"Abşeron" yatağının kəşfi dünya qaz bazarının coğrafiyasını dəyişir
23.09.2011 [10:24]
Azərbaycanın yeni nəhəng qaz blokunun - “Abşeron” yatağının kəşf olunması neçə gündür ki, dünyada böyük iqtisadi hadisə kimi əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın ən nəhəng neft-qaz kompaniyaları, enerji istehlakçıları hazırda Azərbaycanda yeni mərhələyə qədəm qoyan qaz bumunun iqtisadi-siyasi təfərrüatlarını araşdırır, ölkəmizlə əməkdaşlığın yeni komponentləri üzrə tərəfdaşlığa can atırlar. ötən illər ərzində neft amili ilə dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasətində qaz faktorunun ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarmış olur.
Qeyd edək ki, Avropa regionu ölkələri dünyada qaza olan tələbatın artdığı bir dövrdə yeni zəngin qaz yatağının kəşfini sevinclə qarşılayırlar. Xüsusilə də, Mərkəzi-Şərqi Avropa ölkələri bu amilin özlərinin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəyinə əminlik ifadə edir. Avropa ölkələri artıq tam əminliklə 10-15 ildən sonra öz qaz ehtiyaclarının Azərbaycanın nəhəng qaz yataqları - “Şahdəniz”, “ümid”, “Abşeron” və “Alov” blokları hesabına təmin olunacağına arxayındırlar.
Məlum olduğu kimi, hazırda Avropa ölkələrinin yanacaq təminatında 4 əsas mənbə var. Bunlar Rusiya regionu, Şimal dənizi, Yaxın Şərq-Afrika zonası və Xəzər bölgəsidir. Bir neçə ildən sonra, təxminən 2020-2025-ci illərdə Şimal dənizinin qaz ehtiyatları kəskin şəkildə aşağı düşəcək. Yaxın Şərq-Afrika regionu isə Avropa üçün həmişə qeyri-sabit bir bölgə olaraq qiymətləndirilib və buranın perspektivdə güclü sabitlik şəraitində əsas qaz mərkəzi olacağına yenə də əminlik yoxdur. Rusiyanın isə qaz bazarında spekulyativ oyunları, yanacaq amilindən məharətlə istifadə edərək Avropaya siyasi təzyiqləri davam etdirməsi Aİ tərəfindən məqbul sayıla bilməz və Avropa ölkələri yaxın perspektivdə rus qazından asılılığa son qoymağa çalışır. Beləliklə, yaxın onillik üçün Avropanın əsas gözləntiləri ən sabit və təhlükəsizlik sistemi olan Xəzər regionu sayıla bilər. Aİ məhz bu uzaqgörən siyasətə uyğun hərəkət etməklə, indidən öz təhlükəsiz nəql marşrutu sisteminə və qaz ehtiyatlarına əsaslı şəkildə təminat yaratmaq istəyir.
Beləliklə, görünən odur ki, Gələcəyin sabit qaz bölgəsi Azərbaycan olacaq və ölkəmizin yeni qaz bloklarının kəşfi də Azərbaycandan daha çox Avropanı sevindirir. Bu mənada “Abşeron” yatağının kəşfindən sonra Amerikadan tutmuş Avropa və uzaq Asiyaya kimi yanacaq alıcısı olan ölkələrin Azərbaycana ardı-arası kəsilməyən təkliflərini normal qarşılamaq olar. çox güman ki, yaxın aylar ərzində Asiya, Afrika və Amerika qitəsi ölkələri də Azərbaycan qazı əldə etmək üçün səyləri artıracaq və Dövlət Neft Şirkəti ilə danışıqlara başlanacaq. Bunu ötən dövrün iqtisadi prosesləri zəminində müşayiət etməklə söyləmək olar. Məsələn, ötən ilin sonlarında “ümid” yatağının kəşfindən sonra Azərbaycana 10-a yaxın dövlətin nüfuzlu iqtisadiyyat və energetika üzrə vəzifəli şəxsləri səfər edərək qaz nəqli ilə bağlı təkliflərini irəli sürüblər. Hətta bir neçə ölkə artıq yeni qaz bumunda pay əldə etmək üçün ilkin razılıq da alıb. İndiyədək daha çox “Şahdəniz”in ehtiyatlarına güvənən xarici ölkələr yanacığın yeni mənbələrinin üzə çıxmasından sonra qəti şəkildə bir qərara gəliblər ki, artıq ən real qaz mənbəyi Azərbaycandır. Xüsusilə də “Abşeron” qaz bloku ehtiyatlarının həcminə və kəşfiyyat sahəsinə görə, böyük bir yataq olması dünya enerji tədqiqatı institutlarında belə bir qənaəti möhkəmləndirib ki, bu, hələ son deyil, Azərbaycanda yenə də yeni qaz yataqları kəşf olunacaq və bu bölgə yanacağın tükənməyən zəngin nöqtəsinə çevriləcək.
Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlar hər il dəyişir. İndiyədək respublikamızın qaz ehtiyatları 3-4 trilyon kubmetr təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetrə bərabər olacaq. Azərbaycan yeganə ölkələrdəndir ki, son bir ildə proqnoz göstəricilərini 2 dəfə artıra bilib. Xəzər bölgəsində heç bir ölkə 2010-cu ilin sonlarından bu yana 2 dəfə nəhəng qaz yatağını kəşf etməklə güclü proqnoz dəyişiklikləri əldə etməyib. ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatlarının həcmini bu rəqəmlə də yekunlaşdırmaq düzgün deyil və heç şübhəsiz, bir neçə ildən sonra daha yüz milyon kubmetrlərlə zəngin qaz yataqları kəşf olunacaq ki, bu, proqnozların yenə də dəyişməsinə gətirib çıxaracaq.
Azərbaycan bir neçə ildən sonra qaz ixrac edən ölkələrin onluğuna daxil olacaq. Yeni qaz bumunun başlanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradır. Daha doğrusu, yeni dövrün tələbləri kimi digər qaz kəmərlərinin çəkilməsi labüd olacaq. ölkəmiz, həmçinin, sıxılmış qaz yatağının ixracı ilə bağlı yeni marşrutları gerçəkləşdirmək imkanlarına malik olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin qaz strategiyası möhkəmlənir və respublikamız qaz ölkəsi kimi, dünyaya öz sözünü deməkdədir: “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir...Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

