Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionda yeni “üçbucaq” layihəsi...

Regionda yeni “üçbucaq” layihəsi...

13.04.2023 [10:27]

Vaşinqton isə sülhü tezləşdirmək yolunu seçir

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda da diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsasən d? ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Ən yüksək səviyyədə danışıqlara münasibət, tərəflərlə sıx əlaqələrin qurulması rəsmi Vaşinqtonun Cənubi Qafqazda qısa zamanda sülh arxitekturasının qurulmasında maraqlı olduğunu göstərir. Hətta ABŞ rəsmi şəxslərinin regional layihələrin perspektivini vurğulaması, həmin layihələrdə ölkələrinin təmsil olunma arzularını dilə gətirməsi də deyilənləri təsdiqləyir.

Sadəcə olaraq, iki ilə yaxındır ki, davam edən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Ağ Ev üçün qəbuledilməzdir...

Əslində, Ermənistanın hazırki mövqeyinin əsas hədəfləri bəllidir. Rəsmi İrəvan bir sıra istiqamətlərdə Azərbaycana qarşı “təzyiq” formalaşdırmağa çalışır ki, buna nail ola bilmir. Bu isə nəticə etibarı ilə İrəvanın özünə qarşı bumeranq effekti verir - ABŞ prosesi düzgün qiymətləndirir və öz mövqeyini ortaya qoyur:

- İranla əlaqələrin dərinləşdirilməsi istiqamətində atılan addımlar Vaşinqtonun diqqətindən yayına bilməz;

- Ermənistanın nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmaması, hətta  Rusiyaya sanksiyalardan yayınmağa şərait yaratması ilə bağlı Vaşinqtonun əlindəki faktlar təkzibolunmazdır;

- “Qərb yolu” adı altında Ermənistanın regionda Fransa və digər mərkəzçi Avropa dövlətlərinin maraqlarına xidmət etməsi Ağ Ev üçün qəbuledilməz haldır.

Beləliklə, ABŞ Ermənistanın oyun qaydalarını pozduğunu açıq şəkildə görür - hətta rəsmi Vaşinqtonu belə öz maraqlarına alət etməyə çalışır. O baxımdan ki, özünü Rusiyaya və Ermənistan ictimaiyyətinə “ABŞ-a yaxın” kimi göstərməklə mühüm məqsədlər güdür. Rusiyadan özünü konpensasiya edir, cəmiyyətdə isə reytinq artırmağı planlaşdırır...

Sülh olmasa...

ABŞ regionda prosesin inkişaf trayektoriyasını görür və dəyərləndirir. Ermənistanın anti-Rusiya mövqeyinin heç də səmimi olmaması, sadəcə, Fransanın timsalında Aİ-nin maraqlarına xidmət etməsi üçün müvəqqəti xarakter daşıdığı Vaşinqton üçün bəllidir. Ağ Ev anlayır ki, Ermənistan əlinə fürsət düşən kimi, daha doğrusu, Rusiya onun maraqlarını tam qarşılayacaq addımlar atmağa başlayan kimi Qərbdən üz döndərəcək. İndiki halda Ermənistanın əsas hədəfi sülhə mane olmaq, vaxtı uzatmaq, bu müddət ərzində isə hansısa “qazanc” əldə etməkdir. ABŞ isə bununla qəti şəkildə razı deyil:

- Vaşinqton anlayır ki, Ermənistana veriləcək müddət Rusiyanın regionda möhkəmlənməsinə xidmət edəcək;

- Bu, yenidən eskalasiyanı başlada bilər - Azərbaycan özünün beynəlxalq huquqlarından istifadə edər və beləliklə də, Cənubi Qafqaz üzərindən planlaşdırılan yeni iqtisadi nizam ən azı təxirə düşə bilər;

- İran özü üçün Ermənistan vasitəsilə yeni “nəfəslik” aça bilər.

Bunların qarşısının alınması üçün isə sülh müqaviləsinin imzalanması vacib şərtdir. Yəni, imzalanacaq müqavilə Cənubi Qafqazda bütün qeyri-müəyyənliklərə son qoyacaq, qlobal layihələrə başlanılması üçün start verəcək.

ABŞ sülhün qısa zamanda formalaşmasında maraqlıdır

ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün verdiyi anonslar göz önündədir. Məsələn, bir müddət öncə ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataramanın Orta Dəhlizin inkişafını dəstəklədikləri ilə bağlı bəyanatı buna misal sayıla bilər.  O qeyd etmişdi ki, bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. O, “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - deyib. Arun Venkataraman həmçinin bildirmişdi ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir: “ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir. Bütün bu sahələrlə yanaşı, kənd təsərrüfatı və qida, logistika, rəqəmsallaşma ilə bağlı birgə işləyə, və təcrübəsini bölüşə bilər”.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Son dövrlərdə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə səfəri zamanı Orta Dəhliz mövzusu ətrafında aparılan müzakirələr də deyilənləri təsdiqləyir. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir. Ermənistan isə yaxın zamanda sülhü imzalamaq məcburiyyətindədir. ABŞ bu məsələdə qəti mövqe ortaya qoyur. Bununla bağlı isə kifayət qədər ciddi məlumatlar mövcuddur. Həmin məlumatlara görə, ABŞ-ın dövlət katibi Entoni Blinken Cənubi Qafqazda sülh prosesinin bərpası istiqamətdə israrlı cəhdlər göstərir. Hətta iddia olunur ki, məhz Entoni Blinkenin qətiyyətli davranışları sayəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş məhz ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilə bilər. Və həmin görüşün may ayının ikinci yarısında keçirilə biləcəyi də iddialar arasında yer alır.

Ermənistan bu dəfə Qərbə xəyanət edir  - yeni “üçbucaq” arzusunda...

Qeyd edək ki, ABŞ-ın regionda Ermənistanın yeni xəyanətlər yolunda olması ilə bağlı “şübhələri” isə əsassız deyil. Ermənistan KİV-lərinin son dövrlərdə apardığı təbliğat nəinki qərbyönümlü siyasəti özündə əks etdirir, tam əksinə İrəvan-Moskva-Tehran əməkdaşlıq üçbucağının qurulması perspektivlərini müzakirə edir. Hətta Ermənistanın belə bir formata müsbət cavab verməsi erməni politoloqlar tərəfindən real sayılır. Məsələn, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyanın İrəvan-Moskva-Tehran “üçbucağının” yaradılmasının ölkəsində təhlükəsizliyi və sabitliyi təmin edəcəyi fikrini irəli sürmüşdü. O bildirmişdi ki, əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsələr və tam etimad mühiti yarada bilsələr bölgədəki vəziyyəti lehlərinə dəyişə bilərlər. “İran Ermənistanla əməkdaşlığı və müttəfiqlik münasibətlərini vacib hesab edir. Düşünürəm ki, Rusiya potensialı bu iki ölkəyə qoşularsa, onlar mümkün təcavüzə (guya Azərbaycanın təcavüz etməsi fonu yaradılır) qarşı müqavimət göstərə biləcək bütün imkanlara və təsir rıçaqlarına sahib olacaqlar”, - deyə erməni ekspert bildirib.

İranşünas Liana Petrosyan isə bildirib ki, Rusiyanın başı Ukrayna probleminə nə qədər qarışsa da, İranla əməkdaşlığı dərinləşdirməyi unutmur. Bu nöqteyi-nəzərdən o, Tehran, İrəvan və Moskva arasında qarşılıqlı əlaqəni kifayət qədər real hesab edir. O, Ermənistan-İran hərbi əməkdaşlığından danışarkən həm İranla birgə hərbi təlimlərin keçirilməsi imkanının, həm də İrandan silah alınmasının mümkünlüyünü söyləyib.

Beləliklə, görünən budur ki, Ermənistan yenidən tutduğu xəttə xəyanət edir. Bu dəfə ikinci tərəf Qərbdir. İran-Ermənistan “ittifaqının” regionda yalnız təhdid və təhlükə ilə assosiasiya ediləcəyi isə şübhə doğurmur...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31