Qədimlikdən müasirliyə...
07.06.2023 [10:10]
Naxçıvanın yeni inkişaf hədəfləri
Regionların inkişafı, əyalətlərlə paytaxt şəhərləri arasında fərqin aradan qaldırılması və yaxud azaldılması bütün ölkələri qayğılandıran mühüm məsələlərdən biridir. Əlamətdar haldır ki, Azərbaycan dünyaya regional inkişafla bağlı özünün nümunəvi modelini təqdim edir. Respublikamızda bölgələrin davamlı və hərtərəfli inkişafı hədəflənib və bu məqsədlə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Nəticələr unikaldır. Regional inkişaf proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi sayəsində ölkənin bütün bölgələrində güclü sosial və iqtisadi infrastruktur qurulub, həyat səviyyəsi yüksəlib, çoxlu yeni iş yerləri yaradılıb. Hazırda respublikamızın əksər regionları da iqtisadi güc qismində çıxış edir, bölgələrdən paytaxta və digər iri şəhərlərə əhali axını əhəmiyyətli dərəcədə azalıb, insanlar, xüsusilə də gənclər öz həyatlarını doğma yerlərdə qurmağa üstünlük verirlər və bundan məmnundurlar.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
Bütün digər regionlar kimi, Naxçıvan iqtisadi rayonunun inkişafı da ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixində imzaladığı müvafiq Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir.
Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Sənəd prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir.
Naxçıvanın indiki mərhələdə sosial-iqtisadi inkişafı zamanında burada ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrəyə əsaslanmaqla təmin ediləcək. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın ümummilli lideri
Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub.
O cümlədən son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qəbul olunan regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial
infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Əldə olunan uğurlardan bəzilərini sadalamaqla Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafı barədə konkret təsəvvür formalaşdırmaq mümkündür. Azərbaycan Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılıb, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün son 5 il ərzində 18 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi təqdim edilib. Yuxarıda xatırlatdığımız regional inkişaf proqramları çərçivəsində ötən dövrdə torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarı istifadəyə verilib.
Təbii qazla təchizat tam olaraq başa çatdırılıb, 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz ortatəzyiqli və 82,2 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərləri tikilərək istifadəyə verilib. Naxçıvan şəhərinin və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrinin əhalisini içməli su və kanalizasiya xidməti ilə təmin etmək üçün gün ərzində 40 min kubmetr sutəmizləmə və 32 min kubmetr tullantı sutəmizləmə gücünə malik olan qurğular və ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Naxçıvan Hava Limanı regionun aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə qismində çıxış edib və 2004-cü ildən Beynəlxalq Hava Limanı statusu qazanıb.
Azərbaycanın genişməzmunlu sosial siyasətinin Naxçıvanda da icrası yüksək səviyyədə təmin edilir.
Son on il ərzində şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə 120 mənzil və 280 minik avtomobili verilib. Ölkədə 2017-ci ildən həyata keçirilən özünüməşğulluq proqramına Naxçıvan Muxtar Respublikası üzrə 1320 ailə cəlb edilib. Ötən müddətdə Ağbulaq istirahət və xizək mərkəzi, Duzdağ fizioterapiya mərkəzi və digər turizm obyektləri fəaliyyətə başlayıb, regionda fəaliyyət göstərən mehmanxanaların sayı 10-a çatdırılıb. Bütövlükdə, əldə olunan uğurların miqyası çox genişdir və bunlar da perspektiv inkişaf üçün möhkəm özül təşkil edir.
Yeni çağırışlar
Azərbaycanın uğurlu inkişaf strategiyasının ən fərqli müsbət cəhətlərindən biri inkişafın ardıcıllığının təmin edilməsi, fəaliyyət planlarının mövcud çağırışlar nəzərə alınmaqla daim yenilənməsidir. Naxçıvanın yeni strateji mərhələ üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanması da məhz bu prinsipə əsaslanır. Sənəddə Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması üçün müasir çağırışlara və yanaşmalara əsaslanan aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Biznes mühitinin daha da yaxşılaşdırılması üçün sahibkarlara icazə və lisenziyaların vahid mərkəzdən verilməsi, “Lisenziyalar və icazələr portalı”nın fəaliyyətə başlaması, satınalmaların elektron portal vasitəsilə təşkili, sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid reyestrinin formalaşdırılması, rəqabət mühitinin sağlamlaşdırılması, bank və sığorta filialları şəbəkəsinin genişləndirilməsi, dövlət orqanlarının (qurumlarının) tabeliyində fəaliyyət göstərən istehsal və xidmət sahələrinin özəlləşdirilməsi;
- Ölkədə tətbiq olunan dövlət xidmətlərinin Naxçıvan Muxtar Respublikasında da tamtətbiq olunması, “ASAN xidmət”, DOST və digər mərkəzlərin fəaliyyətə başlaması vənəticədə dövlət xidmətlərinə əlçatanlığın artırılması;
- Naxçıvan Muxtar Respublikası ərazisində olan təbii ehtiyatlar (əlvan metallar)hesabına hasilat sənayesinin inkişaf etdirilməsi;
-Xammal bazası əsasında yeni sənaye sahələrinin (tikinti materialları, qida məhsulları istehsalı və s.) qurulması və mövcud sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi,habelə ayrı-ayrı sahələrdə güzəştlərin tətbiqinin nəzərdə tutulduğu sənaye zonasınınyaradılması;
- Elektrik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpa olunan enerji (əsasən, günəş) stansiyalarının, həmçinin istilik elektrik stansiyalarının tikintisi və eyni zamanda, tezlik tənzimlənməsinin dayanıqlığının təmini, mövcud elektrik stansiyalarının və şəbəkəsinin təmiri, avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması;
- Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə sərhədinədək 18 km magistral boru kəmərinin çəkilməsi ilə Naxçıvan Muxtar Respublikasının Türkiyənin qaz şəbəkəsi ilə əlaqələndirilməsi və nəticədə qaz təminatının dayanıqlığının təmin edilməsi;
- Kənd təsərrüfatının inkişafında suvarma suyunun əhəmiyyətini nəzərə alaraq bölgədə suvarma şəbəkələrinin yenilənməsi, müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi;
- Duz yataqları, mineral sular, tarixi və dini abidələr, ekoturizm üçün təbii əlverişli şəraitin olması nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasında əlavə dəyər yaradılması baxımından turizm infrastrukturunun qurulması və bu sahənin təbliği;
- Xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasında vergi və gömrük güzəştləri müəyyən edilməklə rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi;
- Naxçıvan Muxtar Respublikasında turistlərə və ticarət məqsədilə oraya gələcək şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün müasir tipli ictimai-iaşə obyektlərinin, istirahət və əyləncə mərkəzlərinin sayının artırılması və xidmət səviyyəsinin yüksəldilməsi;
- Naxçıvan Muxtar Respublikasında infrastruktur təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin fiber-optik və mobil internet xidmətlərinə çıxış səviyyəsinin yüksəldilməsi və dayanıqlığının təmin edilməsi, kəndlərdə içməli su təminatının artırılması;
- Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər regionlara daşınması zamanı yaranan nəqliyyat xərcləri üçün xüsusi güzəştlər sisteminin formalaşdırılması, dəmir yolu stansiyalarının və dəmir yolu xətlərinin beynəlxalq tələblərə uyğun yenidən qurulması;
-Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulur. Burada özəl təhsil və səhiyyə müəssisələrinin yaradılması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə də zəmin yaradacaqdır.
Enerji istehsalının və ixracının artırılması əsas prioritetlərdən biri kimi
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub. Bunlar əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönümlü sənayenin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişaf etdirilməsi, turizmin inkişafı, elektrik enerjisinin istehsalının və ixracının artırılması, infrastruktur təminatının inkişafı, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi prioritetlərindən ibarətdir.
Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Dövlət Proqramı hazırlanarkən muxtar respublikanın mövcud potensialı əsas götürülüb. Sənəddə bütün prioritetlər məhz bu prinsiplə müəyyənləşdirilib. Götürək, elə elektrik enerjisinin istehsalının və ixracının artırılması prioritetini. Son vaxtlarda bu istiqamətdə muxtar respublikada böyük uğurlar əldə olunub. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası, o cümlədən 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 4,5 meqavat gücündə Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə “Biləv” su elektrik stansiyası, Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndi ərazisində 22 meqavat gücündə Naxçıvan günəş elektrik stansiyası, Kəngərli rayonunda 5 meqavat gücündə, Şərur rayonunda 8 meqavat gücündə günəş elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücündə Culfa külək elektrik stansiyası istifadəyə verilib.
Muxtar respublikanın potensialı burada elektrik enerjisinin istehsalının və ixracının artırılmasına da geniş imkanlar açır. Sənəddə də vurğulandığı kimi, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanı, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcəkdir.
Naxçıvan Muxtar Respublikasında mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, həmçinin bərpa olunan enerji resurslarından (əsasən, günəş) istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcəkdir.
Vurğulandığı kimi, mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılması elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələncək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

