmçinin qurumun təsisatlanmasının keyfiyyətə yeni mərhələyə yüksəlməsinə də sanballı töhfələr verib. Belə ki, ölkəmizin səyləri sayəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı baş tutub. Həmin konfransdan bir ay keçməmiş - iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazılıb. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqlənib. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.
Ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması
Azərbaycan, həmçinin Qoşulmama Hərəkatından ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması üçün səmərəli bir platform kimi istifadə edir. İndiyədək ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində daim dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmalarını göstərmək mümkündür. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.
QH-nin postpandemiya gündəliyi
Hazırda dünya postpandemiya dövrünü yaşayır. Respublikamız bu mərhələdə də QH-da liderliyini davam etdirir. İndiki mərhələdə Qoşulmama Hərəkatı öz fəaliyyətini postpandemiya dövrünün çağırışlarına uyğunlaşdırır. 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Sabah Bakıda baş tutacaq tədbir də dövlətimizin başçısının bu təşəbbüsü əsasında keçiriləcək. Tədbirdə bir sıra QH ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçılarının, digər rəsmilərin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Tədbirdə meydana çıxan yeni qlobal çağırışlara adekvat olan müzakirələrin aparılacağı gözlənilir. “İndiki geosiyasi reallıqlar fonunda
QH-nin beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə hansı töhfələri verə bilər” sualına cavab tapılmalıdır. Bütövlükdə, dünyanın gələcəyinə təhdidlər artır. Gələcəyimizi xilas etmək üçün isə bütün ölkələr səylərini birləşdirməlidirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

