“Həmrəylik həlqəsi”: Azərbaycan əsasdır
14.03.2023 [10:06]
Strateji əməkdaşlığın əməli nəticələri
Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri kifayət qədər yüksək dinamikaya malikdir. Ölkəmiz Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Avropa İttifaqında təmsil olunan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sazişlər imzalaması qaşılıqlı maraqlar əsasında qurulan əlaqələrin miqyası və tərəflərin niyyəti barədə konkret təsəvvür yaradır.
Eyni zamanda, respublikamızın Aİ-yə üzv dövlətlərlə ikitərəfli münasibətləri də genişlənir. Deyə bilərik ki, böyük Avropa coğrafiyasında ölkəmizin dostlarının sayı getdikcə atır. Prezident İlham Əliyev postpandemiya və postmüharibə mərhələsində bir neçə Avropa ölkəsində uğurlu səfərlərdə olub və önəmli görüşlər keçirib, yeni açılışlara qatılıb. Paralel şəkildə, Avropa İttifaqında yer alan ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları respublikamıza müntəzəm qaydada səfərlərə gəlirlər. Elə bu günlərdə Prezident İlham Əliyevin Bakıda Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında, həmçinin Albaniya Prezidenti Bayram Beqay ilə görüşləri baş tutub. Bütün bunlar isə Azərbaycanın Avropa üçün artan önəminin ifadəsidir. Avropa ölkələrinin liderlərinin dəfələrlə səmimiyyətlə bildirdikləri kimi, Prezident İlham Əliyev Avropada ən arzuolunan şəxslərdən birinə çevrilib. Onu hər yerdə gözləyirlər və böyük hörmət, ehtiram göstərirlər.
Azərbaycan-Bolqarıstan münasibətləri uğurla irəliləyir
Hazırda Azərbaycan-Bolqarıstan siyasi dialoqu kifayət qədər yüksək səviyyədədir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb.
Dövlətimizin başçısı 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edib. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib. IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Prezident İlham Əliyev Bakıda Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında baş tutan görüşdə Sofiyada bu ölkənin yüksəksəviyyəli rəsmiləri ilə apardığı müzakirələri məmnuniyyətlə xatırlayıb və bildirib ki, o vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük.
Albaniya ilə dostluq və qardaşlıq əlaqələri
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulub.
2023-cü ildə bu tarixin 30-cu ildönümü tamam olur. Bu münasibətlə cari ildə Albaniyada “Azərbaycan Həftəsi”nin təşkil olunması nəzərdə tutulub. İki dost ölkə arasında siyasi dialoqun inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. İndiyədək Albaniya prezidentləri ölkəmizə 6 işgüzar səfər, Baş nazirlər isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Bundan əvvəl sabiq Prezident İlir Meta 16 iyun 2022-ci il tarixində ölkəmizdə işgüzar səfərdə olub və IX Qlobal Bakı Forumunda iştirak edib. Həmçinin ötən il aprelin 14-də Baş nazir Edi Rama Azərbaycana rəsmi səfər edib. Ötən ilin noyabrında Azərbaycan Prezidentinin Albaniyaya uğurlu dövlət səfəri baş tutub.
Hər iki ölkə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. Qeyd edək ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək daim qarşılıqlı olub. Dövlətimizin başçısı həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi günlərində Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi yüksək dəyərləndirib. Məlum olduğu kimi, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Ölkəmiz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Azərbaycan NATO-nun missiyası tərkibində Əfqanıstandan çıxan son iki ölkə sırasında yer alır. Oradan digər bütün NATO üzvləri Azərbaycan və Türkiyədən qabaq çıxmışdılar. Öz növbəsində Albaniya da Şimali Atlantika Alyansının üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib.
Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq getdikcə genişlənir. İndiyədək ölkələrimiz arasında 8 sənəd, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Albaniya infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində ölkəmizlə əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə martın
12-də Bakıda baş tutan görüşdə ölkələrimiz arasında bərqərar olan əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. “Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Getdikcə genişlənən enerji dialoqu
Prezident İlham Əliyevin Albaniyanın və Bolqarıstanın dövlət başçıları ilə Bakıda baş tutan görüşlərində enerji dialoqu əsas müzakirə mövzularından biri olub. Enerji sektoru Azərbaycanla Aİ ölkələri arasında iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqaməti kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda Avropanın enerji təchizatına təhdidlər yaranıb. Ənənəvi təchizat zəncirinin pozulduğu qoca qitədə ciddi enerji aclığı yaşanır. Belə bir şəraitdə Avropa Komissiyası ölkələrin enerji təchizatını şaxələndirməyə, yeni mənbələr tapmağa böyük səy göstərir. İndiyədək Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan qoca qitənin artan tələbatının ödənilməsində daha fəal rol almaq niyyətindədir. Buna ölkəmizin geniş imkanları var. Hazırda Azərbaycan Avropa üçün yeni enerji, ələlxüsus da yeni mavi yanacaq mənbəyi hesab olunur. Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ölkəmizə əlavə üstünlüklər qazandırır. Təxminən 3500 kilometr uzunluğa malik bu kəmər Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanır. Burada isə kəmər şaxələndirilir və onun yeni qolları yaradılır. Xatırladaq ki, respublikamızın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin sonunda tamamlandı və bundan sonra Azərbaycandan qoca qitəyə qaz nəqlinə start verildi. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq niyyətindədir və bu hədəf tam realdır.
Qoca qitə üçün mühüm təchizat infrastrukturuna çevrilən Cənub Qaz Dəhlizinin yaradılmasında yeddi tərəfdaş ölkə, o cümlədən də Albaniya fəal iştirak edib. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Dost ölkə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinin icrasına öz töhfələrini verib. İndiyədək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə yüksək fəallıq nümayiş etdiriblər. Hazırda Avropada Cənub Qaz Dəhlizinin yeni qollarının yaradılması istiqamətində müzakirələr aparılır. Albaniya isə Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, özünün tranzit imkanlarını da təqdim etməyə hazır olduğunu bildirib. İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək bu ölkənin geosiyasi əhəmiyyətini artırır. Albaniya, həmçinin ölkədaxili qaz təchizatı şəbəkəsinin qurulmasında Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Albaniya rəsmiləri ölkələrində Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduqlarını ifadə ediblər. “Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik, - deyə Albaniyanın dövlət başçısı vurğulayıb.
İndiyədək respublikamız Bolqarıstana müntəzəm qaydada neft ixracını həyata keçirib. Hazırkı geosiyasi reallıqlar fonunda isə Azərbaycanla Bolqarıstan arasında enerji dialoqunun yeni bir səhifəsi açılıb. Söhbət ölkəmizin Bolqarıstanın “mavi yanacaq” təchizatına dəstəyindən gedir. Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən proseslər bütün Aİ məkanı kimi, Bolqarıstanın da qaz təchizatında ciddi çətinliklərlə müşayiət olunur. Belə şəraitdə zəngin ehtiyatlara malik Azərbaycan Bolqarıstana öz dəstəyini əsirgəməyib. Beləliklə, Bolqarıstan da Azərbaycan qazının yeni müştərilərindən biri qismində çıxış edir. Ötən il iyunun 19-da “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan əvvəllər Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqarıstan Azərbaycan qazını daha böyük həcmdə yuxarıda bəhs olunan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü 5 milyard kubmetrə çatdırmaq mümkündür. Bolqarıstanın dövlət başçısı ölkəsinin Azərbaycandan qaz istehlak etməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz Sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11

