Regionda yeni inkişaf mərhələsi başlayır
05.08.2023 [10:20]
Ağ Evin sülh təşəbbüsü davam edir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu həm danışıqlar prosesinə olan maraq, həm də son baş verənlərə reaksiyalar təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması prosesi iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə inkişaf etdirilsə də, sülh gündəliyi ABŞ-ın diqqətindən yayınmır. Bunu rəsmi Vaşinqtonun davranışları da ortaya qoyur. Əslində son baş verənlərə münasibət hər şeyi özündə əks etdirir. Laçın dövlət sərhəd buraxılış məntəqəsində baş verənlər, ermənilərin davamlı təxribat cəhdləri, məntəqə ilə bağlı aparılan siyasi manipulyasiyalar Ermənistanın stabilliyin bərqərar olmasına mane olduğunun göstəricisi sayıla bilər. Paralel olaraq Azərbaycana münasibətdə nümayiş etdirilən dəstək, irəli sürülən təşəbbüsün təqdir olunması mühüm əhəmiyyət daşıyır. Məsələn, Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təşəbbüsü bir neçə gün öncə ABŞ-ın dövlət katibi Antoni Blinken tərəfindən də təqdir edilmişdi. Bu, bir daha onu göstərir ki, ölkəmizin regionda stabilliyin formalaşmasına, sülhün bərqərar olmasına verdiyi dəstək dəyərləndirilir.
Azərbaycan nəticələrin əldə ediləcəyinə ümidvardır
ABŞ artıq bir müddətdir ik, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasında maraqlı və israrlı olduğunu ortaya qoyur. Son 3-4 ay ərzində Vaşinqtonun təşəbbüsü ilə tərəflər arasında baş tutan təmaslar, Ağ Ev rəhbərliyinin məsələnin həlli ilə bağlı açıqlamaları bunu bir daha sübut edir. Ölkəmizin yaratdığı ədalət mənzərəsi növbəti dəfə ABŞ tərəfindən təqdir olunur. Azərbaycan da öz növbəsində Vaşinqtonun sülhün bərpası, münasibətlərin normallaşması istiqamətində uğurlu cəhdlərini yüksək qiymətləndirir. Avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Xarici işlər naziri Ceyhun Bayramov da Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib və görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi, danışıqların perspektivləri və bölgədə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.
Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.
Ermənistan qeyri-konstruktiv mövqedən əl çəksə...
İki ilə yaxındır davam Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması birmənalı şəkildə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda davamlı sülhün əldə olunmasına maneədir. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bunu digər vasitəçilər kimi ABŞ da görür. Məsələn, Vaşinqton artıq aylardır ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqla bağlı təkliflər irəli sürür - bu təqdirolunası bir haldır. Amma Ermənistan tərəfi müəyyən zamanlarda birbaşa dialoqun pozulmasına xidmət edəcək addımları ilə seçilir. Bunun əsl səbəbi isə yenə də Ermənistanın müstəqil qərar vermək iqtidarında olmamasından qaynaqlanır.
Ağ Ev Azərbaycanın beynəlxalq hüquqa söykənən təşəbbüsünü dəstəkləyir
ABŞ həm də son məsələlərə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyib. Belə ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən nə üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. Sadəcə, Ermənistan yenidən qeyri-rasional düşüncə ilə prosesə mane olmağa, bölgədə davamlı sülhün formalaşmasını ləngitməyə çalışır. Rəsmi İrəvan yaratmağa çalışdığı şou ilə “diqqəti özünə cəlb etmək” niyyətindədir.
Halbuki Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənir - beləliklə, İrəvanın yalnız bir yoldan istifadə etməkdə israrı, Azərbaycanın təşəbbüsünə qarşı çıxış etməsi, Ağdam yolundan imtinası anlaşılan deyil. Antoni Blinkenin telefon danışığı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi ilə yanaşı, digər alternativ yollar (Ağdam-Xankəndi yolu) vasitəsilə keçidin önəminə toxunması, bunu təqdir etməsi isə Vaşinqtonun məsələdəki mövqeyini açıq şəkildə ortaya qoyur. Ağ Ev Azərbaycanın ədalətli, beynəlxalq hüquqa söykənən və regionda sülhün formalaşmasına təkan verən addımlarını, təşəbbüsünü dəstəkləyir.
ABŞ Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir
Beləliklə, ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək - o cümlədən dünyanın yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına yeni nəfəs gətirəcək. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - Ermənistan isə yaxın zamanda sülhü imzalamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş olacaq.
Azərbaycanla münasibətlərin normallaşması isə Ermənistanın inkişafı üçün yeni bir mərhələ deməkdir. Vurğuladığımız kimi, Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənsitan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

