Prezident İlham Əliyev: “Miatsum” kitabı bağlandı”!!!
29.09.2023 [10:00]
Azərbaycanın Ali Baş Komandanı milli müqavimət hərəkatının lideri kimi savaşdı. 200 illik zorun, müdaxilənin və separatizmin sonunu gətirdi
Gözlənilən xəbər gəldi. Sentyabrın 28-də Azərbaycan ərazisində mövcud olan qondarma “Artsax” Respublikası”nın “prezidenti” Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “sənəd” imzalayıb. Bununla bağlı məlumatlar Ermənistan mətbuatında yayılıb. Bildirilir ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib. Bildirilir ki, “Artsax” xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, “Dağlıq Qarabağ” sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Əsas Qanununun müvafiq maddəsi rəhbər tutulmaqla təmin edilir. Aşağıdakılar qərara alınıb:
1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün “dövlət” qurumları və təşkilatları ləğv edilsin və “Dağlıq Qarabağ” (“Artsax”) Respublikası öz fəaliyyətini dayandırsın.
2. “Dağlıq Qarabağ”ın əhalisi, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Tarixi olmayan tarixi saxtakarlıq
Azərbaycan ərazisində heç bir əsası və tarixi bağlılığı olmadan yaradılan “DQR” ermənilərin və onların xaricdəki havadarlarının tarixi saxtakarlıqlarından başqa bir şey deyil. Öz arxasınca böyük humanitar fəlakət gətirən, onilliklər boyunca Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdidlər yaradan, minlərlə insanın həyatını qıran, normal qonşuluq münasibətlərini pozan “Artsax” saxtakarlığının uzantıları onilliklər bundan qabağa gedib çıxır. Sonradan məlum oldu ki, Azərbaycanın çörək verdiyi, hər cür geniş imkanlar yaratdığı ermənilər hələ keçmiş sovet dönəmində gizli şəkildə təşkilatlanıblar. Onlar müxtəlif cəmiyyətlərdə birləşərək bədnam “miatsum” - Qarabağın Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsinə nail olmaqdan ötrü fondlar yaratmışdılar. Hər bir erməni bu fondlara vəsait köçürməyi özünün mənəvi borcu sayırdı.
Ermənilər “miatsum” ideyalarını əsaslandırmaq üçün keçmiş Dağlıq Qarabağın Ermənistanla daha sıx inteqrasiyada olduğunu bildirirdilər. Halbuki belə iddialar cəfəngiyat idi. Buradakı müəssisələrin xammal və enerji təchizatı bilavasitə Azərbaycana bağlı idi. Xankəndidə və digər ərazilərdə sırf respublikamızın ümumi iqtisadiyyatına bağlı olan sahələr təşəkkül tapmışdı. Ənənəvi təchizat-satış əlaqələrinin pozulması həmin sahələrin tənəzzülü demək idi və bu sonrakı məlum mərhələdə baş verdi.
Nəqliyyat bağlantılarına gəldikdə də ermənilərin iddiaları utopiyadan uzağa getmirdi. Bəs Qarabağa yüklər daha sürətli və səmərəli şəkildə hansı yolla çatdırıla bilər? Sualın cavabı olaraq bildirək ki, vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil yolu və dəmir yolu Xankəndi, Şuşa, Laçın sakinlərinin bütün ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndiyə, Şuşaya, Laçına gedən ən qısa yol məhz Ağdamdan keçirdi. Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət daha əlverişli idi.
Qeyd edək ki, ötən əsrin səksəninci illərində Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli R-28 Yevlax-Xocalı-Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam-Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmiş və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib...
Heydər Əliyev istefa verdi, ermənilər gizli fəaliyyətdən açıq separatizmə keçdilər
Ermənilər “miatsum” məsələsini hələ keçmiş sovet dönəmində dəfələrlə ittifaq rəhbərliyinin masasına daşımağa cəhdlər göstərmişlər. Ancaq bütün SSRİ-də böyük nüfuza malik Heydər Əliyev amili hər dəfə onların qarşısını alırdı. Ötən əsrin sonlarına doğru keçmiş ittifaqda hadisələr fərqli məcrada inkişaf edirdi. Müəyyən qüvvələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən M.Qorbaçov Heydər Əliyevin siyasi dühası, zəngin təcrübəsi, liderlik bacarığı qarşısında aciz qalacağını anlayırdı. Eyni zamanda, Moskvada M.Qorbaçovun ətrafında güclü erməni mafiyası mövqelərini gücləndirirdi. Baş katibi bütünlüklə ələ alan həmin mafiya Qarabağı, Naxçıvanı Azərbaycandan qoparıb Ermənistana birləşdirməkdən ötrü hazırlanan ssenarini həyata keçirmək üçün məqam çatdığını düşünürdü. Ermənilərlə işbirliyində olan Qorbaçov və ətrafı Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi.
Təbii ki, M. Qorbaçovun mafioz ətrafı ilə apardığı siyasətin nəticələri, istiqamətləri və hədəfləri bəlli idi.
Heydər Əliyevi götürülən siyasi kursa etirazlarını SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya verməklə ifadə etdi.
Heydər Əliyevin ittifaq rəhbərliyində tutduğu vəzifələrdən istefa verməsindən az sonra ermənilər gizli fəliyyətlərini açıq separatizm müstəvisinə keçirdilər. 1988-ci il fevralın 13-də keçmiş DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 20-də yerli Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-yə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər).
Ermənistandan “hə” cavabı gəlib. Belə ki, iyunun 14-də Ermənistan SSR Ali Soveti muxtar vilayətin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də keçmiş DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti muxtar vilayətin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də muxtar vilayətdə Ermənistan SSR Ali Sovetinin keçmiş DQMV-dən olan deputatlarının seçkisi keçirilib.
1991-ci il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan ediliib, dekabrın 10-da isə “referendum” keçirilib. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib.
Sonrakı mərhələdə - müstəqilliyimizin ilk illərində Ermənistan respublikamızdakı hərc-mərclikdən, hakimiyyət boşluğundan istifadə etməklə və xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda yerləşən rayonlarımızı işğal altına aldı. 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. Laçın rayonunun, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı.
Ölkənin ərazi bütövlüyünün bərpası
Azərbaycan dövləti və cəmiyyəti artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsində yekdil mövqe və güclü həmrəylik ortaya qoydu. Biz cəmiyyət və dövlət olaraq birləşdik. Əsas məqam ondan ibarətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gücünü ümummilli ideya ətrafında cəmləşdirməyi və səfərbər etməyi bacardı. Onun rəhbərliyi ilə sülh danışıqlarının davam etdirilməsi ilə paralel olaraq, məqsədli şəkildə müharibə hazırlıqları həyata keçirildi, müasir ordu quruldu. Xatırlayırıq, oponentləri İlham Əliyevi tez-tez “torpaqları geri qaytarmamaqda” qınayırdılar. Azərbaycan Prezidenti isə starteji səbr nümayiş etdirərək qətiyyətlə bildirirdi ki, “biz işğal faktı ilə heç vaxt barışmayacağıq, torpaqlarımızı gec-tez işğaldan azad edəcəyik”.
Azərbaycanın dövlət başçısının vaxtaşırı ifadə etdiyi “biz nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilirik” fikri indi bir aforizmə çevrilib. Həqiqətən də O, Prezident və Ali Baş Komandan olaraq 44 günlük müharibənin başlaması üçün elə bir zaman seçdi ki, bundan əvvəl başlamaq tez, vaxtı ertələmək isə gec olardı. 2020-ci il sentyabrın 27-dək ölkəmizdə bütün müharibə hazırlıqları bitmişdi - düşmənə sarsıdıcı zərbələr endirməyə Ordumuz var idi, cəmiyyətin ovqatı da torpaqların işğaldan birdəfəlik azad olunmasına köklənmişdi. Ölkədə məhz İlham Əliyevin rəhbərliyi dönəmində Vətənə, xalqa bağlı gənclik formalaşmışdı. İlham Əliyev məhz bu kimi amilləri nəzərə almaqla 2020-ci il sentyabrın 27-də düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara genişmiqyaslı əks-hücum əməliyyatları ilə cavab verilməsi barədə göstərişləri verdi. Ali Baş Komandanın bütün tapşırıqlarını yerinə yetirən Ordumuz müharibə dövründə daim irəlilədi və cəmi 44 gün ərzində düşməni diz çökməyə məcbur etdi. Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsinə nail oldu.
Suverenliyimizin tam təmin olunması
44 günlük müharibədə sarsıdıcı məğlubiyyət açısı yaşayan Ermənistan yenə də revanşizm iddialarından geri çəkilmək istəmirdi. Məğlub ölkə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmaqla Xankəndidə qurulan separatçı rejimə hərtərəfli dəstəyini davam etdirirdi. Ermənistanın lideri Nikol Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən ölkələrin suverenliyi, ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil edən absurd fikirlər səsləndirirdi. Eyni zamanda, özünü sahədə tək görməyən separatçı rejim müxtəlif avantüralara əl atırdı. Qondarma “Artsax”da müxtəlif adlar altında yeni-yeni “vəzifələr “ icad edilir, hansısa “seçkilər” keçirilirdi.
Təbii ki, separatçıların və Ermənistanın belə davranışları məsuliyyətsizlik və özbaşınalıq anlamına gəlirdi. Prezident İlham Əliyev müxtəlif tribunalardan iradlarını bildirirdi, bütün bu özbaşınalıqlara son qoyulmasını tələb edirdi. “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”. Bu fikirləri Azərbaycan dövlətinin başçısı 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə ifadə edib. Əslində, bu, separatçılara bir mesaj idi və onlar bundan nəticə çıxartmalı idilər. Separatçılar lazımi nəticəni çıxarmadılar. Qəti qərarı isə Prezident İlham Əliyev yenə də özünün “biz nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilirik” məntiqinə əsaslanmaqla verdi. Ölkəmiz sentyabrın 19-da lokal antiterror tədbirlərinə başladı və cəmi 23 saat ərzində onu uğurla tamamladı. Antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin şərtləri əsasında əldə olunan razılaşma ilə Azərbaycanın Qarabağ bölgəsində suverenliyi tam şəkildə təmin olundu.
Son 200 illik tarixin ən şanlı səhifəsi
Qondarma “Artsax”ın tarixin zibilliyinə atılmasını yalnız lokal xarakterli bir hadisə saymaq olmaz. Əslində “Artsax” məsələsinin, bədnam “miatsum” ideyasının arxasında dünya erməniliyi dayanır. Separatçıların təəssübünü çəkən, haqq işi uğrunda mübarizə aparan Azərbaycanın ünvanına hədyanlar yağdıran dövlətlərin, müxtəlif beynəlxalq təşkilatların siyahısına baxın. Bu siyahıdan müxtəlif böyük dövlətlərin, güc mərkəzlərinin də adları keçir. İlham Əliyevin ölkəmizin Qarabağ bölgəsində suverenliyini təmin etməsi yalnız Ermənistan və separatçı tör-töküntüləri üzərində qazanılan qələbə deyil, bu, “dənizlərdən-dənizlərə, okeanlardan-okeanlara uzanan” dünya erməniliyinin üzərində qazanılan bir qələbədir.
Prezident İlham Əliyevin baş memar olduğu 2020-ci və 2023-cü illər qələbələri həm də son 200 illik tariximizin ən şanlı səhifələridir. Tarixi vərəqləyək - böyük coğrafiyamız həmişə kiçilib. Yalnız 44 günlük müharibədə məğlubiyyətlər seriyası Zəfərlə əvəzləndi. Bu tarixi Zəfər 3 ildən sonra daha da möhkəmləndi və tamamlandı!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

