23 aprel: Müstəqilliyə bərabər tarix...
01.08.2023 [10:40]
Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması
Cənubi Qafqazın təhlükəsizlik açarıdır
2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan ötən 3 ilə yaxın dövr ərzində regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm addımları ilə seçildi. Bütün sferalarda əməkdaşlığa əhəmiyyət verən Azərbaycan üçün əsas məsələ təhlükəsizliyin təmin edilməsi, irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, özünün ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarətdir. Bu irəli sürülən tezislər üzrə isə Azərbaycan bütün tədbirləri görüb və görməkdə davam edir. Sülh prosesi Azərbaycanın şərtləri əsasında formalaşır və inkişaf edir. Eyni zamanda, Azərbaycan baş verən və hətta proqnozlaşdırılan təxribatların qarşısını uğurla alır, bu kimi cəhdləri neytrallaşdırır.
Prezident İlham Əliyev hər zaman çıxışlarında Şuşanın azad edilməsinin II Qarabağ müharibəsindəki yerinə xüsusi olaraq toxunur. Hətta ötən il Zəfər günü münasibətilə Şuşada təşkil olunmuş tədbirdəki çıxışında dövlət başçısı bildirmişdi ki, “ Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı”. Şuşada Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında isə Prezident Şuşanı Qələbəmizin rəmzi adlandırmışdı.
Bəli, Şuşanın qələbəmizdəki yeri, payı və sevinci çox böyükdür. Amma unutmaq olmaz ki, postmüharibə dövrünün uğurları da saysız və miqyassızdır. Postmüharibə dövrünün saysız qələbələri sırasında isə Laçın dövlət sərhəd buraxılış məntəqəsi xüsusi yer tutur. Şuşanın azadlığı müharibə dövründə hansı böyük nəticələrə yol açdısa, postmüharibə dövründə, danışıqlar prosesində, bir sözlə, ötən 3 ilə yaxın zaman kəsiyində Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması da o qədər böyük paya malik oldu...
Beynəlxalq hüquqa əsaslanan addım...
Bu il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistan ilə Azərbaycan arasında illərdir davam edən danışıqlara yeni istiqamət verdi, yeni xarakter qazandırdı. “Laçın postu” hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistan üçün son xəbərdarlıq idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımlar atdı. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Eyni zamanda, Azərbaycan bununla Ermənistanı da hüquqa hörmət etməyə çağırdı.
Bu dövlət sərhəd buraxılış məntəqəsinin qurulması ermənilərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bəlli olduğu kimi, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını təmin edirdi. Bunun qarşısını almaq üçün Azərbaycan adekvat addımlar atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım Qarabağ separatizmini körükləyən Ermənistan üçün siqnala çevrildi.
Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd-buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir...
Laçın postu: separatçılara son xəbərdarlıq...
Bu məntəqənin qurulması Qarabağdakı separatçı qüvvələrə də son xəbərdarlıq oldu: Azərbaycan hüquq müstəvisində öz ərazilərində sabitliyi təmin etmək iqtidarındadır. Ermənistanın kimlərəsə “güvənməsi” və ya separatçıların kimlərəsə “arxayın olması” boş xəyallardır. Ötən iki il yarım ərzində Azərbaycan addım-addım sülh uğrunda səylərini genişləndirir. Laçın postunun qurulması isə sülhün ən vacib komponentlərindən sayılır, bu kimi dəyərləndirilir. Bu post olmasa uzun illərlə, bəlkə də yüz illərlə davam etmiş erməni riyakarlığı yenidən baş qaldıra bilər. Bu səbəbdəndir ki, formalaşdırılmasından cəmi 3 ay keçməsinə baxmayaraq Ermənistan var gücü ilə bu postun fəaliyyətinə mane olmağa çalışır:
- Fransanın əli ilə beynəlxalq aləmə postun “ləğv edilməsi” üçün çağırışlar edilir;
- bəzi hallarda sülhməramlılardan öz məqsədləri üçün istifadə etməyə çalışılır;
- Beynəlxalq məhkəmələrə müraciətlər olunur;
- Beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiqlər göstərməyə cəhdlər edilir.
Amma nəticədə bütün bu kimi qeyri-qanuni səylər boşunadır - beynəlxalq məhkəmələr Azərbaycanın lehinə qərarlar qəbul edir, beynəlxalq təşkilatlar heç bir ciddi reaksiya nümayiş etdirə bilmir və s. Səbəb isə ortadadır - Azərbaycan bütün addımlarında beynəlxalq hüquqa söykənib.
Hər kəs indi anlayır ki...
Beynəlxalq Qırımızı Xaç Komitəsinin dünyadakı nüfuzu hər kəsə məlumdur - buna xüsusi şərh verməyinə dəyməz. Azərbaycan Laçın dövlət sərhəd buraxılış məntəqəsini qurmaqla bu “nüfuzlu” təşkilatı belə qanunlara riayət etmək məcburiyyəti ilə üz-üzə qoydu. Bəli, Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması bizə imkan verdi ki, separatçılara qeyri-qanuni şəkildə qaçaqmal, silah-sursat, hətta öldürücü vasitələr daşınmasını ifşa edək və dünyaya əsl həqiqəti göstərək. Bu gün Laçın dövlət sərhəd buraxılış məntəqəsinin önündə şou düzəltmək istəyən Ermənistan, onun havadarı olan bəzi Avropa dövlətləri və təsisatları anlayır və görür ki, əllərindən bir şey gəlmir - Azərbaycan Laçın məntəqəsi vasitəsilə onların bütün qara və çirkin niyyətlərinin üzərindən xətt çəkib. Hər kəs sadəcə müşahidə etmək məcburiyyətində qalıb - özü də uzaqdan və durbinlə müşahidə etmək məcburiyyətində... Onlar həm də Azərbaycanın apardığı ağıllı və təmkinli siyasətin müqayisəyəgəlməz ölçüyə malik uğurlarını müşahidə edir. Hər kəs indi anlayır ki:
- Laçın postu Azərbaycanın ərazi bütövl?yünün rəsmi təsdiqidir;
- Laçın postu Qarabağdakı erməni vətəndaşlarının reinteqrasiyası üçün ən vacib amildir;
- Laçın postu separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici maxanizm - silahdır;
- Laçın postu Cənubi Qafqazın xoşbəxt və firavan, ən əsası təhlükəsiz gələcəyi üçün açardır!
Bəlkə də Laçın dövlət sərhəd buraxılış məntəqəsinin real qiyməti hələ də tam dərk edilmir. Amma zaman gələcək ki, bir faktı hər kəs qəbul edəcək - Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması ilə bağlı qərar Azərbaycanın müstəqilliyinə bərabər bir qərardır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

