Cənubi Qafqazın yeni dövrü...
23.09.2023 [10:00]
Azərbaycan regionun iqtisadi-siyasi xəttini nizama salır
Azərbaycan dövlətinin yürütdüyü uğurlu, əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən siyasi kursu nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına təkan verir. Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi və onun nəticələri - Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, imzalanan üçtərəfli Bəyanatda regional kommunikasiyaların açılmasının nəzərdə tutulması mühüm inkişaf tempi vəd edirdi. Təəssüfləndirici hal idi ki, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ümumi inkişafın daha da şaxələndirilməsinə, bir sözlə, Cənubi Qafqazın əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevrilməsinə mane olurdu. Ermənistanın terrorizmə və separatizmə verdiyi dəstək, suveren Azərbaycan torpaqlarından silahlı birliklərini çıxarmaması, ard-arda təxribatlar törətməsi isə son lokal antiterror tədbirlərinə yol açdı. Nəticədə, isə terrorçu silahlı qruplar təslim oldular, Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi.
Yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı
Sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşməsi isə birmənalı şəkildə yeni reallıqlardan xəbər verməkdədir. Qeyd edildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xahişlərini dilə gətiriblər.
Bu mərhələ Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi qeyd edilə bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevriləcək. Bu faktdır ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Qarabağda qanun-qaydanın yaradılması, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regiona olan iqtisadi marağı günü-gündən artıracaq.
Multikultural dəyərlərin təmərküzləşməsi...
Bəli, son 20 ildə Azərbaycan bütün ölkələrlə, xüsusilə qonşu dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib - ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradə nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri kimi isə milli maraqlar, ümumi iqtisadi mənafe çıxış edib.
Eyni zamanda, Azərbaycan hər zaman tolerant mühiti, multikultural dəyərlərə verdiyi yüksək qiyməti ilə seçilib. Azərbaycan tarixən dözümlülük, tolerantlıq indeksinə görə fərqlənib - tarixin bütün inkişaf mərhələlərində iqtisadi-siyasi mərkəz, strateji region funksiyasını daşıyan yurdumuzda multikultural dəyərlər bəşəri mahiyyət daşımaqla yanaşı, sadə həyat tərzi kimi qəbul edilib. Azərbaycan özünün çoxmillətli cəhəti ilə göz oxşayıb - millətlərarası münasibətlərin inkişafı dövr və zaman kimi predmetlərdən asılı olmayıb. Başqa sözlə, tarixin bütün dönəmlərində ölkəmizin özünəməxsus tolerantlıq mühiti dünya üçün spesifik örnəyə çevrilib. Bu mənada yeni mərhələdə Qarabağın erməni sakinlərinin də reinteqrasiyası sabitlliyin daha da möhkəmlənməsinə, iqtisadi inkişafın əsas komponentlərindən sayılan dinc ortamın formalaşmasına yol açacaq.
Vahid müzakirə platforması imkanları...
Qlobal cəmiyyətlərin qurulduğu, mühüm inkişaf dövrünü özündə əks etdirən XXI əsr multikultural dəyərlərin aşınması kimi qorxulu tendensiyalarla müşayiət olunsa da, ikinci onilliyin başında Azərbaycan Cənubi Qafqazda tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışır. Bu gün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilkin mərhələdə Azərbaycan-Gürcüstan-Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasına zəmin formalaşdırır. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir. Bu baxımdan, Cənubi Qafqazın hər üç ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdırlar.
Əlaqələrin daha da inkişaf etdirilməsi
Vətən müharibəsindən sonra aktuallaşan bir sıra əməkdaşlıq formatları - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi şəkilləndirmə ilə xarakterizə olunan platformalar bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilə çevrilmək imkanına malikdir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə isə regionun gələcəyinin yeni inkişaf strategiyası sayıla bilər. Təbii ki, Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidirlər - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Gürcüstan Azərbaycan üçün, bütövlükdə Cənubi Qafqaz üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm laiyhələr icra edilir. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir.
Ermənistan dövlət olaraq müstəqil subyekt kimi xarakterizə olunmaq istəyirsə...
Son 3 illik tarixə nəzər salsaq və sülhün, təhlükəsizliyin inkişafı prosesindəki “iştirakını” nəzərə alsaq, Ermənistanın yeni mərhələdə davranışlarını proqnozlaşdırmaq çətindir. İllərdir ki, Azərbaycanın regionda yaratmağa çalışdığı əməkdaşlıq mühiti ortadadır - son proseslər isə regionu qlobal iqtisadi layihələrin fəal iştirakçısına çevrilmə potensialını özündə əks etdirir. Bunun üçün mühüm əsaslar mövcuddur: məsələn, Cənubi Qafqaz üçün ən mühüm prioritet olan sabitlik və təhlükəsizlik indeksinin yaradılması kimi. Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkərək sülh müqaviləsini imzalamaqla həm də bu böyük inkişaf tendensiyasının həlqəsinə çevrilə bilər. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. bunu üçün isə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsiz inkişafı konsepsiyasına xələl vurulmamalı və normal qonşuluq münasibətləri sərgilənməlidir.
İqtisadi - siyasi tərəfdaşlıq maraqları Cənubi Qafqazda cəmlənir
Beləliklə, yeni reallıqlar yeni dövrün çağırışlarını əsaslandırır. Azərbaycan yaratdığı siyasi mənzərə ilə yenidən sivilizasiyaların əməkdaşlıq platforması çağırışı səsləndirir. Ölkəmiz bir daha ortaya qoyur ki:
- Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır;
- Qlobal iqtisadi nizamda Cənubi Qafqazın fəal iştirakının təmini uğrunda mübarizə aparır;
- Yüksək səviyyəli əməkdaşlıqların formalaşmasında maraqlıdır.
Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir - “Cənubi Qafqaz evi” platforması mərhələli şəkildə reallığa doğru addımlayır. Bu, Azərbaycanın öz qonşuları üçün də yaratdığı böyük imkandır.
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45

