Qurtuluşdan böyük Zəfərə
15.06.2023 [10:00]
Hər bir ölkənin və xalqın tarixində böhranlı vəziyyətlərdə ictimai-siyasi proseslərin axarını dəyişən, sabitlik və inkişaf üçün zəmin yaradan dönüş məqamları olub. Müstəqil Azərbaycan üçün belə dönüş məqamı ölkəmizdə hər il iyunun 15-də qeyd olunan Qurtuluş günüdür. Qurtuluş tariximizin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Tarixin çətin sınağı
Tarixə - ötən əsrin doxsanıncı illərinin əvvəllərinə qısa bir ekskurs etdikdə ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasının müstəqilliyimizin qorunması və ölkənin gələcək inkişafının təmin olunması baxımından necə müstəsna önəm daşıdığı barədə konkret təsəvvür yaranır. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Ölkədə müxtəlif siyasi partiyalar, ayrı-ayrı “liderlər” arasında hakimiyyətə gəlmək uğrunda savaş gedir və əksər hallarda da bu savaşda milli maraqlar qurban verilirdi. 1992-ci il mayın 14-də AXC-“Müsavat” cütlüyü qeyri-qanuni yolla hakimiyyətə gəlməyə nail oldu. Ancaq bu xəyanətkar cütlük iqtidara gələn kimi verdiyi vədləri unutdu və özünün diletantlığını ortaya qoydu. Həmin dövrdə bir tərəfdən AXC-“Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, ölçüyəgəlməz özbaşınalıqlar AXC-“Müsavat” iqtidarının ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında, necə deyərlər, bir-birlərinin ayağının altını qazan qruplaşmaların yarandığı açıq-aydın görünürdü. Ən acınacaqlısı isə o idi ki, bu qruplaşmalar arasında münasibətlər silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə, o cümlədən Gəncədə, Lənkəranda və digər regionlarda bəzi silahlı dəstələr separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Xalqın yeganə ümid yeri
Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə yönəlmişdi. AXC-“Müsavat” iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Xatırladaq ki, hələ keçmiş sovet dönəmində Azərbaycanın gələcək inkişafı, müstəqil yaşaması üçün fundamental iqtisadi və ideoloji əsaslar yaradan Ulu Öndər həyatının və fəaliyyətinin Naxçıvan dövründə də müstəqillik ideyalarının geniş intişar tapması üçün yenilməz iradə və qətiyyət nümayiş etdirirdi. O dövrdə keçmiş SSRİ hələ süqut etməmişdi və onun repressiya maşını, necə deyərlər, iş başında idi. Lakin Heydər Əliyev məhdudiyyətlərdən və qadağalardan çəkinməyərək Naxçıvanı Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin mərkəzinə çevirməyi bacardı. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına Heydər Əliyev sədrlik edirdi. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Respublikamızın çətin dönəmində insanlar ümid yeri kimi Heydər Əliyevə üz tutanda da Onun müdrikliyinə və xalqına bəslədiyi sonsuz məhəbbətinə əsaslanırdı. Xalq yaxşı başa düşürdü ki, blokada şəraitində qalan Naxçıvanı xilas edən və qoruyan Heydər Əliyev bu xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında həyata keçirməyə qadir olan yeganə siyasətçidir.
Yuxarıda təsvir etdiyimiz mənzərədən də göründüyü kimi, həmin keşməkeşli dönəmdə ölkənin idarəçiliyinə gəlmək böyük məsuliyyət idi. Təsadüfi deyildir ki, həmin dövrdə özlərinin gələcək karyeraları barədə düşünən bəzi siyasətçilər gözləmə mövqeyi seçərək suların durulmasını gözləyirdilər. Ancaq siyasətçinin qəlbində Vətən və xalq sevgisi varsa, belə etməməli, məhdud şəxsi maraqlarının girovluğunda qalmamalı və zərurət yarandıqda risklərə getməkdən çəkinməməlidir. Böyük Heydər Əliyevin seçimi buna ən bariz nümunədir. O, respublikada vəziyyətin kritik dərəcədə ağır olmasına baxmayaraq, ölkəyə idarəçiliyin məsuliyyətini Öz üzərinə götürməyə qərar verdi. Xüsusi təyyarə onu 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gətirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə o, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndərin xalqın doğru seçimi əsasında Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə respublikamız diletant, naşı və həris “liderlərin” hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ulu Öndərin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan
Həmişə verdiyi qərarlarla zamanı qabaqlayan Hydər Əliyev ideyaları ölkəmiz və xalqımız üçün bir mayakdır. Son 20 ildə Prezident İlham Əliyev respublikamızda Ulu Öndərin siyasi kursunu böyük inamla davam etdirib. Heydər Ə?iyev yolu ilə irəliləyən Azərbaycan böyük uğurlara imza atır. Ulu Öndərin zamanında başladığı islahatlar, “Əsrin müqaviləsi” ilə yeni neft strategiyasının təməlinin qoyulması ölkəmizin iqtisadi-maliyyə imkanlarının genişlənməsi üçün möhkəm baza oldu. Son 20 ildə isə Prezident İlham Əliyevin uğurlu idarəçilii sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi tam təmin olunub. Hazırda respublikamız heç bir beynəlxalq təşkilatdan, heç bir maliyyə qurumundan asılı deyil. Ölkəmizin xarici borc öhdəliyi ÜDM-ə nisbətdə çox aşağı səviyyədədir. Strateji valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb. Bu gün Azərbaycanın ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya siyasəti həyata keçirməsi, bir sıra regional və qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin məhz ölkəmizin moderatorluğu ilə reallaşdırılması son dərəcə qürurvericidir. Bütün bunlar beynəlxalq miqyasda ölkəmizin və onun Liderinin nüfuzunu artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin BMT və digər beynəlxalq qurumlar səviyyəsində dəstəklənməsi, Onun həm Avropada, həm də İslam coğrafiyasında mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bunun bariz nümunəsidir.
Qurtuluş tariximizdə Azərbaycanın imza atdığı ən böyük uğur isə Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdir. Güclü Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni diz çökdürməyə nail oldu. Məğlubiyyət acısı yaşayan Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Beləliklə də, müharibənin qalib tərəfi olan Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu. Böyük Zəfərə imza atan Azərbaycan müharibədən sonra da dayanmır. Müharibənin başa çatmasından sonrakı iki il yarımda işğaldan azad olunmuş ərazilərin bərpası ölkəmizin gündəliyinin mərkəzində dayanıb. Hazırda həmin ərazilər bir növ quruculuq meydanına çevrilib. İşğaldan azad olunmuş şəhər və kəndlərimiz, dağıdılmış infrastruktur sürətlə bərpa olunur. Artıq Qarabağa Böyük Qayıdışa da start verilib. Bütün bu uğurlar Heydər Əliyevin təməlini qoyduğu yolla irəliləyən Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

