Cənubi Qafqaz əməkdaşlıq adasına çevriləcək?
14.04.2023 [10:44]
Ölkəmiz bölgədə tolerantlıq, təhlükəsizlik və tərəfdaşlıq mühiti yaratmaq arzusundadır
Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkələrlə, xüsusilə qonşu dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradə nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri kimi milli maraqlar çıxış edib. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür.
Eyni zamanda, Azərbaycan hər zaman tolerant mühiti, multikultural dəyərlərə verdiyi yüksək qiyməti ilə seçilib. Azərbaycan tarixən dözümlülük, tolerantlıq indeksinə görə seçilib - tarixin bütün inkişaf mərhələlərində iqtisadi-siyasi mərkəz, strateji region funksiyasını daşıyan yurdumuzda multikultural dəyərlər bəşəri mahiyyət daşımaqla yanaşı, sadə həyat tərzi kimi qəbul edilib. Azərbaycan özünün çoxmillətli cəhəti ilə göz oxşayıb - millətlərarası münasibətlərin inkişafı dövr, zaman kimi predmetlərdən asılı olmayıb. Başqa sözlə, tarixin bütün dönəmlərində ölkəmizin özünəməxsus tolerantlıq mühiti dünya üçün spesifik örnəyə çevrilib.
Bu gün də kataklizmlərlə zəngin, diskrtiminasiyanın günü-gündən genişləndiyi dünyamızda tolerantlıq, birgəyaşayış mədəniyyəti kimi ali dəyərlərə böyük ehtiyac duyulur. Dünya ölkələri bu kimi problemlərin həlli qarşısında böyük çətinliklərlə üzləşir. Təbii ki, bəzi regionlarda bu mərhələ olduqca rahat şəkildə aşılsa da, bütün regionlar üçün bunu demək olmaz. Məsələn, Azərbaycan kimi Balkan regionu da tolerant mühit, birgəyaşayış mədəniyyəti ilə seçilir.
Bu məsələ aprelin 12-də Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bir daha vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Şimali Makedoniyanın və ümumilikdə, Balkan regionunun etnik barışıq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər. Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir. Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış edib.
Regionun inkişafında yeni mərhələ
Qlobal cəmiyyətlərin qurulduğu, mühüm inkişaf dövrünü özündə əks etdirən XXI əsr multikultural dəyərlərin aşınması kimi qorxulu tendensiyalarla müşayət olunur. Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenefobiyanın artdığı bir dövrdə Vətənimiz Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə-multikulturalizm və tolerantlıqla səciyyələndirilir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan üzü əsrlərdən bu yana fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanındı, şöhrət tapıb. Bu gün isə Azərbaycan bu bəşəri dəyərin yaşadığımız region üçün şəkilləndrilməsinə çalışır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən il oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masadakı çıxışında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmişdi. Dövlət başçısı bildirmişdi ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.
Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilə bilər. Təbii ki, bu regionun da inkişafında yeni mərhələ formalaşdıra bilər - bu baxımdan, Cənubi Qafqazın hər üç ölkəsi bu məsələdə mütləq şəkildə maraqlı olmalıdırlar.
Gürcüstan da dəstəkləyir...
“Ümumi Qafqaz evi” ideyası məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələdir - bu, bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilləri, iqtisadi, mədəni inteqrasiyanı özündə birləşdirir. Eyni zamanda, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin təminatının qarantı kimi çıxış edir. Bu mənada, irəli sürlən təklif regionun gələcəyinin yeni inkişaf strategiyasıdır. Azərbaycanla yaxın əlaqələrə malik Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir. Məsələn, ötən ilin oktyabrın 24-də Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı bu məsələ diqqət mərkəzində olmuşdu. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışında bildirmişdi ki, Prezident İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü dəstəkləyir: “Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik”.
Ermənistan buna hazır deyil...
Təssüf ki, eyni fikirləri Ermənistan haqqında demək mümkün deyil. Azərbaycanın regionda yaratmağa çalışdığı, inkişafa hədəflənən əməkdaşlıq platformaları Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır. Qlobal iqtisadi layihələrin fəal iştirakçısına çevrilmə potensialına malik Cənubi Qafqaz üçün ən mühüm prioritet bu gün sabitlik və təhlükəsizlik indeksinin yaradılmasıdır. Başqa sözlə, Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkərək sülh müqaviləsini imzalamaqla həm də bu böyük inkişaf tendensiyasının mühüm bir həlqəsinə çevrilə bilər. Amma...
Xatırladaq ki, bu il yanvarın 19-da Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı zamanı bildirmişdi ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib: “Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.
Regionun iqtisadi inkişafına dinamizm qazandırır, dünyanın təhlükəsizlik arxitekturasına töhfələr verir
Beləliklə, yeni dövrün çağırışlarına əsaslanan əməkdaşlıqlar öz aktuallığı ilə seçilir. Azərbaycan yenidən sivilizasiyaların əməkdaşlıq platforması çağırışı səsləndirir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində də Azərbaycan strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirilir. Ötən dövr ərzində keçirilən bütün siyasi-iqtisadi qlobal tədbirlərdə fəal iştirakçı olmamız bu faktın əsas təsdiqçisidir. Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzunun əyani göstəricisi kimi ifadə edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, eyni zamanda dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasına hədəflənib. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq platformasını çevrilməyi bacarıb. “Cənubi Qafqaz evi” platforması təklifi isə Azərbaycanın mövcud əməkdaşlıqlarının regional inteqrasiyasını təmin edə bilər. Bu Azərbaycanın öz qonşuları üçün yaratdığı böyük imkandır. Azərbaycan bu addımı ilə həm regionun iqtisadi inkişafına dinamizm qazandırır, həm də dünyanın təhlükəsizlik arxitekturasına böyük töhfələr verir.
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46

