Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Birlik, bərabərlik, inkişaf...

Birlik, bərabərlik, inkişaf...

06.06.2023 [10:00]

Prezident Ərdoğan yeni dövr üçün səlahiyyətlərinin icrasına başladı

Azərbaycan-Türkiyə birliyi regionun gələcək inkişafında yeni mərhələ formalaşdıracaq

Mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda 52,18 faiz səs toplayaraq yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan rəsmən and içib və səlahiyyətlərinin icrasına başlayıb. Qeyd edək ki, iyunun 3-də TBMM Baş Assambleyasında prezidentlik andı içən Ərdoğan mərasimdən əvvəl mandatını Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alıb. Andiçmə mərasimindən sonra Prezident Ərdoğan “Anıtkabir”də Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Prezident Ərdoğan Anıtkabir Xüsusi Dəftərini imzalayaraq bildirib ki, önümüzdəki 5 ildə “Türkiyə Əsri” ilə bağlı planlarımızı həyata keçirmək üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik.

Ərdoğan and içdi...

Ankarada Prezident Sarayında (Beştəpə Külliyəsi) Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlığı Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların və ümumilikdə 78 ölkənin nümayəndələri iştirak ediblər. Tədbirə 21 dövlət başçısı və 13 baş nazirlə yanaşı, bir çox nazirlər və xüsusi nümayəndələr də qatılıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar. Prezident

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə xüsusilə səmimi görüşməsi qonaqların alqışı ilə qarşılanıb. Prezident Ərdoğan öz nitqində Azərbaycan Prezidentinə və digər qonaqlara minnətdarlığını bildirib. Qeyd edək ki, mərasimdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Ümumiyyətlə, andiçmə mərasimi ilə bağlı tədbirin gedişində Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya xüsusi diqqətin göstərilməsi müşahidə olunub. Təbii ki, bu, iki qardaş dövlətin rəhbərlərinin arasıdakı doğma, isti münasibətdən irəli gəlir. “Bir millət, iki dövlət” tezisini qardaşlıq bağına çevirən iki dövlətin başçısı daima - yaxşı gündə də, pis gündə də çiyin-çiyinə, yan-yanadırdar. Bunun nəticəsidir ki, bu gün Azərbaycan-Türkiyə birliyi regional güc mərkəzi statusunda çıxış etməklə yanaşı, Türk Dövlətləri Təşkilatının əsas istiqamətləndirici faktoruna çevrilib. Bu nüans isə Prezident Ərdoğan tərəfindən seçki təbliğat kampaniyası dövründə bir neçə dəfə xüsusilə vurğulanmışdı.

Sarsılmaz həmrəyliyə daha böyük ehtiyac var...

Səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təntənəli mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, artıq “Türkiyə Əsri”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bu prosesdə yanımızda olanların dəstəyini heç vaxt unutmayacağıq. Bütün bunlarla yanaşı, jurnalların üz qabığı vasitəsilə milli iradəyə müdaxilə cəhdlərini də unutmayacağıq. Türkiyəyə olan bu böyük sevginin haqqını ən yaxşı şəkildə verməyə çalışacağıq. Sevgili millətimizin özümüzə, partiyamıza və ittifaqımıza olan etibarını sarsıtmayacağıq, Türkiyəyə xidmət etməyə davam edəcəyik”.

Dövlət başçısı siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd edib. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirib: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.

Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğulayıb.

Dövlət başçısı onu da qeyd edib ki, hər bir Türkiyə vətəndaşının gücünə və töhfəsinə ehtiyac var. 85 milyonluq xalqın hər bir üzvü bir-birlərinə sıx bağlanmalıdır. Türkiyənin birliyə və həmrəyliyə hər zamank?ndən daha çox ehtiyacı var. “Burada bir daha qeyd etmək istəyirəm ki, mayın 28-də seçki müddəti başa çatıb. Seçki qutusunda iki dəfə milli iradə özünü göstərdi və millət son qərarını verdi. Türkiyə artıq seçkilərin bağlanması və nəticələrin açıqlanması ilə yeni bir yola qədəm qoyub. Türk Əsri başladı, ölkəmizin yüksəliş qapıları açıldı. Yeni Nazirlər Kabinetimizi elan edəcəyəm. Yeni Nazirlər Kabinetimizlə birlikdə Türk Yüzilliyini tikməyə davam edəcəyik. Çərşənbə axşamı Nazirlər Kabinetinin ilk iclasını keçirəcəyik. Hamımız irəliyə baxmalı, gələcəyə diqqət yetirməliyik. Bizim ən böyük problemimiz odur ki, hazırda ölkəmizdə həqiqətən güclü müxalifət yoxdur. Təəssüf ki, onlar köhnə vərdişlərindən əl çəkmək istəmirdilər. Səmimi özünütənqiddənsə, hər zaman səhvlərin, uğursuzluqların səbəblərini vətəndaşlarda axtarıblar. Artıq bir olmaq, birlikdə olmaq günüdür. Bu gün uşaqlarımızın parlaq gələcəyini qorumaq günüdür. Seçki dönəmindəki inciklikləri bir kənara qoyaq. Kin varsa, qəlblər qırılıbsa, barışmaq yollarını axtaraq. Türk Əsrinin qurulmasına birlikdə dəstək olaq”, - deyə Prezident Ərdoğan bildirib.

Türkiyə xalqı sabitliyə, firavanlığa və Azərbaycana səs verdi...

Təbii ki, dövlət başçısının qeyd etdiyi nüanslar gələcək inkişafın ən mühüm strateji hədəfləridir. Bu hədəflərə çatmaq üçün isə regionda əməkdaşlığın, birliyin və həmrəyliyin daha da gücləndirilməsi ilkin şərtdir. Türkiyə xalqı seçkilərdə sabitlik, firavanlıqla yanaşı, həm də Azərbaycana, Azərbaycanla gələcəkdə qoşa addımlanacaq yola, birliyə, qardaşlığa səs verdi. Türkiyə və Azərbaycan bu gün dünyanın ən mühüm iqtisadi logistik mərkəzləri qismində çıxış etməkdədirlər. Seçki dövründə Azərbaycanı Türkiyədən kənarda düşünənlər, hətta ortaya ayrılıqlar salmağa çalışanlar Türkiyə seçicisinin kəskin etirazı ilə qarşılandı. Türkiyə xalqı sübut etdi ki, Azərbaycanı nəzərə almayan hər hansı bir siyasətçi ölkənin hakim elitasında yer ala bilməz.  

Azərbaycan ilə Türkiyə yeni inkişaf mərhəhəsinə birgə qədəm qoyacaqlar. İstər Şərqə, istərsə də Qərbə inteqrasiyanın gücləndirilməsi, Türkdilli ölkələr arasında bağın və bağlılığın inkişaf etdirilməsi, milli iqtisadiyyatların qlobal iqtisadiyyata transformasiyasının gücləndirilməsi və digər mühüm spektrli fəaliyyətlərə birgə imza atılacaq. Birlik, iki dövlət arasındakı qardaşlıq gələcək inkişafın birinci təməl prinsipi kimi çıxış edəcək...

Türk Əsri”nin hökumət kabineti müəyyənləşdi...

Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabinetdə təmsil olunan nazirləri də açıqlayıb. Qeyd edək ki, iyunun 4-5-də nazirlər təhvil-təslim prosesini başa vurublar. Bu gün, iyunun 6-da isə Nazirlər Kabinetinin ilk iclası baş tutacaq. İclasda əsasən iqtisadiyyat və terrorla mübarizə mövzularının gündəmdə olacağı gözlənilir. Bundan əlavə, seçki təbliğat dövründə açıqlanan bəzi məsələlər müzakirə olunacaq. Bunların sırasında zəlzələ bölgəsində evlərin tikilməsi, evdar qadınların pensiyası, faizsiz evlilik kreditləri və başqa mövzuların da yer alması gözlənilir. Qeyd edək ki, yeni kabinet gözlənildiyi kimi köklü şəkildə dəyişib.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30