1 nömrəli missiya!
03.08.2023 [10:30]
İlham Əliyev: Biz düzgün olanı etdik! Biz öz torpağımızda vuruşduq!
Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq!
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində beynəlxalq hüququ, tarixi ədaləti təmin etdi. Son 200 illik tariximizin ən böyük uğuru olan bu Qələbə hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bu böyük Zəfərin əsas memarı isə Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevdir. Müharibə günlərində Azərbaycan xalqı, bütün cəmiyyətimiz Onun ətrafında sıx birləşərək sarsılmaz həmrəylik nümayiş etdirdi və biz qalib gəldik. Prezident
İlham Əliyev avqustun 1-də “Euronews”da yayımlanan müsahibəsində həyatının və siyasi fəaliyyətinin əsas missiyasına diqqət çəkərək vurğulayıb: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı”.
Böyük Zəfərə aparan yol
Azərbaycan öz ərazilərinin 20 faizinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində erməni işğalçıları tərəfindən zəbt olunması faktı ilə heç vaxt barışmayıb. Buna görə də xoş mərama əsaslanaraq sülh danışıqlarında konstruktivlik nümayiş etdirən respublikamız torpaqlarını işğaldan azad etməyə qadir olan ordu formalaşdırılmasını daim diqqət mərkəzində saxlayırdı. Qısa müddət ərzində Azərbaycan özünün iqtisadi və maliyyə potensialına əsaslanmaqla dünyanın ən güclü 50 ordusu sırasında yer alan Silahlı Qüvvələr formalaşdırmağa nail oldu. Bu Ordu düşmənə sarsıdıcı zərbələr vurmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır və qadir idi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda qətiyyətlə bildirirdi ki, Ermənistan havadarlarının köməyi ilə öz nəzarətinə götürdüyü torpaqlarımızdan sülh yolu ilə çıxmasa, biz ərazi bütövlüyümüzü digər vasitələrlə təmin edəcəyik.
Ermənistan rəhbərliyi Azərbaycanın sülh çağırışlarına və verdiyi mesajlara məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmirdi. Bu ölkədən yeni ərazilərin ilhaq edilməsi ilə bağlı iddialar eşidilirdi. Düşmən cəzalandırılmalı idi və bunu Azərbaycan Ordusu bir neçə mərhələdə etdi. Ermənilərin yaratdıqları “yenilməz ordu” mifinə ilk sarsıdıcı zərbə 2016-cı il 1-4 aprel tarixində baş verən döyüşlərdə vuruldu. 4 günlük Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri stiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və bir neçə hərbi hissəsii məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.
Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada Cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxartmadı. Öz havadarlarına arxalanan düşmən 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu.
Asan əldə olunmayan Qələbə
Bəhs olunan müsahibədə Prezident İlham Əliyev diqqəti 44 günlük müharibədə böyük Qələbənin heç də asanlıqla əldə olunmadığına yönəldib. Dövlətimizin başçısının bildirdiyi kimi, müharibə başlayanda mövcud olan siyasi amillər respublikamız üçün məqbul sayıla bilməzdi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupu təxminən 30 il ərzində işğal məhsulu olan status kvonu qoruyub saxlamaqla məşğul oldu. Qurum öz missiyasını işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqla bitmiş sanırdı. Güclü erməni diasporunun girovluğunda qalan Fransa və bir sıra başqa dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycan ətrafında sözün əsl mənasında informasiya cəbhəsi açmışdılar. Vətən müharibəsi günlərində də ölkəmizə təyziqlər edilir, döyüşlərin dayandırılması istənilirdi. Prezident İlham Əliyev bu informasiya cəbhəsini özünəxas diplomatik məharətlə yardı. Onun transmilli media qurumlarına verdiyi müsahibələr dünyada erməni təbliğatının iflasa uğramasında mühüm rol oynadı. Dövlətimizin başçısı qətiyyətli siyasi iradə göstərərək Ona edilən təzyiqlərə belə cavab verirdi: Ermənistan torpaqlarımızdan çıxmaqla bağlı cədvəl təqdim etsin və biz müharibəni dayandıraq. Belə də oldu. Müqavimət gücünü tamam itirən Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalayaraq üzərinə Ağdam, Kəlbəcər və Laçını ölkəmizə döyüşsüz təslim edəcəyinə dair öhdəliklər götürdü və beləliklə də, müharibə sona çatdı.
Müharibədə ordumuz üçün digər bir çətinlik coğrafi mövqelərlə bağlı idi. Ətrafdakı bütün yüksəkliklər ermənilərin əlində idi ki, bu da onlar üçün böyük üstünlüklər yaradırdı. Digər tərəfdən, mənfur düşmən 30 il ərzində burada güclü istehkamlar, bir neçə xəttdən ibarət müdafiə sədləri qurmuşdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Düşmən elə zənn edirdi ki, bu istehkamlar, müdafiə xətləri keçilməzdir. Lakin Azərbaycan Ordusu mümkünsüz görünəni reallığa çevirməyi bacardı. Prezident İlham Əliyev müsahibəsində Şuşa Zəfərimizdən fəxrlə danışıb. Həqiqətən də, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı sayılan Şuşanı işğalçılardan azad ediblər. “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan ədalətli müharibə apardı, öz torpaqlarında vuruşdu
Tarix boyu müharibələrin “ədalətli” və “ədalətsiz” növləri fərqləndirilib. 44 günlük müharibə də Azərbaycan üçün ədalətli müharibə səciyyəsi daşıyırdı. Çünki biz özgə torpaqlarında vuruşmurduq. Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiaları olmayıb və yoxdur. Keçmiş Dağlıq Qarabağ münaqişəsi məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmışdı. Bu ölkə havadarlarının dəstəyi ilə ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirərək burada etnik təmizləmə aparmış və 1 milyondan çox soydaşımızı doğma yurd yerlərindən qovmuşdu.
Ermənilərin hərbi cinayətləri 44 günlük müharibə günlərində daha geniş miqyas aldı. Döyüş meydanında sarsıdıcı məğlubiyyət acısı yaşayan düşmən bunun heyfini cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan atəşə tutmaqla, mülki infrastruktura ziyan vurmaqla, dinc insanları hədəf seçməklə, mina terroruna əl atmaqla çıxmağa çalışırdı. Azərbaycanın münaqişə bölgəsindən xeyli uzaqda yerləşən ikinci böyük şəhəri Gəncə bir neçə dəfə amansız artilleriya atəşinə məruz qalıb. Həmçinin Bərdə, Beyləqan, Mingəçevir və digər yaşayış məntəqələri də düşmənin hədəfinə çevrilib. Bütövlükdə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi birləşmələrinin şəhər və kəndlərimizi hədəf alması nəticəsində aralarında uşaqlar və qadınlar da olmaqla 100-dən çox mülki şəxs həyatını itirib, yüzlərlə vətəndaşımız bu və ya digər dərəcədə xəsarət alıb. Bütün bunlar göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur.
Öz siyasətində humanizm prinsipinə əsaslanan Azərbaycan isə müharibə günlərində mülki infrastruktura, dinc əhaliyə atəş açmadı, düşməndən qisasını yalnız döyüş meydanlarında aldı. Ermənistanın heç bir motivasiyası olmayan hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi və cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi.
İkinci Qarabağ müharibəsində düşmən tərəfdə 11 min əsgər və zabit fərarilik edib. Qorxuya düşən erməni əsgər və zabitləri həyatlarını xilas etmək naminə döyüş mövqelərini və silahlarını qoyub qaçırdılar. Onlar Azərbaycan torpaqlarında müharibəyə cəlb olunmalarının mənasını anlamırdılar. Bu kimi acınacaqlı faktlar məğlub ölkənin özündə də etiraf olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürur hissi ilə bildirdiyi kimi, Azərbaycan Ordusunda isə bir dənə də olsun fərarilik faktına rast gəlinməyib. Qəlblərində böyük Vətən sevgisi daşıyan əsgər və zabitlərimiz daim irəliləyiblər, hər gün yeni zəfərlərə imza atıblar. “Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

