/ / Dövlət başçısı İlham Əliyev Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub
Dövlət başçısı İlham Əliyev Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olub
05.10.2011 [10:40]
Dövlətimizin başçısına məlumat verilib ki, bu ərazidə Ziya Bünyadov prospektindən Böyük Şor dairəsi istiqaməti üzrə beş yol qovşağı və ötürücüsü tikilir. Prospektin 9 min 150 metr uzunluğunda avtomobil yolları və qovşaqlarının yenidən qurulması da nəzərdə tutulur. Yol qovşaqlarından biri Alı Mustafayev, Əbdülvahab Salamzadə, Hüseynbala Əliyev küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində - Xutor dairəsində inşa olunur. Yol qovşağında uzunluğu 620, 260, 522 metr, eni isə 22 və 10 metr olan üç tunel tikiləcək. Bundan başqa, sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün uzunluğu 170 metr olan üç piyada keçidi də inşa olunacaq. Tikinti işlərinə bu ilin əvvəlində başlanıb.
Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində tikilən yol qovşağının sxemi ilə tanış olub. Məlumat verilib ki, bu yol ötürücüsünün uzunluğu 328, eni isə 28 metrdir. Tikintisinə bu ilin əvvəlində başlanılan layihənin sifarişçisi Nəqliyyat Nazirliyidir.
Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində dəmir yolu xətti üzərindən keçən yol ötürücüsünün texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, yenidən qurulacaq yolun uzunluğu 452, eni 27 metrdir. Hazırda işlərin 70 faizdən çoxunun başa çatdırıldığı yol ötürücüsündə altı hərəkət zolağı olacaq.
Dövlətimizin başçısı Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində inşa edilən yol qovşağının sxeminə də baxıb. Tikintisinə bu ilin mayında başlanılan tunelin ümumi uzunluğu 610, eni 26,5, hündürlüyü isə 5,5 metrdir. Tuneldə altı hərəkət zolağı olacaq.
Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən tunelin sxemi ilə tanış olub. Altı hərəkət zolağının olacağı tunelin ümumi uzunluğu 800, eni 26 metrdir. Yol qovşağının tikintisi ilə yanaşı, Müzəffər Nərimanov küçəsi də yenidən qurulacaq.
Dövlətimizin başçısına məlumat verilib ki, Ziya Bünyadov prospektində tikilən 5 yol qovşağında işlərin 2012-ci ilin sonunda başa çatdırılacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev yol qovşaqları və avtomobil yollarının tikintisinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

