Uğurlu əməkdaşlığın daha bir ünvanı - KAAN
15.08.2023 [10:51]
Türkiyə-Azərbaycan birliyi regionun yeni təhlükəsizlik qarantıdır
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq dərinləşməkdədir. Belə ki, Türkiyə yerli istehsal “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə edib. Bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlayıb. Gülər əlavə edib ki, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən Pakistanla razılıq əldə edəcək: “F-15-ləri verməməklə bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Əslində, bizə yaxşılıq etdilər”.
Son dövrlərdə intensivləşən hərbi əməkdaşlıq...
Aralarındakı qardaşlıq və dostluq münasibətldərini “Şuşa bəyannaməsi”ni imzalamaqla strateji müttəfiqlik səviyyəsinə çatdıran Azərbaycan və Türkiyə göründüyü kimi, qarşıdakı dövrdə də hərbi tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Ümumiyyətlə, son dövrlərdə hərbi əməkdaşlıqla bağlı mühüm addımlara tez-tez rast gəlinir - məsələn, ötən ayın əvvəlində Türkiyə və Azərbaycan hava məkanlarının vahid sistem ilə mühafizəsini təmin etmək qərarına gəldiklərini bəyan etmişdi. Strateji müttəfiqlər ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırmaq qərarı veriblər. Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
İyulun sonunda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilmişdi.
“IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və digər rəsmilər iştirak etmişdilər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.
Sülhün və təhlükəsizliyin təmini üçün...
Son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə-Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Xüsusi vurğulamaq lazımdır ki, bu kimi birgə layihələrin siyasi və hərbi əhəmiyyəti olduqca böyükdür. Məsələ ilə bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgədə hər iki dövlətə hərbi-strateji üstünlüklər qazandıracağını proqnozlaşdırır. Bu kimi addımlar iki dövlətlə yanaşı, digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsi - geosiyasi vəziyyəti dəyişən sənəd...
44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti formalaşdırıb. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi - Şuşa Bəyannaməsinin imzalanması oldu. Xüsusi qeyd edilməlidir ki, bu gün hava məkanının birgə müdafiəsi ilə bağlı sistemin formalaşdırılması, Su-25-in modernləşdirmə layihəsi müqaviləsinin imzalanması da məhz Şuşa Bəyannaməsinə əsaslanır. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, 2021-ci ilin və son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin icrası regionun geostrateji arxitekturasının yenidən dizayn olunmasına yol açır.
Bəyannamə hərbi əməkdaşlığın əsas təməlidir...Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Yeni layihələr, yeni əməkdaşlıqlar...
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bir müddət öncə İstanbulda baş tutan “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşmüşdü. Aparılan işgüzar danışıqlar, eyni zamanda, yeni layihələrin icrası ideyaları uğurlu əməkdaşlığa çevrilir. Məsələn, “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə edilməsi faktı buna bariz sübutdur. Türkiyənin hərbi müdafiə sənayesinin inkişafı regionda təhlükəsizlik çevrəsi yaratmaqla yanaşı, Azərbaycanın hərbi gücünün artmasında da əsaslı rol oynayır.
Qlobal təhlükəsizliyə töhfə...
Son dövrlərdə regionda yeni təhlükəsizlik konfiqurasiyası formalaşıb. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Nəzərə alınmalıdır ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər. İsrail-Türkiyə-Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda siyasi, hətta hərbi mənzərəyə də mühüm çalarlar əlavə edir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiya formalaşdırıb. Müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22

