Görüş yeri dəyişsə də…
15.04.2023 [10:50]
Şərtləri Azərbaycan müəyyənləşdirəcək
Həm Rusiya, həm də Aİ sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, başqa sözlə, sülh məsələsi 2023-ü ilin ən mühüm prioritetlərindəndir. Bu, bir tərəfdən regional problemin həllini, bölgədə sülhün formalaşmasını təmin edəcəksə, digər tərəfdən qlobal laiyhələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq. Çünki yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması həm də Ermənistan ilə Azərbaycan arasında sülhün yaradılmasından asılıdır. İndiki halda Ermənistanın davranışları qarşıdakı yaxın gələcək üçün birmənalı proqnozlar səsləndirməyə imkan vermir - bu ölkənin sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar, törətdiyi hərbi təxribatlar rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək arzusunu istisna edir. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət sülhlə uzlaşmır - tam əksinə, regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Təbii ki, bu kimi hallar Azərbaycanla yanaşı, problemin həllində vasitəçilik edən tərəflərin də maraqları ilə uzlaşmır. İstər Avropa İttifaqı Şurası, istərsə Rusiya, istərsə də ABŞ tərəfindən səsləndirilən bəyanatlar özündə sülhün vacibliyini əks etdirir.
Yeni görüşlər, yeni təmaslar...
Qeyd edək ki, bir müddət əvvəl yaxın dövrlərdə iki dövlət arasında yenidən təmasların davam etdiriləcəyi ilə bağlı informasiyalar yayılmışdı. Təbii ki, sülhün yaranması üçün bu, vacib şərtdir - vasitəçilər də ikitərəli görüşlərin zəruriliyini xüsusi qeyd edirlər. Yeri gəlmişkən, Rusiya tərəfi danışıqların davam etməsi üçün yenidən aktivlik nümayiş etdirir. Belə ki, son erməni təxribatlarından sonra sülh prosesinin davam etdirilməsi məsələsinin yenidən aktuallıq qazanması fonunda Moskva bu görüşlərin təşkili məsələsində önə keçməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İrəvan və Bakı müntəzəm olaraq ikitərəfli danışıqların aparılması təklifini qəbul ediblər. M.Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası bu ölkələr arasında sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan və Ermənistana yardım göstərmək üçün səylərini davam etdrir. “Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifimizi qəbul etdilər. Bütün bunlar nəhayət razılaşdırıldıqdan sonra tarixləri və konkret tədbirləri açıqlayacağıq” - Rusiya diplomatı bildirib.
Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb
Qeyd edək ki, Avropa İttifaqı da görüşlərin davamlı xarakter daşıması üçün müəyyən səylər göstərir. Hətta bəzi beynəlxalq tədbirlər çərçivəsində iki ölkə rəsmilərinin görüşləri təşkil edilir, müəyyən müzakirələr aparılır. Bütün müzakirələrdə isə bir fakt xüsusi olaraq qırmızı xətlə keçir - 2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt vasitəçilər tərəfindən də xüsusi vurğulanır. Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb
Sülh Azərbaycanın şərtlərinə əsaslanacaq...
Azərbaycan regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşdırılmalıdır. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda isə, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olar. Nəzərədə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.
Ermənistanın başqa çıxış yolu yoxdur - Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır
10 noyabr kapitulyasiyasına imza atan Ermənistan isə hələ də özünə “dayaq” axtarışındadır. Məğlub ölkə olan Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Təbii ki, regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə qeyd edildiyi kimi, yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keiçrilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırır. Bu isə həmin ölkənin davranışlarının qeyri-adekvat olduğunu göstərir. Həm Rusiya, həm də Aİ sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Azərbaycan yeni əməkdaşlıqlar platformaları təsis etməkdədir. Bu amil həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürüləcək. Azərbaycanın izni olmadan heç bir addım - nə siyasi, nə də iqtisadi müstəvidə atıla bilməz. Bu, qalib ölkənin ortaya qoyduğu qətiyyətdən irəli gəlir.
Sülhə mane olmaq istəyənlər...
Son proseslər bir daha onu göstərdi ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız, təsir imkanlarımız mövcuddur - vəziyyət Azərbaycanın xeyrinədir. Eləcə də, nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Qarabağda qurulmasına çalışılan oyunların isə heç bir perspektivi yoxdur və Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Başqa sözlə, erməni silahlı birləşmələrinin əl ata biləcəkləri təxribatlar bütün hallarda onların özlərinin əleyhinə yönələcək.
Azərbaycan hələ də sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Əks halda, ölkəmiz yenidən öz hüququndan istifadə etməli olacaq - Azərbaycan mövqeyində qətidir. Sülhə mane olmaq istəyənlər isə Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46

