5+1 - iki regionun dövlətləri arasında...
16.09.2023 [10:00]
Genişlənən iqtisadi əməkdaşlıq
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər hazırkı dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Müstəqillik illərində respublikamızla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə əlverişli zəmin yaranıb. Əlamətdar haldır ki, yaxınlaşmağa, sıx təmaslar qurmağa həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində böyük istək var. Prezident İlham Əliyevin sentyabrın 14-də Düşənbədə baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündəki çıxışında bildirdiyi kimi, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Çıxışında Mərkəzi Asiya və Azərbaycanı artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi səciyyələndirən dövlətimizin başçısı möhkəm təməl üzərində qurulan, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələrinə əsaslanan qarşılıqlı əməkdaşlıq münasibətlərinin bir sıra mühüm istiqamətlərinə diqqət çəkib.
Qarşılıqlı ticarətin və sərmayələrin artımı
Azərbaycan və Mərkəzi Asiya dövlətləri zəngin resurslara və güclü iqtisadi potensiala malik olan ölkələrdirlər. Artıq 5+1 formatında birləşən bu ölkələrin iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb. O cümlədən ÜDM-in həcmi Qazaxıstanda 604,551 milyard dollar, Özbəkistanda 420,0 milyard dollar, Azərbaycanda 189,9 milyard dollar, Türkmənistanda 117,77 milyard dollar, Qırğızıstanda 43,318 milyard dollar və Tacikistanda 37,235 milyard dollardır. Bu rəqəmlər ölkələrimizin iqtisadi potensialını ifadə edir.
Azərbaycan müstəqillik illərində Mərkəzi Asiyanın bütün dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirməyə nail olub. Biz dinamikanın getdikcə artmasını müşahidə edirik. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, hər iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Belə ki, keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Eyni zamanda, birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. “Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bakı-Tbilisi-Qars müasirləşdirilir
Region ölkələrinin nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları xüsusilə genişdir. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz Mərkəzi Asiyada yerləşən ölkələrdən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropayadək uzanır. Perspektivdə Orta Dəhlizin Zəngəzur qolu da yaradılacaq. Bu şaxələndirmə dəhlizin cəlbediciliyini daha da artıracaq.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaran Azərbaycan gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı hazırkı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Ümumiyyətlə, Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı planları kifayət qədər genişdir. Bu sırada, həmçinin Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirlməsi layihələri də yer alır. “Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Rəqəmsal İpək Yolu
Gələcəkdə Azərbaycan və Orta Asiya dövlətlərini birləşdirən Orta Dəhlizlə daşımaların artması perspektivi kifayət qədər böyükdür. Artacaq yük həcmlərini qarşlamaq və nəqliyyat marşrutlarının funksionallığını daha yüksək səviyyədə təmin etmək üçün ölkələr arasında uzlaşdırılmış fəaliyyət qurulmalıdır. Bu gün yeni çağırışlar yaranıb. O cümlədən daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Qeyd olunduğu kimi, tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir”.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

