Görüş yeri yenə Bakıdır
04.07.2023 [10:22]
Azərbaycanla Qoşulmama Hərəkatı arasında illərin sınağından çıxan möhkəm etimad və inam formalaşıb
Müstəqil Azərbaycan beynəlxalq əlaqələrini genişləndirməklə qlobal həmrəyliyin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, yeni əməkdaşlıq bağlarının yaranmasına davamlı töhfələr verir. Bu baxımdan respublikamızla BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı (QH) ilə əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. Hazırda Azərbaycan-Qoşulmama Hərəkatı münasibətləri çoxtərəfli aspektlərə malikdir. Ölkəmiz qurumun daha bir mühüm tədbirinə evsahibliyi etməyə hazırlaşır. İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşü baş tutacaq. Dünən Bakıda Qoşulmama Hərəkatının yüksək vəzifəli rəsmilərinin toplantısı işə başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iclas Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyıb. İclasda perspektiv fəaliyyət istiqamətləri ilə bağlı aktual müzakirələr aparılıb.
Azərbaycanın səmərəli təmsilçiliyi
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra - 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını getdikcə artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilat hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir.
Respublikamız ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Azərbaycan hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Bəhs olunan islasda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü məsələsinin təşkilata üzv dövlətlərin nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Beləliklə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilib.
Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı kifayət qədər səmərəli olub. Respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan QH ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Respublikamız 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün Hərəkata üzv olan 30-dan çox ölkənin gəncləri bu proqramdan faydalanırlar. Respublikamız, həmçinin Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
QH-na nümunəvi sədrlik
Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin QH-na sədrliyi nümunəvi olub. Buna görə də QH-na üzv olan dövlətlər 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müraciət respublikamız tərəfindən qəbul olunub. Bu, dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir.
Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etmək məcburiyyətində qaldı. Məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi.
Azərbaycanın QH-nin sədri kimi ən uğurlu fəaliyyət istiqamətlərindən biri isə Hərəkatla digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlıdır. Tolerantlıq məkanı olan Azərbaycan sədrliyi dövründə QH ilə digər beynəlxalq təsisatlar arasında körpülərin yaradılmasına müvəffəq olub. Qeyd edək ki, məhz respublikamızın təşəbbüsü ilə tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı, eləcə də 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Ölkəmizə davamlı dəstək
Ötən dövrdə Qoşulmama Hərəkatı da Azərbaycana davamlı dəstək nümayiş etdirib.
O cümlədən ölkəmizin keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Xatırladaq ki, Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 2012-ci ildə Tehranda keçirilmiş 16-cı Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənədə keçmiş münaqişə ilə bağlı bənd də daxil edilib. Sənəddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstək ifadə ediblər. 2016-cü ildə Marqaritada (Venesuela) keçirilmiş Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 17-ci Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənəddə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini bildiriblər. Bundan başqa, 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransının yekun sənədində də oxşarməzmunlu müddəalar yer alıb. 25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammitində də dövlət və hökumət başçıları bir daha münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıblar. Qoşulmama Hərəkatı 18 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində iki ölkə arasındakı dövlət sərhədində törətdiyi hərbi təxribata dair Kommünike qəbul edib və Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləyib.
Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib. Baş vermiş konkret bir hadisəni xatırlayaq. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürmək məcburiyyətində qalıblar. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

