Dövlətin sosial siyasətində mühüm amil - VƏTƏNDAŞ!
02.08.2023 [10:00]
Əhali və biznes üçün yeni tarif güzəştləri
Mübariz FEYİZLİ
Uğurla inkişaf edən Azərbaycanın siyasətində sosial sahənin prioritetliyi daim yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanları artdıqca buna adekvat olaraq sosial məzmunlu islahatların əhatə dairəsi daha da genişləndirilir və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanan yeni təşəbbüslər irəli sürülür. Tarif (qiymət) Şurasının 31 iyul tarixli iclasında da dövlətin sosial siyasətinə uyğun olaraq tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınmaqla iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.
Yeni tarif tənzimləməsində əsas istiqamətlər
Yeni tarif tənzimləməsi bir sıra istiqamətləri əhatə edir. Bunlar aşağıdakılardır:
* Şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqına 50% güzəşt tətbiq edilir.
* İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektləri üzrə xidmət haqqına 50% güzəşt tətbiq olunur.
* Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı hədəflərinə uyğun olaraq güzəştlər çərçivəsində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə tariflərdə 75-86% azalma tətbiq edilir.
* Kiçik və orta biznesin dəstəklənməsi məqsədilə sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tarifləri azaldılıb.
* İqtisadi fəaliyyətin canlanmasına əlavə stimul yaranır: yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2% azalır.
* Aqrar sahənin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə tariflər orta hesabla 73% azaldılıb.
* Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər 46-49% azaldılır.
* Xidmətin keyfiyyətinin və çevikliyinin artırılması üçün daşınmaz əmlakın dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı 30 manatdan 36 manatadək məbləğdə müəyyən edilib.
* Ümumilikdə, daşınmaz əmlakla bağlı tariflərin sayı 79-dan 60-a endirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.
* Dövlət qeydiyyatına alınan daha 95 dərman vasitəsinin qiyməti tənzimlənib.
* Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin edilməsi məqsədilə aidiyyəti qurumların rəyi əsasında 46 dərman vasitəsinin qiyməti təsdiq edilib.
Xidmət tariflərinin optimallaşdırılması
Son illərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara, eləcə də, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nə zəruri dəyişikliklər edilib. Öz növbəsində müvafiq qanunvericiliyə edilən dəyişikliklər yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaradıb. Yeni tarif tənzimlənməsində məqsəd daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, vətəndaşlara keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsidir.
Yeni tənzimləmələrdə xidmət tariflərinin optimallaşdırılması diqqət mərkəzində saxlanılıb. O cümlədən tariflərin sayı 79-dan 60-a endirilib, xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Tarif (qiymət) Şurasının qərarına əsasən, qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.
Tətbiq olunacaq güzəştlər
Yeni tarif tənzimləməsinə əsasən, güzəştlərin əhatə dairəsi genişləndirilir. Bunlardan bəzilərinə yuxarıda diqqət çəkdik. Digər güzəştlər isə aşağıdakılardır:
* Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmət istifadəçilərinin xərcləri orta hesabla 5,2% azalacaq. Bu isə, sahibkarlığın inkişafına, iqtisadi fəaliyyətin daha da canlanmasına əlavə stimul verəcək.
* Kənd təsərrüfatı təyinatlı torpaqların qeydiyyat tarifləri sahə 5 hektaradək olduqda 100 manat, 5 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 10 manat təşkil edir.
* Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı üçün güzəşt tətbiq olunur. Belə ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları üzrə yerləşdiyi zonadan asılı olaraq hər hektara görə xidmət haqqı 75-86% azaldılıb. Bu torpaqların sahəsi 1 hektaradək olduqda 500 manat, 1 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 100 manat xidmət haqqı hesablanır.
* Kiçik və orta biznesin dəstəklənməsi baxımından 1000 kv.m-ə qədər olan əmlakların tarifləri azaldılıb.1000 kv.m-ə qədər olan qeyri-yaşayış sahələri üzrə (bina, tikili, qurğular və onların tərkib hissələri) tariflərdə əmlakın yerindən və sahəsindən asılı olaraq 1-8% azalma tətbiq edilib.
Yaşayış fondu üzrə tariflər
Yeni tarif tənzimləməsi həmçinin yaşayış fondunu da əhatə edir. Bu istiqamət üzrə aşağıdakı mühüm bəndləri qeyd edə bilərik:
* Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək.
* Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq 0,40, 0,32 və 0,30 manat əlavə edilir.
* Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib.
* Daşınmaz əmlakın bütün qeydiyyat əməliyyatlarında dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı qeyri-yaşayış təyinatlı obyektlər üçün dəyişdirilmədən 120 manat məbləğındə saxlanılıb, yaşayış təyinatlı əmlaklar üçün 30 manatdan 36 manatadək olmaqla müəyyən edilib.
* Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə xidmət haqqı tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30 manatdan az olmamaqla hesablanır.
* Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi tarifi 120 manat olaraq təsdiq edilib. Mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq olunur.
* Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə) 10 manat xidmət haqqı tətbiq olunur.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri
Tənzimləmə əsasında torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə xidmət tarifləri də yenilənib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat, digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə tariflər 50 manat olmaqla müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib. Bunlar torpaq tədqiqatlarının aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi, texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, sxematik ünvan planlarının tərtibi və sairdir.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

