Dalğalardan gələn səs...
07.05.2026 [08:50]
Radio necə yaranıb?
Radio bu gün kütləvi informasiya vasitəsi kimi öz aktuallığını qoruyub saxlayır. O, yalnız informasiya mənbəyi deyil, eyni zamanda emosiyaların daşıyıcısıdır. Çünki bir diktorun səsindəki titrəyiş, bir müğənninin ifasındakı hiss, yaxud canlı yayımdakı ani reaksiyalar dinləyicinin qəlbində birbaşa iz buraxaraq onu hadisələrin mərkəzinə çəkir və görünməyən, lakin güclü bir bağ yaradır. Məhz buna görə radio vizual vasitələrin sürətlə inkişaf etdiyi müasir dövrdə belə öz aktuallığını qoruyub saxlayır.
Bununla yanaşı, radio fövqəladə vəziyyətlərdə etibarlı rabitə vasitəsi kimi geniş və bənzərsiz imkanlar təqdim edir. Eyni zamanda, ana dilimizin yayılması və qorunması üçün mühüm platforma rolunu oynayır. Elektron media vasitələri arasında ən qədimlərdən biri hesab olunan qulaq dostumuz zəngin və uzun bir inkişaf yolu keçib.
Radio təkcə texniki vasitə kimi deyil, həmçinin demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. 7 may dünya elm və texnika tarixinə Radio Günü kimi daxil olub. Bu gündə bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.
Radionun yaranma tarixi
Radionun meydana çıxması üçün səsin yazılıb yenidən canlandırılması, bundan daha önəmlisi isə fəzada mövcud olan elektromaqnit dalğalarının tapılıb bəşəriyyətin ixtiyarına verilməsi zəruri idi. Səsyazmanın tarixi 13-cü əsrdə - Almaniyada qraf “Böyük Albert”lə başlasa da, sonralar Fransa (J.Dyuqamel və L.Skot), Böyük Britaniya (T.Yunq) və Rusiyada (A.Krotsenşteyn) davam etdirilsə də, proses 19-cu əsrdə ABŞ-da sona çatdı. Məşhur ixtiraçı T. Edison davamlı sınaqlardan sonra 1877-ci ilin dekabrında düzəltdiyi fonoqrafın qarşısında həyəcanla “Meri və onun körpə quzusu” adlı uşaq şeirini söyləyir. Bir dəqiqədən sonra ixtiraçının köməkçisi C.Krues heyrət içində aparatın həmin şeiri anlaşılmaz şəkildə təkrar etdiyini eşidir. Beləliklə, səsin dəqiq yazılması və onun yenidən eşidilməsi kəşf olunur, lakin bu, radionun kəşfi demək deyildi. Bundan əvvəl teleqrafın (1837), Morze əlifbasının (1843), telefonun (1876) və səsin telefonla ötürülməsinin (1880) kəşfi də hələ radionun ixtirasını yaxınlaşdırmırdı. Bunun üçün fəzadakı elektromaqnit dalğaları kəşf olunmalı, bu dalğaların axını insanın iradə və istəyinə tabe edilməli, məlumatı naqilsiz, yəni elektromaqnit dalğaları ilə uzağa ötürmək üsulu meydana çıxmalı idi.
Kəşf kimə aiddir?
Radionun kəşfi 1894-cü ildə italiyalı mühəndis, radiotexnik Qulyelmo Markoniyə nəsib olur. Uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbər göndərmək marağını təmin etmək üçün Boloniyadakı evinin damında inadla təcrübələr aparan ixtiraçı nəhayət, öz istəyinə çatır.
Markoninin hələ məktəbliykən beynindən çoxlu ixtiralar etmək istəyi keçirdi. 20 yaşında olarkən elektromaqnit dalğaları haqqında oxuduğu bir yazı onu çox cəlb etdiyindən gənc mühəndis eksperimentlərə başladı. O, xəyali olanları praktikada tətbiq etmək qərarına gəldi. Markoninin valideynləri övladlarının çox xərc aparan eksperimentləri üçün pullarını əsirgəmədilər. Maraq, bilik və praktik bacarıq 20 yaşlı bu gənci bütün Avropada məşhurlaşdırdı. İtaliyada yaşayan Markoni 21 yaşında İngiltərəyə köçdü və orada naqilsiz rabitə şirkəti yaratdı.
Q.Markoni ilə təxminən eyni vaxtda, 1895-ci ildə rus mühəndisi Aleksandr Popov da elektromaqnit dalğalarını kəşf etmiş və onun tapıntısı dərhal təcrübədə sınaqdan keçirilmişdi. Elektromaqnit dalğaların mövcudluğunu göstərməyin daha həssas və etibarlı üsulunu tapan A.Popov bu dalğaları bilavasitə qeydə alan “Kogerer” adlı ölçü cihazı da düzəltmişdi. 1900-cü ilin sərt qışında Finlandiyada - Lavensaari gölündə qəzaya uğramış balıqçıların xilas edilməsində A.Popovun təklif etdiyi bu cihaz radioteleqraf kimi mühüm rol oynadı və bundan sonra rus mühəndisinin ixtirasına diqqət xeyli artdı. Son dövrlərdə, yəni dünya elmi ilə təmaslar artdıqca, o cümlədən radionun tarixi ilə bağlı dəqiq bilgilər çoxaldıqca Rusiya alimləri yanlış olaraq “radionu kim kəşf edib? Markoni, yoxsa Popov?” dilemmasını ortaya atmağa çalışırlar. Əlbəttə, radionun inkişafında A.Popovun xidmətləri danılmazdır. Amma dünya radionun banisi kimi Markonini tanıyır. Amma yaxşıdır ki, bu sahədə A.Popovun ixtiraları da danılmır. Məsələn, son dövrün bir çox sorğu kitablarının səhifələrində Markoni və Papov “barışdırılır”.
Azərbaycanda radionun yaranması
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Göründüyü kimi, radio dalğalarının görünməz sehri ilə bir nöqtədən yayılan səsin kilometrlərlə uzaqlara çatması, müxtəlif şəhərləri, kəndləri, hətta qitələri bir-birinə bağlaması insan təxəyyülünün sərhədlərini genişləndirən, dünyanı daha kiçik və əlçatan edən möhtəşəm bir körpü rolunu oynayır. Bu gün rəqəmsal platformalar, podkastlar və internet radiosu ənənəvi yayım formalarını yeni çalarlarla zənginləşdirərək radionu daha interaktiv və fərdi hala gətirib. Beləliklə, hər bir insan öz zövqünə uyğun məzmunu seçə, dünyanın istənilən nöqtəsindən yayımlanan proqramları dinləyə və qlobal informasiya axınının bir hissəsinə çevrilə bilir. Bütün bunlar radionun sadəcə keçmişin nostaljik yadigarı deyil, həm də gələcəyin dinamik və dəyişkən media vasitəsi olduğunu sübut edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

